"Bu dəfə onlar daha çox peşman olacaqlar"

08:04 28-09-2021 | icon 272 | Siyasət
"Bu dəfə onlar daha çox peşman olacaqlar"

Nizami Verdiyev: "Ermənistan dərk etməlidir ki, sülhə alternativi yoxdur"

 

"BMT Baş Assambleyasının 76-cı sessiyasında Prezident İlham Əliyev  çıxışı zamanı qeyd edib ki, Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu ötən illər ərzində təcavüzkara qarşı beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələn heç bir kəsərli addımlar atılmayıb və təcavüzkara qarşı beynəlxalq sanksiyalar tətbiq edilmədi".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev bildirib.

 

Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının üzvləri bu illər ərzində özlərinin qəbul etdikləri məlum qətnamələrin icrası üçün heç bir addım atmayıblar, əksinə erməni vandalizminin davam etməsinə rəvac veriblər:



"Azərbaycan BMT və ATƏT-in Minsk Qrupunun 30 il ərzində həll edə bilmədiyi münaqişəni cəmi 44 günə hərbi-siyasi yollarla həll etdi və bununla da həm ərazi bütövlüyümüzün bərpa edilməsinə, həm də tarixi ədalətini bərqərar olmasına nail oldu".

 

Nizami Verdiyev Qarabağ münaqişəsinin keçmişdə qaldığını vurğuluyıb:

 

"Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Prezident bir məqamı da xüsusi olaraq vurğuladı. O, indi istər dünya KİV-də, istərsə də beynəlxalq təşkilatların və ayrı-ayrı ölkələrin rəsmi sənədlərində “Dağlıq Qarabağ” yox, Qarabağ, Şərqi Zəngəzur kimi coğrafi terminlərdən istifadə edilməlidir bildirdi. Artıq dünya ictimaiyəti və xüsusilədə Ermənistan dərk etməlidir ki, sülhə alternativi yoxdur. Amma Ermənistan savaş istəyirsə, savaşı alacaq. Və bu dəfə onlar daha çox peşman olacaqlar".

 

SEVDA
Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xırdalan sakinlərinə ŞAD XƏBƏR

Yeni siyasi partiya təsis edildi

“Müstəqilliyimiz əbədidir” - VİDEOÇARX

Deputat şəhid ailəsinin ağır vəziyyətini ictimailəşdirdi

Xalq bundan sonra da dövlətçiliyin sədaqətli əsgəri olacaq

Çiyin ağrıları: səbəbləri və müalicəsi - MÜSAHİBƏ

Bu məktəb-lisey koronavirusa görə BAĞLANDI

Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan İşçi Qrupunun iclası keçiriləcək

20.10.2020-ci il: Zəngilan şəhəri işğaldan azad olundu!

Məktəblər bağlanır?

Bu məktəb distant tədrisə keçdi

Bu orta məktəbdə tikinti işləri yekunlaşır

2021-ci ilin ən nüfuzlu MÜSƏLMANI

Ordumuz Laçında təlimlərə başladı

Vahid məktəbli geyimi dəyişdirilə bilər