“Çelsi”nin futbolçusu Sumqayıta oynamağa gəlir

12:42 28-09-2021 | icon 176 | İdman
“Çelsi”nin futbolçusu Sumqayıta oynamağa gəlir

21 yaşadək futbolçulardan ibarət Finlandiya yığmasının heyəti açıqlanıb.

 

Versus.Az xəbər verir ki, 2023-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla qarşılaşacaq şimallılara 23 oyunçu çağırılıb.

 

Baş məşqçi Yuha Malinen Azərbaycanla oyuna İngiltərədə çıxış edən futbolçuları da çağırıb. “Çelsi”nin və “Aston Vila”nın qapıçısı Lukas Berqströmlə Vilyami Sinisalo, həmçinin “Fulhem”də çıxış edən Teri Ablade yığmaya dəvət olunub.

 

Bundan başqa, heyətdə  İtaliyanın “Leççe”, Fransanın “Tuluza”, Almaniyanın “Hamburq” və “Frayburq” klublarında çıxış edən futbolçular var.

 

Qeyd edək ki, Finlandiya U-21 millisi oktyabrın 8-də Sumqayıtda yığmamızla, 4 gün sonra Tampere şəhərində Avstriya ilə görüşəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyevdən hakimiyyətlə təcili görüş barədə ŞOK SƏBƏBLƏR

Leykoz xəstəliyindən əziyyət çəkənlərin NƏZƏRİNƏ

Qəzetlərin tirajındakı saxtakarlıqlar məlum oldu

"Putin özbaşınalığına görə mütləq Paşinyana “dərs verəcək”"

Yardımlı şəhər küçələrinin İLHAM RZAYEV PROBLEMİ

105 yaşlı qadının uzunömürlülüyünün SİRRİ

"Ermənistan Rusiyaya mesaj verir ki..."

"Hərbi əsriləri saxlamaq dövlət üçün o qədər də əhəmiyyətli deyil”

Bakıda Zəfər avtoyürüşü

Ov mövsümü başladı...

“WhatsApp”da çoxdan gözlənilən yenilik

EMIN x JAH KHALIB - "Улетай" - PREMYERA

Hərbiçilərə sosial şəbəkələrlə bağlı QADAĞA

“Azəriqaz”dan sayğaclarla bağlı YENİLİK

Soçidə üçtərəfli görüş başladı