Tovuzda 27 sentyabr Anım Günü tədbiri keçirilib

12:57 28-09-2021 | icon 240 | Siyasət
Tovuzda 27 sentyabr Anım Günü tədbiri keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən 27 sentyabr Azərbaycan Respublikasında Anım Günü olaraq təsis edilib. Bununla bağlı Tovuz şəhər Şəhidlər Xiyabanında Anım Günü ilə əlaqədar tədbir təşkil olunub.

 

Versus.Az xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin başçısı, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 
 
Tədbiri giriş sözü ilə açan Tovuz Rayon İcra Hakimiyyəti başçısı Məmməd Məmmədov şəhidlərimiz əziz xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan etdikdən sonra Rəşadətli Ordumuzun keçdiyi döyüş yolundan, Müzəffər Ali Baş Komandanımızın müharibə zamanı göstərdiyi qətiyyətdən söz açıb.
 
 
Daha sonra Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Qənirə PaşayevaArzu Nağıyev, rayon ictimaiyyətinin nümayəndəsi Mücaməddin Axundov, şəhid leytenant Vasif Heydərovun anası Şövkət Məmmədova, şəhid leytenant Aqil Məcidovun atası Aydın Məcidov, şəhid Röyal Aslanovun atası Elzar Aslanov və Vətən müharibəsi Qazisi Şamil Məmmədov çıxış edərək şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya tovuzlular adından öz təşəkkürlərini bildirib.
 
 
Bütün şəhidlərimizin ruhuna dualar oxunduqdan sonra Vətən Müharibəsi şəhidlərimizin xatirəsinə qurulmuş lövhənin, Şəhidlər Xiyabanındakı əbədi məşəl abidəsinin və burada ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin məzarları önünə gül dəstələri qoyularaq əziz xatirələri böyük ehtiramla yad edilib.
 
 
Gün ərzində rayonun idarə və müəssisələrinin kollektivləri, ictimaiyyət nümayəndələri, rayon sakinləri də Şəhidlər Xiyabanına gələrək şəhidlərimizi anıblar.
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xanım siyasətçidən “avtobus müxalifəti” deyənlərə TUTARLI CAVAB

"Bunun fonunda İranın Azərbaycana “xox” gəlməsi mənasız görünür" - MÜSAHİBƏ

"O əldəqayırma deputat gedib işi ilə məşğul olsun"

Partiya sədri mer postuna İDDİALIDIR

Söz atdı, cavabını da aldı

"Bu agentura şəbəkələri ifşa olunmalıdır"

Morton nevroması daha çox qadınlara qənim kəsilib

Daha bir qadağa qüvvəyə mindi

Prezidentin çıxışındakı ÖNƏMLİ MESAJ

Hüquq müdafiəçisi beynəlxalq təşkilatları QINADI

İran yeni, çox böyük təlimlərə BAŞLADI

Ərdoğan Baydenlə Qarabağı müzakirə edəcək

Uşaq bağçasının müdiri barəsində cinayət işi başlandı

Dünya çempionatına gedəcək samboçular bilindi

Toy qaydaları POZULDU