Rafael Ağayev Moskvada baş məşqçisiz yarışacaq

15:41 28-09-2021 | icon 138 | İdman
Rafael Ağayev Moskvada baş məşqçisiz yarışacaq

Milli komandamızın 1-3 oktyabr tarixlərində Rusiyanın paytaxtı Moskvada keçiriləcək Karate1 Premyer Liqası turnirində iştirak edəcək yekun heyəti bəlli olub.

 

Versus.Az xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə vitse-prezident Rəhman Hətəmov, o cümlədən 4 məşqçi, 4 beynəlxalq hakim, 22 idmançı və kata komandası yer alıb.

 

Kişilərdən ibarət kumite millisi baş məşqçisiz Moskvaya yola düşəcək. Belə ki, Qurban Tağıyev bu səfərdə yer almayacaq.

 

Kişilərin böyük məşqçiləri Şahin Xudaverdiyev və Rəşad Hüseynov, eləcə də qadınların baş məşqçisi Denis Morozovun müşayiəti ilə kumite yarışlarına Əminağa Quliyev, Hüseyn Məmmədli, Sultan Hüseynov (hər üçü -60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə, Hümmət Baxşəliyev, Tale Yaqubov (hamısı -67 kq), Rafael Ağayev, Fərid Ağayev (hər ikisi -75 kq), Turqut Həsənov, Pənah Abdullayev (hər ikisi -84 kq), Asiman Qurbanlı, Orxan Heydərli (hər ikisi +84 kq), qadınlardan isə Nuranə Əliyeva, Fidan Teymurova, Mədinə Sadıqova (hər üçü -50 kq), İlahə Qasımova (hər ikisi -55 kq), Ayla Rzazadə (-61 kq), İrina Zaretskaya (-68 kq) və Fəridə Əliyeva (+68 kq) qatılacaq.

 

Kata üzrə baş məşqçi Vahid Ayvazovun rəhbərliyi ilə fərdi çıxışlarda Roman Heydərov və Emin Namazov, komanda turnirində isə İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət heyət mübarizə aparacaq.

 

Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimovdan başqa, Anar Allahverdiyev və Rənad Əliyev dərəcə imtahanı verəcək. 28-29 sentyabrda Rusiyaya yola düşən karateçilər oktyabrın 4-də Bakıya dönəcək. Moskvadakı nüfuzlu turnirdə 55 ölkədən 441 karateçi iştirak edəcək.

 

Qeyd edək ki, +84 kq çəki dərəcəsində Əli Cəfərovun yerinə 84 kq-da Turqut Həsənov yarışa aparılacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xırdalan sakinlərinə ŞAD XƏBƏR

Yeni siyasi partiya təsis edildi

“Müstəqilliyimiz əbədidir” - VİDEOÇARX

Deputat şəhid ailəsinin ağır vəziyyətini ictimailəşdirdi

Xalq bundan sonra da dövlətçiliyin sədaqətli əsgəri olacaq

Çiyin ağrıları: səbəbləri və müalicəsi - MÜSAHİBƏ

Bu məktəb-lisey koronavirusa görə BAĞLANDI

Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan İşçi Qrupunun iclası keçiriləcək

20.10.2020-ci il: Zəngilan şəhəri işğaldan azad olundu!

Məktəblər bağlanır?

Bu məktəb distant tədrisə keçdi

Bu orta məktəbdə tikinti işləri yekunlaşır

2021-ci ilin ən nüfuzlu MÜSƏLMANI

Ordumuz Laçında təlimlərə başladı

Vahid məktəbli geyimi dəyişdirilə bilər