Valideynlərdən ŞİKAYƏT

15:49 28-09-2021 | icon 234 | Təhsil
Valideynlərdən ŞİKAYƏT

“Bizi məktəblərə buraxmırlar”

 

Azərbaycanda övladlarının təhsili, onlara verilən kitabların təhvil alınması və digər məsələlərlə bağlı məktəblərə getmə zərurəti yaranan valideynlərdən COVID-19 pasportu tələb olunur.

 

Versus.Az xəbər verir ki, bu barədə həmin problemlə üzləşən bəzi valideynlər məlumat verib.

 

Onların sözlərinə görə, tələb olunan sənəd məsələlərinin həlli üçün məktəbə daxil olmaq istəsələr də, buna icazə verilmir.

 

Səbəb kimi isə Təhsil Nazirliyi tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pasportu ilə bağlı tələbinə əsasən qərar verildiyi bildirilib.

 

Təhsil Nazirliyindən məsələ ilə bağlı bildirilib ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə” 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarında dəyişiklik edilməsi və “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 22 yanvar tarixli 12 nömrəli Qərarının ləğv edilməsi haqqında 21 sentyabr 2021-ci il tarixdə 275 nömrəli Qərar qəbul edilib:

 

“Sözügedən qərarda məktəbin əməkdaşlarının vaksinasiya məsələləri öz əksini tapıb. 
Valideynlərin məktəblərə buraxılmaması halları isə əsasən, məktəbin içərisində sıxlığın yaranmaması məqsədini güdür. Bununla belə, məktəbdə sənəd məsələlərinin həlli üçün məktəb rəhbərliyi ilə görüşmək istəyən valideynlərin müraciətinə fərdi qaydada baxılaraq, valideynlərə bunun üçün şərait yaradılır. Eləcə də şagirdlərin dərsliklərini götürməyə məktəbə çağırılan valideynlər üçün müəyyən vaxt ayrılır və dərsliklər sinif müəlliminin özü tərəfindən məktəbin foyesində, yaxud məktəbin həyətində valideynlərə paylanılır”.

 

Qeyd edək ki, Təhsil naziri Emin Əmrullayev bir müddət əvvəl keçirdiyi brifinq zamanı valideynlərdən COVID-19 pasportu tələb edilmədiyini, amma hər bir vətəndaşın vaksinasiya prosesinə aktiv qoşulmalı olduğunu vurğulayıb. /oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Prezidentin çıxışındakı ÖNƏMLİ MESAJ

Nizami Gəncəvinin "Xəmsə"si işıq şousunun vasitəsi ilə CANLANDI

Qanunsuz erməni silahlı dəstələrinə məxsus PUA ələ keçirildi

Dörd gün ardıcıl qeyri-iş günü olacaq

Xırdalan sakinlərinə ŞAD XƏBƏR

Yardımlı Xeyriyyə Cəmiyyətindən Mehriban Əliyevaya MÜRACİƏT

3 gün Bakıda yağış yağacaq

Narkotik qəbul etdiyi iddia olunan uşaqla bağlı DİN-dən AÇIQLAMA

Bir aya 7000 manat gəlir vəd edən PEŞƏ

Qanunsuz erməni silahlılarından növbəti TƏXRİBATA CƏHD

Bərbad vəziyyətdə olan SAĞLAMLIQ MƏRKƏZİ

Atasının istəyi ilə anasını YANDIRDI

"Bəzən həkimlər haqqında yalan məlumatlar çıxır"

Prezidentin MDB Dövlət Başçıları Şurasının iclasında çıxışının TAM MƏTNİ

Bu məktəbin də üç sinfi distant təhsilə keçdi