Şəhidlərimizin xatirəsi Parisdə də anılıb

06:58 29-09-2021 | icon 156 | Cəmiyyət
Şəhidlərimizin xatirəsi Parisdə də anılıb

Fransanın paytaxtı Parisdə respublikamızın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət mərkəzində Vətən müharibəsinin ildönümü ilə bağlı anım tədbiri keçirilib.

 

Versus.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Fransadakı səfiri Rəhman Mustafayev, UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev, azərbaycanlı icma üzvləri iştirak ediblər.

 

Tədbirdə əvvəlcə iştirakçılar tərəfindən Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.

 

Tədbirdə çıxış edən Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev və UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev Azərbaycan Respublikasının Ali Baş komandanı, Prezident İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi altında, Silahlı Qüvvələrin şücaəti və rəşadəti sayəsində torpaqlarımızın Ermənistanın işğalından azad olunmasını xalqımızın tarixi zəfəri olduğunu vurğulayıblar. Onlar Fransada yaşayan azərbaycanlı icmasının üzvləri arasındakı birlik və həmrəyliyə toxunaraq, bunun nə qədər böyük əhəmiyyət kəsb etdiyini onların diqqətinə çatdırıblar. Natiqlər Azərbaycanda xalqla dövlət arasında mövcud olan möhkəm birliyin ölkəmizin İkinci Qarabağ savaşındakı parlaq qələbəsində mühüm rol oynadığını vurğulayıblar. Onlar birliyi qoruyub saxlamaq, gücləndirmək və ölkəmizin adını hər zaman yüksəkdə tutmağın bütün azərbaycanlıların ən ümdə borcu olduğunu bildiriblər.

 

Tədbirin sonunda Vətən müharibəsinə həsr edilmiş qısa film nümayiş etdirilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Prezidentin çıxışındakı ÖNƏMLİ MESAJ

Nizami Gəncəvinin "Xəmsə"si işıq şousunun vasitəsi ilə CANLANDI

Xırdalan sakinlərinə ŞAD XƏBƏR

Qanunsuz erməni silahlı dəstələrinə məxsus PUA ələ keçirildi

Dörd gün ardıcıl qeyri-iş günü olacaq

Yardımlı Xeyriyyə Cəmiyyətindən Mehriban Əliyevaya MÜRACİƏT

3 gün Bakıda yağış yağacaq

Narkotik qəbul etdiyi iddia olunan uşaqla bağlı DİN-dən AÇIQLAMA

Bir aya 7000 manat gəlir vəd edən PEŞƏ

Qanunsuz erməni silahlılarından növbəti TƏXRİBATA CƏHD

Bərbad vəziyyətdə olan SAĞLAMLIQ MƏRKƏZİ

Atasının istəyi ilə anasını YANDIRDI

Prezidentin MDB Dövlət Başçıları Şurasının iclasında çıxışının TAM MƏTNİ

"Bəzən həkimlər haqqında yalan məlumatlar çıxır"

Bu məktəbin də üç sinfi distant təhsilə keçdi