MMP sədri bu dəfə Şuşaya gedəcək

18:46 29-09-2021 | icon 164 | Siyasət
MMP sədri bu dəfə Şuşaya gedəcək

Hafiz Hacıyev: "Səfər planına tək Şuşa deyil, digər ərazilər də daxil edilə bilər"

 

Siyasi partiyaların rəhbərlərinin işğaldan azad edilmiş Şuşa şəhərinə səfəri planlaşdırılır.

 

Versus.Az xəbər verir ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev açıqlamasında bildirib ki, artıq Şuşaya səfərə hazırlaşırlar.

 

O qeyd edib ki, səfər Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşəbbüsü ilə reallaşacaq:

 

“Siyasi partiya sədrləri ilə ötən toplantıda bu haqda söhbət açılmışdı. Səfər planına tək Şuşa deyil, digər ərazilər də daxil edilə bilər. Bununla bağlı məsələ hələlik dəqiqləşməyib. Amma yaxın vaxtda Şuşaya getməyimiz gözlənilir”.

 

Qeyd edək ki, Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin rəhbəri Ədalət Vəliyevin təşəbbüsü ilə bundan öncə də partiya sədrlərinin azad olunmuş ərazilərə səfərləri təşkil edilib. Lakin Şuşaya nəzərdə tutulan bu səfər partiya sədrləri üçün 30 il sonra gerçəkləşən ilk olacaq.

 

Xatırladaq ki, bundan əvvəl siyasi partiya sədrlərinin Ağdama səfəri təşkil olunmuşdu. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xırdalan sakinlərinə ŞAD XƏBƏR

Yeni siyasi partiya təsis edildi

“Müstəqilliyimiz əbədidir” - VİDEOÇARX

Deputat şəhid ailəsinin ağır vəziyyətini ictimailəşdirdi

Xalq bundan sonra da dövlətçiliyin sədaqətli əsgəri olacaq

Çiyin ağrıları: səbəbləri və müalicəsi - MÜSAHİBƏ

Bu məktəb-lisey koronavirusa görə BAĞLANDI

Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan İşçi Qrupunun iclası keçiriləcək

20.10.2020-ci il: Zəngilan şəhəri işğaldan azad olundu!

Məktəblər bağlanır?

Bu məktəb distant tədrisə keçdi

Bu orta məktəbdə tikinti işləri yekunlaşır

2021-ci ilin ən nüfuzlu MÜSƏLMANI

Ordumuz Laçında təlimlərə başladı

Vahid məktəbli geyimi dəyişdirilə bilər