"Azərbaycan, Türkiyə və Pakistan arasında strateji əməkdaşlıq qarşıdakı illərdə daha da dərinləşəcək"

12:05 30-09-2021 | icon 157 | Siyasət
"Azərbaycan, Türkiyə və Pakistan arasında strateji əməkdaşlıq qarşıdakı illərdə daha da dərinləşəcək"

Versus.az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin payız sessiyasının ilk plenar iclasında İrana səfəri barədə danışıb.

 

Spiker Tehrana səfəri zamanı Azərbaycan Vətən müharibəsində əldə etdiyi qələbə ilə ərazi bütövlüyünü bərpa etdiyini qeyd etdiyini bildirdi: “Ermənistan işğal etdiyi ərazilərimizdəki məscidlərimizi, mədəniyyət abidələrimizi və bütün digər tikililəri dağıdıb, infrastrukturu tamamilə məhv edib. Düşmən hətta müqəddəs ziyarətgahlarımızı və məscidlərimizi də təhqir edib”.

 

Milli Məclisin sədri deyib ki, gələn il - 2022-ci ilin 26 fevralında Xocalı soyqırımının 30-cu ildönümü tamam olacaq:

“Görüşlərdə Xocalı soyqırımının bu günə qədər bir çox dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən tanındığını vurğuladım. Bunu nəzərə alaraq, bu məsələyə İran parlamentinin də diqqət yetirməsinə toxundum”.

 

Sədr parlamentin beynəlxalq fəaliyyətindən də bəhs edərək bildirdi ki, Milli Məclisin beynəlxalq fəaliyyəti sessiya dövründə və sessiyadan sonra da davam etdirilib: “Artıq 3 dost və qardaş ölkənin yeni parlament əlaqələrinin əsası qoyulub. Əminəm ki, Azərbaycan, Türkiyə və Pakistan arasında strateji əməkdaşlıq qarşıdakı illərdə daha da genişlənəcək və dərinləşəcək. Bütün görüşlərdə 44 günlük Vətən müharibəsi ilə bağlı məlumatlar verilib. Azərbaycanın BMT Təhlükəsiz Şurasının qətnamələrini öz gücü ilə təmin edilməsi barədə məlumatlar görüşdüyümüz rəsmi şəxslərin və nümayəndə heyətlərinin diqqətinə çatdırılıb. Bu gün də Ermənistanın müharibə cinayətlərinə rast gəlinməsi ilə bağlı AŞPA-da keçirilən görüşlərdə məlumat verdim. Hazırlanan hesabatın həqiqətləri əks etdirməsinin vacibliyini qeyd etdim. Avqustun 6-da İranda rəsmi səfərdə oldum. Səfər çərçivəsində keçirdiyimiz görüşlərdə Azərbaycanın öz torpaqlarını azad etdikdən sonra İranla dövlət sərhədimizin tam nəzarətə götürülməsini diqqətə çatdırdım. Görüşdə İran parlamentini Xocalı soyqırımını tanımağa çağırdım. Avstriyada işgüzar səfər çərçivəsində iştirak etdiyim konfransda Ermənistan parlamentinin sədrinin əsassız iddialara cavab verdim”.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xırdalan sakinlərinə ŞAD XƏBƏR

Yeni siyasi partiya təsis edildi

“Müstəqilliyimiz əbədidir” - VİDEOÇARX

Deputat şəhid ailəsinin ağır vəziyyətini ictimailəşdirdi

Xalq bundan sonra da dövlətçiliyin sədaqətli əsgəri olacaq

Çiyin ağrıları: səbəbləri və müalicəsi - MÜSAHİBƏ

Bu məktəb-lisey koronavirusa görə BAĞLANDI

Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan İşçi Qrupunun iclası keçiriləcək

20.10.2020-ci il: Zəngilan şəhəri işğaldan azad olundu!

Məktəblər bağlanır?

Bu məktəb distant tədrisə keçdi

Bu orta məktəbdə tikinti işləri yekunlaşır

2021-ci ilin ən nüfuzlu MÜSƏLMANI

Ordumuz Laçında təlimlərə başladı

Vahid məktəbli geyimi dəyişdirilə bilər