"Əgər onlara yüksək maaşlı iş təklif olunsa..."

12:50 30-09-2021 | icon 254 | Siyasət
"Əgər onlara yüksək maaşlı iş təklif olunsa..."

Razi Nurullayev: "O zaman əlillik dərəcəsi almaq üzərində bu cür savaş başlamaz"

 

"Müharibə iştirakçılarının sosial vəziyyətini, işsizlik problemini nəzərə alaraq, onların sosial güzəranının yaxşılaşdırılmasına yönəlik əlavə tədbirlər görək. Bu layihəni mövcud sosial təminatlara dair qanunlara əlavə kimi hazırlayıb təqdim etmək istəyirəm. Məqsəd müharibə iştirakçılarının peşə təhsilinə, ali təhsilə, sənətkarlığa və məşğulluğa cəlb edilməsidir".

 

Versus.az xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.

 

Deputat bildirib ki, səfərbərlik və könüllü müharibə iştirakçılarının əksər hissəsi təhsilsiz, peşəsiz və sənətsizdir.

 

Proqram Birinci və İkinci Qarabağ müharibəsi iştirakçılarının, şəhid ailələrinin hamısının problemlərinə köklü yanaşaraq həll edilməsidir:

 

"Biz onlara küçə süpürtdürə bilmərik axı. Hətta məşğulluq proqramı çərçivəsində verilən mal-heyvan, qoyun-quzu saxlamaqda belə çətinlik çəkirlər. Niyə? Çünki onlara təklif olunan məşğulluq sahələri içərisində ən asanı mal-heyvan almaqdır. Hər rayonda isə bu tip məşğulluğu 2-3 min şəxs növbəyə dayanıb. Yeganə çarə onlara peşəyə və təhsilə cəlb etməkdir".

 

R.Nurullayev qeyd edib ki, müharibə iştirakçılarına cavab vermək olmur, hamısı iş istəyir, çörək istəyir. Yaralı müharibə iştirakçılarının çoxu əlillik dərəcəsi almaq istəyir:

 

"Əgər onlara yüksək maaşlı iş təklif olunsa, inanıram ki, əlillik dərəcəsi almaq üzərində bu cür savaş başlamaz. Çıxış yolu isə dövlət proqramı vasitəsilə onların əksəriyyətinin peşəyə və təhsilə cəlb edilməsidir".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xırdalan sakinlərinə ŞAD XƏBƏR

Yeni siyasi partiya təsis edildi

“Müstəqilliyimiz əbədidir” - VİDEOÇARX

Deputat şəhid ailəsinin ağır vəziyyətini ictimailəşdirdi

Xalq bundan sonra da dövlətçiliyin sədaqətli əsgəri olacaq

Çiyin ağrıları: səbəbləri və müalicəsi - MÜSAHİBƏ

Bu məktəb-lisey koronavirusa görə BAĞLANDI

Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan İşçi Qrupunun iclası keçiriləcək

20.10.2020-ci il: Zəngilan şəhəri işğaldan azad olundu!

Məktəblər bağlanır?

Bu məktəb distant tədrisə keçdi

Bu orta məktəbdə tikinti işləri yekunlaşır

2021-ci ilin ən nüfuzlu MÜSƏLMANI

Ordumuz Laçında təlimlərə başladı

Vahid məktəbli geyimi dəyişdirilə bilər