Fransanın bitərəf vasitəçi olmadığını Fransa auditoriyası da bildi

15:56 01-10-2021 | icon 231 | Siyasət
Fransanın bitərəf vasitəçi olmadığını Fransa auditoriyası da bildi

Yusif Bağırzadə: “Bunu Azərbaycan prezidentinin dilindən eşitmələri olduqca əhəmiyyətlidir”

 

“Fransa auditoriyasının həqiqətləri prezidentin dilindən eşitməsi Azərbaycanla bağlı yanlış informasiyanın qarşısını almaq baxımından olduqca əhəmiyyətlidir”.

 

Bu sözləri Versus.az-a politoloq Yusif Bağırzadə Prezident İlham Əliyevin “France-24” televiziya kanalına müsahibəsində səsləndirdiyi fikirləri şərh edərkən deyib.

 

O bildirib ki, dövlət başçısının “France-24” televiziya kanalına müsahibəsi aparıcının qərəzli sulları ilə dolu olsa da, Fransa auditoriyasının bu dövlətin bitərəf vasitəçi olmaması ilə bağlı çılpaq həqiqəti cənab prezidentin dilindən eşitməsi baxımından olduqca əhəmiyyətli oldu:

 

“Fransa mətbuatının Azərbaycanla bağlı qərəzli informasiyalarının dəfələrlə şahidi olmuşuq və elə 44 günlük Vətən müharibəsində də bu ölkənin rəsmi dairələri ilə yanaşı mətbuat qurumlarının da hadisələrə real yanaşmaq əvəzinə Fransadakı erməni lobbisinin təsiri altında birtərəfli qaydada erməni təəssübkeşliyi prizmasından yanaşdıqlarını görmüşük. Odur ki, indi “France-24” televiziya kanalının da bu cür qərəzli yanaşması təəccüblü deyil. Təbii ki, cənab prezident də həmin kanala müsahibə verməyə razılıq verən zaman bu səpkili sualların olacağını yaxşı bilirdi. Amma yenə təkrar edirəm ki, istənilən müsahibə bu və ya digər suallarla deyil, əsasən cavablarla yadda qalır və Fransa auditoriyasının, düşünən insanlarının həqiqətləri prezidentin dilindən eşitməsi Azərbaycanla bağlı yanlış informasiyanın qarşısını almaq baxımından olduqca əhəmiyyətlidir”.

 

Politoloq bildirib ki, müsahibə zamanı prezident tərəfindən bir sıra məsələlərə aydınlıq gətirildi ki, onların da hər birinin üzərində ayrıca dayanmağa ehtiyac var:

 

“Təbii ki, vacib məqamlardan biri Azərbaycanın sülh istəməsi və sülh naminə danışıqlara hazır olduğu ilə bağlı idi. Azərbaycan olaraq biz dəfələrlə regionun inkişafının davamlı sülhdən keçdiyini bildirmişik və bu istiqamətdə danışıqlara hazır olduğumuzu bildirməklə yanaşı, sülh üçün konkret təkliflərimizi də səsləndirmişik. Elə cənab prezident də “Münaqişə artıq həll olunub, keçmişə qayıdış olmamalıdır və revanşizm yolverilməzdir. Gələcək və sülh haqqında, regionu necə daha da sabit və təhlükəsiz etmək imkanları haqqında fəal danışıqlar aparılmalıdır” deməklə, həm sülhə hazır olmağımızla bağlı ardıcıl mövqe sərgilədiyimizi, sülh üçün tələb olunan şərtləri çatdırmış oldu. Başqa sözlə, prezident Ermənistanın bu istiqamətdə konkret addımlar atmasına ehtiyac olduğunu çatdırmış oldu”.

 

Y.Bağırzadə dövlət başçısının da söylədiyi fikirlərə əsasən hesab edir ki, bu məsələdə bizim mövqeyimiz kifayət qədər aydındır:

 

“Biz münaqişənin həll olunduğunu bəyan edirik, keçmişə qayıdış olmamalıdır, Ermənistanda revanşizm əlamətləri olmamalıdır. Biz gələcək haqqında, sülh haqqında və regionu necə daha da sabit və təhlükəsiz etmək imkanları haqqında danışmalıyıq.

Prezident müsahibədə həmçinin münaqişənin həll olunmaması ilə bağlı iddialara da münasibət bildirərək bu cür bəyanatların yersiz olmaqla yanaşı həm də təhlükəli olduğunu bildirdi. Prezidentin bu bəyanatla təkcə Ermənistana deyil, həm də sülhyaratma prosesinə mane olmağa çalışan digər güclərə də ismarıc vermiş oldu. İsmarıc isə kifayət qədər sadə və başa düşüləndir. Yəni, əgər sən doğurdan da səmimi şəkildə sülh prosesini dəstəkləyirsənsə o zaman “status” kimi yersiz iddialardan əl çəkməli və slüh üçün Ermənistana təzyiq göstərməlisən. Çünki regionda dayanıqlı sülhə mane olmağa çalışan ölkə məhz Ermənistandır. Belə ki, dövlətlər arasında sülhü şərtləndirən əsas elementlər bir birinin ərazi bütövlüyünü tanımaq, sərhədləri müəyyən etmək, ərazi iddiaları ilə çıxış etməməkdən ibarətdir. Ermənistan isə bu şərtlərin heç birinə əməl etmək istəmir.

Ermənistandan fərqli olaraq Azərbaycan isə heç bir zaman hər hansı bir ölkəyə qarşı ərazi iddiası ilə çıxış etməyib. Fransalı jurnalistin prezidentin “İrəvan və Zəngəzur qədim Azərbaycan torpağıdır və biz nə zamansa o torpaqlara qayıdacağıq” bəyanatının ərazi iddiası kimi təqdim etməsi də absurddur. Çünki prezidentin də dediyi kimi, biz həmin torpaqlara tankla, topa deyil sülh müqaviləsi imzalanacağı halda piyada, avtomaşın və təyyarələrlə gedəcəyik və bu bizim legitim hüququmuzdur. Doğurdan da 1920-ci ildə sovet hakimiyyətinin Azərbaycanın ayrılmaz hissəsi olan Zəngəzuru qopararaq Ermənistana birləşdirməsi tarixi faktdır və prezident də öz bəyantlarında yalnız tarixi faktlara istinad edib.

Prezidentin müsahibəsində digər diqqət çəkən məqam heç şübhəsiz ki,  münaqişə ilə bağlı siyasi manipulyasiyalarla bağlı idi. Prezident 28 il sürən mənasız danışıqlar və eləcə də muxtariyyət məsələsinə də toxunaraq bu məsələnin bizim gündəliyimizə daxil olmadığını və hər hansı bir muxtariyyətin artıq müzakirə mövzusu olmamasını növbəti dəfə beynəlxalq birliyin nəzərinə çatdırmış oldu.

Müsahibənin xüsusi olaraq əhəmiyyət daşıyan digər bir qismi isə Fransanın münaqiənin həllindəki vasitəçilik rolu ilə bağlı oldu. Prezident müharibə zamanı Fransanın özünü dürüst vasitəçi kimi aparmadığını, Ermənistanın tərəfindən çıxış etdiyini, bütün münaqişə boyunca qərəzli yanaşma nümayiş etdirdiyini açıq mətnlə tamaşaçıların diqqətinə çatdırmaqla yuxarıda da qeyd etdiyim kimi Fransa auditoriyasına öz ölkələrinin siyasi rəhbərliyinin fəaliyyəti haqqında həqiqətləri çatdırmış oldu”.

 

PƏRİ
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xanım siyasətçidən “avtobus müxalifəti” deyənlərə TUTARLI CAVAB

"Bunun fonunda İranın Azərbaycana “xox” gəlməsi mənasız görünür" - MÜSAHİBƏ

"O əldəqayırma deputat gedib işi ilə məşğul olsun"

Partiya sədri mer postuna İDDİALIDIR

Söz atdı, cavabını da aldı

"Bu agentura şəbəkələri ifşa olunmalıdır"

Morton nevroması daha çox qadınlara qənim kəsilib

Daha bir qadağa qüvvəyə mindi

Prezidentin çıxışındakı ÖNƏMLİ MESAJ

Hüquq müdafiəçisi beynəlxalq təşkilatları QINADI

İran yeni, çox böyük təlimlərə BAŞLADI

Ərdoğan Baydenlə Qarabağı müzakirə edəcək

Uşaq bağçasının müdiri barəsində cinayət işi başlandı

Dünya çempionatına gedəcək samboçular bilindi

Toy qaydaları POZULDU