Doğum günü olan ŞƏHİDLƏR

11:02 04-10-2021 | icon 117 | Şəhidlər və şahidlər
Doğum günü olan ŞƏHİDLƏR

44 günlük Vətən müharibəsi qəhrəmanları, şəhidləri, qaziləri barədə nə qədər danışılsa yenə də azdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən müharibədə bizi qələbəyə aparan şəhidlərimizdən bu gün daha yeddisinin doğum günüdür. 

 

Versus.Az Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir:

 

MAHHXHQ əsgər Ağaquliyev İlkin Saməddin oğlu 2000-ci ildə Dəvəçidə anadan olub. Orta təhsilini Şabran şəhər 1 saylı tam orta məktəbdə alıb. 2017-ci ildə Şabran şəhər 1 saylı tam orta məktəbi bitirib və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Fiziki tərbiyə müəllimliyi ixtisası üzrə qəbul olub. Orta məktəbdə oxuduğu dövrdə isə Şabran musiqi məktəbinin 5 illik Qarmon ixtisası üzrə təhsil alıb. Həmin dövrlərdə Cüdo idman növü ilə də məşğul olub və rayon və zona yarışlarında mükafatçı olub.

 

İlkin Ağaquliyev 2018-ci ildə hərbi xidmətə yollanıb. 2020-ci ilin aprel ayında həqiqi hərbi xidməti başa vurub və Əlahiddə Həmlə Batalyonunda MAXE kimi hərbi xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan uğrunda gedən döyüşlərdə öz şücaətini göstərərək qəhrəmancasına şəhid olub. 18 oktyabr 2020-ci ildə Şabran Şəhidlər Xiyabanında dəfn olunub.

 

 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən İlkin Ağaquliyev ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edildi.

 

MAHHXHQ əsgər Hacıyev Fərid Təşkilat oğlu 1989-cu ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. 2006-cı ildə İ.Quliyev adına kənd tam orta məktəbini bitirib. Vətənə olan sevgisi onu həqiqi hərbi xidməti bitirdikdən sonra bu yola davam etməyə sövq edir.

 

Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu kimi Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda gedən Vətən müharibəsində iştirak edən Fərid Hacıyev 28 sentyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olur. Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbədə salınmış Şəhid məzarlığında dəfn edilib. Ailəli idi. Vətənə əmanət iki övladı yadigar qalıb.

 

 

Peşəkar hərbçi ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə  “Vətən uğrunda”, “Füzulinin  azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

MAHHXHQ əsgər Həsənov Hafiz Saleh oğlu 1993-cü il 4 oktyabrda Beyləqan rayonu Kəbirli kəndində anadan olub. 2000-2009-cu illərdə Kəbirli kənd M.Fərzəliyev adına 1 nömrəli orta məktəbin 9-cu sinfini bitirib. Hafiz 2013-cü ildə ailə həyatı qurub. Hafiz Həsənov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli rayonu istiqamətində gedən döyüşlərdə savaşıb. Eyni zamanda Cəbrayıl, Ağdərə, Suqovuşan istiqamətində gedən döyüşlərdə də qəhrəmanlıq göstərib. O, 14 oktyabrda mənfur düşmənin gülləsinə tuş gələrək şəhid olub. Kəbirli kənd qəbristanlığında torpağa tapşırılıb. Şəhidimizin Vətənə əmanət Sahil adlı oğlu, Nuray adlı qızı qalıb.

 

 

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Hafiz Həsənov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif edilib.

 

Əsgər Hüseynli Elxan İsrayıl oğlu 1999-cu il aprelin 4-də Beyləqan rayonu Yuxarı Kəbirli kəndində anadan olub. Elxan Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başladılan Vətən müharibəsində iştirak edib. Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub, döyüş yoldaşları ilə birgə düşmənə sarsıdıcı zərbələr endirib. Elxan Hüseynli 9 noyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.

 

 

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elxan Hüseynli ölümündən sonra “Vətən uğrunda”, “Cəbarayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Çavuş Rəcəbalıyev Tural Həmid oğlu 1990-cı il oktyabrın 4-də İsmayıllı rayonunun Qalınçaq kəndində anadan olub. Çavuş Tural Rəcəbalıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, noyabrın 23-də ağır döyüşlər zamanı şəhid olub. İsmayıllı rayonunun Qalınçaq kəndində torpağa tapşırılıb.

 

 

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Tural Rəcəbalıyev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

MAHXHHQ əsgər Verdiyev Eldəniz Rabil oğlu 1999-cu il oktyabrın 4-də Göygöl şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Eldəniz Verdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb.

 

 

Eldəniz Verdiyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı itkin düşüb. 2021-ci il iyunun 4-ü Eldəniz Verdiyevin nəşi tapılıb və ailəsinə təhvil verilib.

 

Kapitan Zeynalov Tural Ruslan oğlu 1987-ci il oktyabrın 4-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində anadan olub. 2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Tural Zeynalov hərbi xidməti 2004-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi.

 

Azərbaycan Ordusunun kapitanı olan Tural Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

 

Tural Zeynalov oktyabrın 11-də Füzuli döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Ailəli idi. Vətənə əmanət iki övladı yadigar qaldı.

 

 

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Tural Zeynalov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. /oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Prezidentin çıxışındakı ÖNƏMLİ MESAJ

Nizami Gəncəvinin "Xəmsə"si işıq şousunun vasitəsi ilə CANLANDI

Qanunsuz erməni silahlı dəstələrinə məxsus PUA ələ keçirildi

Dörd gün ardıcıl qeyri-iş günü olacaq

Xırdalan sakinlərinə ŞAD XƏBƏR

Yardımlı Xeyriyyə Cəmiyyətindən Mehriban Əliyevaya MÜRACİƏT

3 gün Bakıda yağış yağacaq

Narkotik qəbul etdiyi iddia olunan uşaqla bağlı DİN-dən AÇIQLAMA

Bir aya 7000 manat gəlir vəd edən PEŞƏ

Qanunsuz erməni silahlılarından növbəti TƏXRİBATA CƏHD

Bərbad vəziyyətdə olan SAĞLAMLIQ MƏRKƏZİ

Atasının istəyi ilə anasını YANDIRDI

"Bəzən həkimlər haqqında yalan məlumatlar çıxır"

Prezidentin MDB Dövlət Başçıları Şurasının iclasında çıxışının TAM MƏTNİ

Bu məktəbin də üç sinfi distant təhsilə keçdi