“Qələbə tək düşmən üzərində deyil, həm də...”

11:40 04-10-2021 | icon 391 | Siyasət
“Qələbə tək düşmən üzərində deyil, həm də...”

Könül İsmayılova: “Hesabat versinlər görək şəhid ailələri və qazilərimiz üçün nə iş görüblər”

 

“4 oktyabr Azərbaycanın müzəffər Ordusunun Cəbrayıl rayonunu erməni işğalından azad etdiyi gündür. Azərbaycan Ordusunun 27 sentyabrdan başlayaraq düşmən üzərinə keçdiyi əks-hücum əməliyyatının ilk həftələrində cənub istiqamətində düşmənə vurduğu sarsıdıcı zərbə ordumuzun daha da irəliləməsi, gələcək uğurlarımız üçün həm də psixoloji yöndə xalqın strateji uğuru idi.

 

Bunu Cəbrayıl şəhərinin 2020-ci il 4 oktyabr tarixində işğaldan azad olunmasını Versus.Az-a şərh edən Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova bildirib.

 

Könül İsmayılova vurğulayıb ki, Cəbrayıl şəhəri ilə yanaşı bir-birinin ardınca tarixi torpaqlarımız erməni işğalından azad edildi, düşmənin başı “dəmir yumruq”la əzildi:

 

“Azərbaycan ordusu BMT TŞ-nın 93-cü ildə erməni işğalçılarının ərazilərimizdən qeyd-şərtsiz çıxarılması ilə bağlı qəbul etdiyi 4 qətnaməni öz gücü ilə yerinə yetirdi və illərdir Azərbaycanın haqlarının tapdanmasına göz yuman beynəlxalq təşkilatlara da bu bir dərs oldu. Lakin erməninin başını öz maraqları naminə sığallayan, ədalətsiz mövqe sərgiləyən dövlətlər, Qarabağ məsələsinin nizamlanmasını üzərinə görürmüş ATƏT-in Minsk Qrupu dövlətləri də Azərbaycanın başına gətirilən erməni vandallığına, erməni cinayətlərinə göz yumdular. Nəhayət 28 ildən sonra Azərbaycan tarixi torpaqlarını azad etməklə öz gücünü ortaya qoydu. Bu böyük zəfər xalq, ordu, Ali Baş Komandanın bir yumruqda birləşməsinin nəticəsi idi”.

 

Millətimizin buna şükr etdiyini qeyd edən MMP yetkilisinin sözlərinə görə, müharibə nə qədər ölümlü-itimli olsa da, bir o qədər də cəmiyyətin içərisində olan mənfiləri, çürük yaramaz halqaları da üzə çıxarır. Onun sözlərinə görə, müharibə zamanı xalqın müharibəyə diqqət kəsildiyi bir vaxtda önəm vermədiyi məmur özbaşınalığı kimi hallar təəssüflər olsun ki, müharibədən sonra qazilərə, şəhid ailələrinə münasibətdə özünü açıq şəkildə göstərdi:

 

“Bəzi məmurların şəhid ailələrinə və qazilərə yanaşmada laqeydlikləri, vicdansızlıqları, özbaşınalıqları özünü kəskin büruzə verir. Yaralı qazilərin yerli idarələrdə get-gələ salınmaları, müalicələri, iş yerləri ilə bağlı problemləri bu gün də qalır. İcra başçıları, həkim komissiyaları, vaxtilə qazilərin işlədiyi yerlərdə olan müdirlər yanlış davranışları ilə bu gün də qaziləri incidir. Qələbə tək düşmən üzərində deyil, həm də bəzi kəslərin öz nəfslərinə hakim olub bizə o qələbəni yaşadanlara qayğı və diqqəti ilə də ölçülür”.

 

K.İsmayılova bildirib ki, MMP olaraq müharibədən sonra incidilən, bu günə qədər də problemi qalan bir çox qazilərdən müraciətlər alıblar. Onun sözlərinə görə, müraciətlərdə demək olar ki, bütün şikayətlər eynidir – məmur laqeydliyi, məmur özbaşınalığı:

 

“Qazilərimiz o şəxslər tərəfindən incidilir ki, onlarda vəzifə hərisliyi və vəzifədən aldığı “zövq” əsas rol oynayır. Vətən, xalqın rifahı onları düşündürməz. Çox yaxşı olardı ki, Cəbrayılın və digər rayonlarımızın azadlığının 1-ci ildönümündə bütün rayonların icra hakimiyyətləri, idarələri ictimaiyyət qarşısında hesabatla çıxış edəydilər görək şəhid ailələri və qazilərimiz üçün nə iş görüblər. Bu hesabatlarında hərəsi öz icra başçısı olduqları rayonda nə qədər qazi və şəhid olduğunu, onlar üçün hansı işləri gördüklərini göstərsinlər. Və həmin rayonların sakinləri özləri də bir ictimai şuraya çevrilib, bir araşdırma aparsınlar. Qonşuda, küçədə, kənddə, rayonda bur müharibə iştirakçısı, bir şəhid məzarı varsa onu yoxlasınlar. Qayğılarını bilsinlər və problem varsa susmasınlar. Çünki hələ bizim düşmənlə davamız bitməyib. Bizim işğaldan azad olunan torpaqlarda görüləcək çox işlərimiz var. Hələ erməni vandallığını dünyaya olduğu kimi çatdırmalı, vandal erməniləri beynəlxalq məhkəmələrə çıxarmaq üçün birgə işləməliyik. Erməni faşistləri torpaqlarımızı viran qoyub, dağıdıb, insanlığa sığmayan cinayətlər törədiblər. Biz bunlarla məşğul olmalıyıq. Daha hansısa məmur bir qazimizi incidir deyə, bunlarla da uğraşmalı deyilik”.

 

K.İsmayılova qeyd edib ki, heç kimin - heç bir məmurun şəhid ailəsinə, qaziyə qarşı laqeyd, hörmətsiz davranıb diqqətimizi hədəfdən yayındırmağa ixtiyarı yoxdur. Əgər elələri varsa, onlar da cəzalarını almalıdırlar.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Prezidentin çıxışındakı ÖNƏMLİ MESAJ

Nizami Gəncəvinin "Xəmsə"si işıq şousunun vasitəsi ilə CANLANDI

Xırdalan sakinlərinə ŞAD XƏBƏR

Qanunsuz erməni silahlı dəstələrinə məxsus PUA ələ keçirildi

Dörd gün ardıcıl qeyri-iş günü olacaq

Yardımlı Xeyriyyə Cəmiyyətindən Mehriban Əliyevaya MÜRACİƏT

3 gün Bakıda yağış yağacaq

Narkotik qəbul etdiyi iddia olunan uşaqla bağlı DİN-dən AÇIQLAMA

Bir aya 7000 manat gəlir vəd edən PEŞƏ

Qanunsuz erməni silahlılarından növbəti TƏXRİBATA CƏHD

Bərbad vəziyyətdə olan SAĞLAMLIQ MƏRKƏZİ

Atasının istəyi ilə anasını YANDIRDI

Prezidentin MDB Dövlət Başçıları Şurasının iclasında çıxışının TAM MƏTNİ

"Bəzən həkimlər haqqında yalan məlumatlar çıxır"

Bu məktəbin də üç sinfi distant təhsilə keçdi