“Suqovuşanın azad edilməsi Ağdərə və Ağdam istiqamətlərindəki yolun açılması demək idi”

12:25 04-10-2021 | icon 130 | Müharibə
“Suqovuşanın azad edilməsi Ağdərə və Ağdam istiqamətlərindəki yolun açılması demək idi”

Şair Ramaldanov: “Suqovuşan istiqamətində gedən döyüşlər sızma hərəkəti ilə keçirilmişdi”

 

Tərtər rayonunun Suqovuşan kəndinin işğaldan azad edilməsindən bir il ötdü. Sentyabrın 27-də Azərbaycan Ordusunun mövqelərinin və yaşayış məntəqələrinin Ermənistan Silahlı Qüvvələri tərəfindən iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulmasına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb. Hərbi əməliyyatlarda Suqovuşan döyüşü Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində şimal-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərindən biri sayılır.

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə şərh verən hərbi ekspert Şair Ramaldanov Suqovuşanın azad olunmasının əhəmiyyəti barədə maraqlı nüanslara diqqət çəkib.

 

Qeyd edək ki, oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Suqovuşanın tarixi adı bərpa olunub.

 

Şair Ramaldanov bildirib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi istiqamətində apardığı bütün əks-hücum əməliyyatları ümumi plan çərçivəsində təşkil olunmuşdu:

 

“Əməliyyatlar bir Mərkəzdə - Azərbaycan Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident cənab İlham Əliyevin şəxsən özünün rəhbərliyi altında keçirilirdi. Azərbaycan Ordusunun hər hansı bir istiqamətdə apardığı döyüş əməliyyatları müəyyən plan üzrə əvvəlcədən işlənib hazırlanmışdı. Bütün istiqamətlər üzrə əməliyyatlar müəyyənləşdirilmişdi. Müharibə Planı Azərbaycanın əsas sənədlərindən biri olmuş və daim üzərində dəqiqləşdirilmələr aparılmışdır. Prezident öz müsahibələrində də demişdi ki, biz o planı mütəmadi olaraq dəqiqləşdirir, düzəlişlər edirdik. O cümlədən Suqovuşanın işğaldan azad edilməsi ümumi hərbi planın bir tərkib hissəsi olaraq həyata keçirilib. Və Suqovuşanın azad edilməsi birinci növbədə onun ətrafındakı strateji yüksəkliklərin tutulması və özünün azad edilməsi ilə Ağdərə və Ağdam istiqamətlərindəki yolun açılması demək idi”.

 

Ekspert qeyd edib ki, Suqovuşanın azad olunması planı və o əməliyyatın hərbi elmin tələblərinə uyğun olaraq aparılması Azərbaycan Ordusunun peşəkarlığını göstərir. Eyni zamanda bu, Azərbaycan Ordusu müasir silahlarla silahlanaraq, qarşıda olan düşmənin müqavimət nöqtələrini darmadağın etməsi ilə müşahidə olunur:

 

“Suqovuşan istiqamətində gedən döyüşlər sızma hərəkəti ilə keçirilmişdir. Ordumuz düşməni mühasirəyə salaraq, vahimə yaradıb, düşmən ordusunun daxilində idarəçiliyi pozaraq mütəşəkkil şəkildə müqavimət göstərməsinə maneə törətmişdir. Əlbəttə, Suqovuşan Azərbaycan Ordusunun şəxsi heyətinin peşəkarlığı və misilsiz qəhrəmanlığı nəticəsində azad edildi.  Onun digər əhəmiyyəti ondan ibarətdir ki, Suqovuşan bütün cəbhə boyu mərkəzdə olan bir istiqamətdir. Düşmən prisnip etibarilə həmin istiqamətdə mövqe tutaraq Ağdam istiqamətində ehkam yaratmaq üçün möhkəmlənirdi. Düşmən məhz əks- hücumun o istiqamədə vurulacağını gözləyirdi. Ancaq Suqovuşanın azad edilməsi və düşmənin əlavə qüvvələrinin o istiqamətdə yerləşdirilməsi cənub istiqamətində hücumun uğurlu olmasına imkan yaratdı. Düşmən Azərbaycanın cənub istiqamətindən hücumu inkişaf etdirəcəyini gözləmirdi. Düşmən hesab edirdi k, cənub istiqaməti bizim üçün əsas istiqamət deyil”.

 

Azərbaycan Ordusunun hücum taktikasına və aldadıcı manevrlərinə diqqət şəkən ekspert, Suqovuşanın azad olunmasını həm staraeji-taktiki, həm ərazi baxımdan mühüm əhəmiyyət kəsb etdiyini deyib:

 

“Böyük qüvvənin Suqovuşan və onun ətrafında - Ağdam, Ağdərədə cəmlənməsi və saxlanması, cənub istiqamətində düşmənin müqavimətini gücləndirə bilməməsi kimi göstərilə bilər. Bu da Azərbaycanın 21-ci əsrin tələblərinə cavab verən müharibəsində Ali Baş Komandan İlham Əliyev cənablarının məhz sərkərdəlik məharətindən xəbər verir”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xanım siyasətçidən “avtobus müxalifəti” deyənlərə TUTARLI CAVAB

"Bunun fonunda İranın Azərbaycana “xox” gəlməsi mənasız görünür" - MÜSAHİBƏ

"O əldəqayırma deputat gedib işi ilə məşğul olsun"

Partiya sədri mer postuna İDDİALIDIR

Söz atdı, cavabını da aldı

"Bu agentura şəbəkələri ifşa olunmalıdır"

Morton nevroması daha çox qadınlara qənim kəsilib

Daha bir qadağa qüvvəyə mindi

Prezidentin çıxışındakı ÖNƏMLİ MESAJ

Hüquq müdafiəçisi beynəlxalq təşkilatları QINADI

İran yeni, çox böyük təlimlərə BAŞLADI

Ərdoğan Baydenlə Qarabağı müzakirə edəcək

Uşaq bağçasının müdiri barəsində cinayət işi başlandı

Dünya çempionatına gedəcək samboçular bilindi

Toy qaydaları POZULDU