Cəbrayılın üç kəndinin işğaldan azad edilməsinin İLDÖNÜMÜ

10:12 05-10-2021 | icon 122 | Qarabağ
Cəbrayılın üç kəndinin işğaldan azad edilməsinin İLDÖNÜMÜ

Bu gün Cəbrayıl rayonunun daha üç kəndinin işğaldan azad olunduğu gündür.

 

Oxu.Az-ın xəbərinə görə, ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 5 oktyabr 2020-ci ildə yaydığı “Twitter” ilə daha üç kəndin – Şıxalıağalı, Sarıcallı və Məzrə kəndlərinin düşməndən azad olunduğunu elan edib.

 

Şıxalıağalı Cəbrayıl rayonunun Şükürbəyli inzibati ərazi vahidində kənddir. Düzənlikdədir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Qarabağ xanı Mehdiqulu xanın Zəngəzurdan (əsasən, indiki Zəngilan rayonunun Ağalı kəndindən) köçürdüyü ailələrin məskunlaşması nəticəsində yaranıb. Şıxalı ağa adlı şəxs bu ailələrin başçısı olub. Kənddə şıxalıağalı nəsli ilə yanaşı, alıyarlı, əbilqasımlı, həsənalıbəyli nəsilləri də yaşayıb.

 

 

Sarıcallı kəndi Rusiya İmperiyası illərində kənd Yelizavetpol quberniyasının Cəbrayıl mahalının bir hissəsi olub. 1912-ci il üçün “Qafqaz təqvimi”nə görə, Karyaqinski rayonunun Saricallu kəndində “tatarlar” olaraq göstərilən azərbaycanlılar olan 398 nəfər yaşayıb. Kəndin adı Qarabağ xanlığının ictimai-siyasi həyatında mühüm rol oynamış Sarıcallı tayfasının adındandır.

 

 

Məzrə kəndinin adı ərəb dilində “əkin üçün yararlı yer”, “əkin yeri”, “tarla”, habelə “əkin yerləri əsasında yaranan məntəqə”, “oba”, “kiçik yaşayış məntəqəsi” mənalarını kəsb edir. 1918-1920-ci illərdə Azərbaycan-Ermənistan müharibəsi dövründə ermənilərin silahlı dəstəsi Məzrə kəndinə hücum edərək kəndi yandırıb, əhalinin əmlakını talan edib və dağıdıb. Hücum nəticəsində kəndin əhalisindən 5 nəfər öldürülüb.

 

 

Xatırladaq ki, ötən il bugünkü tarixədək Cəbrayıl rayonunun 16 kəndi – Böyük Mərcanlı, Nüzgar, Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Dəjəl və Karxulu kəndləri və Cəbrayıl şəhəri işğaldan azad olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Prezidentin çıxışındakı ÖNƏMLİ MESAJ

Nizami Gəncəvinin "Xəmsə"si işıq şousunun vasitəsi ilə CANLANDI

Xırdalan sakinlərinə ŞAD XƏBƏR

Qanunsuz erməni silahlı dəstələrinə məxsus PUA ələ keçirildi

Dörd gün ardıcıl qeyri-iş günü olacaq

Yardımlı Xeyriyyə Cəmiyyətindən Mehriban Əliyevaya MÜRACİƏT

3 gün Bakıda yağış yağacaq

Narkotik qəbul etdiyi iddia olunan uşaqla bağlı DİN-dən AÇIQLAMA

Bir aya 7000 manat gəlir vəd edən PEŞƏ

Qanunsuz erməni silahlılarından növbəti TƏXRİBATA CƏHD

Bərbad vəziyyətdə olan SAĞLAMLIQ MƏRKƏZİ

Atasının istəyi ilə anasını YANDIRDI

"Bəzən həkimlər haqqında yalan məlumatlar çıxır"

Prezidentin MDB Dövlət Başçıları Şurasının iclasında çıxışının TAM MƏTNİ

Bu məktəbin də üç sinfi distant təhsilə keçdi