Naxçıvanda Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin məqsəd

10:24 05-10-2021 | icon 137 | Geopolitika
Naxçıvanda Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin məqsəd

Pinar Kara deyib ki, Türkiyə və Azərbaycan arasında ortaq fəaliyyət, təlim planlaşdırılması və idarəetmənin uyğun hala gətirilməsi üçün ”Qardaş briqada" layihəsi başladılıb. Hazırda Azərbaycan Silahlı Qüvvələrində bu ölkənin şəxsi heyəti ilə birlikdə təlim fəaliyyətləri davam etdirilir. Naxçıvanda 5-8 oktyabr tarixlərində “Sarsılmaz qardaşlıq-2021" birgə döyüş atışlı taktiki təlimi baş tutacaq”.

P.Kara bildirib ki, təlimin məqsədi Türkiyə ilə Azərbaycanın Quru Qoşunları arasında dostluq, əməkdaşlıq və koordinasiyanı inkişaf etdirməkdir: “Azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik”.

İranın Naxçıvanla sərhəddə başladığı hərbi təlimlərin ardından bu təlimlərin başlaması hansı siyasi-hərbi məna daşıyır? İki qardaş ölkə arasında 1 ildən çoxdur davam edən birgə hərbi təlimlər nə vaxta kimi olacaq? Birgə təlimlər hansı hədəfləri nişan alıb? Bəlkə İran Türkiyə-Azərbaycan birgə hərbi təlimlərindən narahatdı?

Versus.az xəbər verir ki, hüquq müdafiəçisi Çingiz Qənizadə "Yeni Müsavat"a bildirib ki, birgə hərbi təlimin əsas məqsədi Türkiyə ilə Azərbaycan arasında bağlanmış Şuşa Bəyannaməsinin ruhuna uyğundur. Hər hansı bir dövlətin, xüsusən də İranın bu hərbi təlimlərdən narahat olmasına ehtiyac yoxdur. Azərbaycan-Türkiyə hərbi təlimləri hansısa ölkəni hədəfə almayıb, hansısa ölkənin ərazisini işğal etmək üçün deyil. 

 “Təəssüf ki, İran bu hərbi təlimlərə əvvəldən çox qısqanclıqla yanaşır. Təbii ki, bu təlimlər həm də siyasi məna daşıyır. Bu təlimlər bir daha dünyaya mesajdır ki, Azərbaycanla Türkiyə arasında hərbi, siyasi əlaqələri, dostluq qardaşlıq münasibətlərini heç kim poza bilməz, bu iki dövlət həmişə bir yerdə olacaq. Təlimlərin hərbi əhəmiyyəti isə Azərbaycan Ordusunun daha da modernləşdirilməsi, döyüş taktiki hazırlığının inkişaf etdirilməsidir. Keçirilən hər bir təlim Azərbaycan Ordusunun Türkiyə ordusu modelinə keçidinə ciddi təsir göstərir.

Oxu.az - Çingiz Qənizadə: “İndi açıqlama vermək vaxtıdır?!”

Çox təəssüflər ki, olsun İran bu hərbi təlimləri qısqanclıqla qəbul etdi. Artıq get-gedə İran rəhbərliyi tərəfindən verilən bəyanatlardan aydın olur ki, əslində “sionist rejim” söhbəti bəhanədir, Tehran Türkiyə-Azərbaycan, Türkiyə-Azərbaycan-Pakistan hərbi təlimlərindən, eləcə də Ermənistana gedən yolun Azərbaycan tərəfindən nəzarətə götürülməsindən, Zəngəzur dəhlizinin açılacağından narahatdır. Faktiki olaraq Tehran etiraf edir ki, Qarabağdakı separatçılara həmişə yük daşıyıblar, indi bu yüklərin qarşısının alınmasını qəbul edə bilmir. İranın necə düşünməsindən asılı olmayaraq, təbii ki, Azərbaycan öz müttəfiqi ilə birgə hərbi təlimlərini davam etdirəcək. Bu hərbi təlimlər plan əsasında həyata keçirilir və bundan sonra da keçiriləcək".

Razi Nurullayev: "Partiyanın adının dəyişdirilməsini də düşünürük"

Deputat Razi Nurullayev isə bildirdi ki, ilk növbədə regionda müharibə təhlükəsi bitməyib. Müharibə təhlükəsi bitmədiyi üçün bu cür birgə hərbi təlimlər mütəmadi keçirilir: “Ermənistan tərəfindən atılan addımlar heç də bir sakitlik, sabitlik yaratmır. Ermənilər revanşist çıxışlar edirlər, qisasçılıqdan danışırlar, sürətlə silahlanmaya qədəm qoyub yeni-yeni silahlar alırlar və s. Azərbaycan isə belə bir vəziyyətdə Ermənistanla sülh müqaviləsi bağlamaq istəyir. Bununla da bütöv regionda problemə son qoyula bilər. Ermənistan bunu istəmirsə, demək, Azərbaycan hər an başlaya biləcək müharibəyə hazırlaşmalıdır. Bütün qoşun növlərində təlimlər keçilməlidir və keçirilir. Azərbaycan hər an qapını döyəcək müharibəyə hazır olaraq özünün müdafiəsini gücləndirməli və düşmənin başını daha sərt şəkildə əzməlidir. Bu baxımdan Türkiyə-Azərbaycan birgə təlimlərinin həm hərbi, həm də siyasi əhəmiyyəti var. Bu təlimlər regionda daimi sakitlik olmayınca, sülh sazişi bağlanmayınca, Ermənistan Azərbaycana ərazi iddiasını kənara qoymayınca, Azərbaycanın ərazi bütövlüyünü tanımayınca davam edəcək və etməlidir”.

Deputat qeyd etdi ki, İranın bu təlimlərin ona qarşı olduğunu düşünməsi yanlışdır: “Azərbaycanın Naxçıvanda hərbi təlim keçirməsini mən İrana mesaj kimi dəyərləndirmirəm. Mən düşünmürəm ki, Azərbaycan İranla müharibə etmək istəyir. İranın xarici işlər nazirinin açıqlamasını oxudum və təəssüf elədim. Çünki mən düşünmürəm ki, Azərbaycan öz ərazisindən İrana hücum üçün hansısa ölkələrə plastadrm verər. Ermənilər İran hakimiyyətinə yalan məlumatları ötürür. Tehran ermənilərin yalanlarına inanmamalıdır.

Azərbaycanla Türkiyənin keçirdiyi hərbi təlimlər isə Azərbaycan Ordusunun hərbi qabiliyyətini artırmaq üçündür. Azərbaycana qarşı kim təcavüz etməyə qalxacaqsa, həmin anda ona cavab vermək üçün Azərbaycan Ordusu hərbi qabiliyyətini artırır".

Oktyabrın 5-də Naxçıvanda daha bir Türkiyə-Azərbaycan təlimləri başlayır. Türkiyə Silahlı Qüvvələri erməni işğalından azad edilmiş Azərbaycan ərazilərində mina axtarışı, minatəmizləmə və zərərsizləşdirmə fəaliyyətinə dəstək verməkdə davam edir. Bu barədə ölkənin Milli Müdafiə Nazirliyinin rəsmisi Pinar Kara açıqlama verib.
 
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyevdən hakimiyyətlə təcili görüş barədə ŞOK SƏBƏBLƏR

Leykoz xəstəliyindən əziyyət çəkənlərin NƏZƏRİNƏ

Qəzetlərin tirajındakı saxtakarlıqlar məlum oldu

"Putin özbaşınalığına görə mütləq Paşinyana “dərs verəcək”"

Yardımlı şəhər küçələrinin İLHAM RZAYEV PROBLEMİ

105 yaşlı qadının uzunömürlülüyünün SİRRİ

"Ermənistan Rusiyaya mesaj verir ki..."

"Hərbi əsriləri saxlamaq dövlət üçün o qədər də əhəmiyyətli deyil”

Bakıda Zəfər avtoyürüşü

Ov mövsümü başladı...

“WhatsApp”da çoxdan gözlənilən yenilik

EMIN x JAH KHALIB - "Улетай" - PREMYERA

Hərbiçilərə sosial şəbəkələrlə bağlı QADAĞA

“Azəriqaz”dan sayğaclarla bağlı YENİLİK

Soçidə üçtərəfli görüş başladı