Zabit Səmədovdan 103-cü QƏLƏBƏ

10:50 05-10-2021 | icon 134 | İdman
Zabit Səmədovdan 103-cü QƏLƏBƏ

Azərbaycanlı kikboksçu, K1 döyüşçüsü Zabit Səmədov MMA turniri olan ACA-130-da qələbə qazanıb.

 

Versus.Az xəbər verir ki, 37 yaşlı “Mauqli” oktaqonda K1 qaydaları ilə keçirilən döyüşdə Konqo əsilli Nayf Didye ilə qarşılaşıb.

 

O, rəqibinə ikinci raundda texniki nokautla qalib gəlib. Belə ki, Zabitin vurduğu “lou kik” zərbəsindən sonra rəqib idmançı sol ayağından ciddi zədə aldığını əsas gətirərək döyüşü davam etdirə bilməyib.

 

Qeyd edək ki, Qroznıda keçirilən döyüşü Çeçenistanın Prezidenti Ramzan Kadırov da izləyib.

 

Xatırladaq ki, Zabit Səmədov bu görüşdə qalib gəlməklə karyerasında 103-cü qələbəsini qazanıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xırdalan sakinlərinə ŞAD XƏBƏR

Yeni siyasi partiya təsis edildi

“Müstəqilliyimiz əbədidir” - VİDEOÇARX

Deputat şəhid ailəsinin ağır vəziyyətini ictimailəşdirdi

Xalq bundan sonra da dövlətçiliyin sədaqətli əsgəri olacaq

Çiyin ağrıları: səbəbləri və müalicəsi - MÜSAHİBƏ

Bu məktəb-lisey koronavirusa görə BAĞLANDI

Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan İşçi Qrupunun iclası keçiriləcək

20.10.2020-ci il: Zəngilan şəhəri işğaldan azad olundu!

Məktəblər bağlanır?

Bu məktəb distant tədrisə keçdi

Bu orta məktəbdə tikinti işləri yekunlaşır

2021-ci ilin ən nüfuzlu MÜSƏLMANI

Ordumuz Laçında təlimlərə başladı

Vahid məktəbli geyimi dəyişdirilə bilər