Doğum günü olan şəhidlər

11:33 05-10-2021 | icon 150 | Şəhidlər və şahidlər
Doğum günü olan şəhidlər

Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan 44 günlük Vətən müharibəsi zamanı qələbə asan qazanılmadı. Torpaqlarımız uğrunda canlarından keçərək, şəhid olan qəhrəmanlarımız var. Bu gün Vətən müharibəsi şəhidlərindən yeddi nəfərin doğum günüdür.

 

Versus.Az Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir:

 

Əsgər Abdulov İdrət İbi oğlu 2001-ci il oktyabrın 5-də Lerik rayonunun Orand kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan İdrət Abdulov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

 

İdrət Abdulov oktyabrın 18-də Ağdərə istiqamətində şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən İdrət Abdulov ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.

 

Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyatçı baş leytenant Bayramov Ruslan Azər oğlu 1995-ci ildə Quba rayonunun Əlibəyqışlaq kəndində anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil aldıqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olaraq oranı bitirib. Azərbaycan Ordusunda kəşfiyyatçı olan R.Bayramov 27 sentyabrda başlayan Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin tərkibində könüllü olaraq döyüşlərə qatılıb.

 

 

Hadrutun və Xocavənd ətrafındakı yüksəkliklərin alınmasında iştirak edib. Döyüşlərin birində komandiri yaralandığından tağıma rəhbərlik edib. Göstərdiyi şücaətə görə elə döyüşdə baş leytenant rütbəsi alıb. Şuşanın azadolunması uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələrək şəhid olub. Qəhrəmanımızın vətənə əmanət üzünü belə görmədiyi bir qız övladı var.

 

MAHHXHQ əsgər Hüseynov Ceyhun Möhübbət oğlu 1991-ci ildə Ağcabədi rayonunun Arazbar kəndində anadan olub. Ağcabədi rayonu C.Həsənov adına Arazbar kənd orta məktəbində təhsil alıb. Dostları arasında cəsarəti, əzmi və fiziki bacarıqları ilə seçilən Ceyhunun ən böyük arzusu hərbçi olmaq olub. O, 2009-cu ilin oktyabrında hərbi xidmətə yollanıb. Hərbi xidmətdən qayıtmasına baxmayaraq, Ceyhunun qəlbindəki vətən sevgisi və hərbçi olmaq arzusu onu yenidən xidmətə qayıtmağa sövq edib. 2014-cü ilin mart ayından etibarən müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına yenidən daxil olub. Hüseynov Ceyhun hərbçi olaraq çalışdığı müddətdə artilleriya hərb sənətini incəliklərinə qədər öyrənib.

 

Ceyhunun artilleriya bacarıqları “Aprel döyüşləri”ndə özünü göstərir. Onunla birlikdə xidmət etmiş yoldaşları və əsgərlərinin dediklərinə görə, Ceyhun 2016-cı ilin aprelində erməni artilleriyasına sərrast zərbələr endirərək, düşmənin xeyli itkilər verməsinə səbəb olub. Onun tabeliyində olan əsgərlərdən birinin dediyinə görə, Ceyhun təkbaşına 4 topdan 27 atəş açaraq, Yuxarı Qiyaməddinli kəndini və xidmət etdikləri artilleriya divizionunu xilas edib. Şəhid Hüseynov Ceyhun Vətən müharibəsi zamanı Xocavənd rayonu istiqamətində döyüşlərdə iştirak edib. Məhz hərbi biliklərinə və texnikalardan sərrast istifadəyə görə, öz istəyi ilə döyüşlərin ən qaynar nöqtəsinə 120 mm-lik minaatan komandiri olaraq qatılıb. Yüksək peşəkarlığı ilə düşmənin qorxulu yuxusuna çevrilən Hüseynov Ceyhun 16 oktyabr 2020-ci il tarixində qəhrəmancasına şəhid olub.

 

 

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə şəhid Ceyhun Möhübbət oğlu Hüseynov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edildi.

 

Baş gizir Məmmədov Elmir Nadir oğlu 1988-ci il oktyabrın 5-də Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. O, 2016-cı ilin 2-5 aprelində baş verən “Aprel döyüşləri”nin də iştirakçısı olub.

 

Azərbaycan Ordusunun baş giziri olan Elmir Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elmir Məmmədov sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Cəlilabad rayonunda dəfn olunub.

 

 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elmir Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

MAHHXHQ əsgər Məsimov Əkbər Yunis oğlu 1994-cü il oktyabrın 5-də Ağdaş rayonunun Qaradeyin kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Əkbər Məsimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb.

 

Əkbər Məsimov sentyabrın 27-də Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. 7 iyun 2021-ci ildə Əkbər Məsimovun nəşi tapılıb və həmin gün Ağdaş rayonunun Qaradeyin kəndində dəfn olunub.

 

 

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Əkbər Məsimov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

Leytenant Qurbanov Rauf Vahid oğlu 1995-ci il oktyabrın 5-də Şərur rayonunun Ələkli kəndində anadan olub. 2001-2011-ci illərdə Ələkli kənd tam orta məktəbində, 2011-2014-cü illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Rauf Qurbanov 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi.

 

Azərbaycan Ordusunun leytenantı olan Rauf Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rauf Qurbanov oktyabrın 18-də Füzuli döyüşləri zamanı şəhid olub. Şərur şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.

 

 

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Rauf Qurbanov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edildi.

 

Əsgər Səfərçinov Xeyirbəy Cəlil oğlu 1993-cü il oktyabrın 5-də Qəbələ rayonunun Yeni Dizaxlı kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Xeyirbəy Səfərçinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

 

Xeyirbəy Səfərçinov oktyabrın 22-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Qəbələ rayonunun Yeni Dizaxlı kəndində dəfn olunub.

 

 

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Xeyirbəy Səfərçinov ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edildi.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xırdalan sakinlərinə ŞAD XƏBƏR

Yeni siyasi partiya təsis edildi

“Müstəqilliyimiz əbədidir” - VİDEOÇARX

Deputat şəhid ailəsinin ağır vəziyyətini ictimailəşdirdi

Xalq bundan sonra da dövlətçiliyin sədaqətli əsgəri olacaq

Çiyin ağrıları: səbəbləri və müalicəsi - MÜSAHİBƏ

Bu məktəb-lisey koronavirusa görə BAĞLANDI

Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan İşçi Qrupunun iclası keçiriləcək

20.10.2020-ci il: Zəngilan şəhəri işğaldan azad olundu!

Məktəblər bağlanır?

Bu məktəb distant tədrisə keçdi

Bu orta məktəbdə tikinti işləri yekunlaşır

2021-ci ilin ən nüfuzlu MÜSƏLMANI

Ordumuz Laçında təlimlərə başladı

Vahid məktəbli geyimi dəyişdirilə bilər