“Bizi Ermənistanla əməkdaşlığa məcbur etmək istəyirdilər”

14:35 05-10-2021 | icon 140 | Siyasət
“Bizi Ermənistanla əməkdaşlığa məcbur etmək istəyirdilər”

İlham Əliyev: “Mən demişdim ki, heç vaxt əməkdaşlıq etməyəcəyik, mən demişdim ki..."

 

“Ermənistanın oğurluğa görə bu gün həbsdə olan keçmiş müdafiə naziri bizi hədələyirdi. Amerika da hədələmişdi. Yəni, o, bunu özbaşına demişdi? Yox! Onun ağzına bu sözləri qoyanlar olub ki, biz bu vəziyyətlə barışaq, bu torpaqlardan əl çəkək, deyək ki, bəli, gəl indi Ermənistanla əməkdaşlıq edək”.

 

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

 

“Mən demişdim ki, heç vaxt əməkdaşlıq etməyəcəyik, mən demişdim ki, nəyin bahasına olursa-olsun Ermənistanı iqtisadi cəhətdən çökdürəcəyik. Bütün neft-qaz kəmərləri, nəqliyyat xətləri, dəmir yolu – hamısı Ermənistandan yan keçdi. Yəni, nəhayət Ermənistanı çökdürdük. İqtisadi cəhətdən artıq bizimlə rəqabət apara bilmədi, hərbi cəhətdən apara bilmədi, müftə alsa da, yenə də o, istədiyi silahları ala bilmədi. Beləliklə, Ermənistanda daxili böhran artıq qaçılmaz idi, xalq qalxmışdı, nifrət etdiyi Sarkisyan rejiminə qarşı qalxmışdı və dəyişiklik oldu”, - deyə Prezident vurğulayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xırdalan sakinlərinə ŞAD XƏBƏR

Yeni siyasi partiya təsis edildi

“Müstəqilliyimiz əbədidir” - VİDEOÇARX

Deputat şəhid ailəsinin ağır vəziyyətini ictimailəşdirdi

Xalq bundan sonra da dövlətçiliyin sədaqətli əsgəri olacaq

Çiyin ağrıları: səbəbləri və müalicəsi - MÜSAHİBƏ

Bu məktəb-lisey koronavirusa görə BAĞLANDI

Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan İşçi Qrupunun iclası keçiriləcək

20.10.2020-ci il: Zəngilan şəhəri işğaldan azad olundu!

Məktəblər bağlanır?

Bu məktəb distant tədrisə keçdi

Bu orta məktəbdə tikinti işləri yekunlaşır

2021-ci ilin ən nüfuzlu MÜSƏLMANI

Ordumuz Laçında təlimlərə başladı

Vahid məktəbli geyimi dəyişdirilə bilər