“Xəstələr intensiv qarın ağrısından şikayət edirlər”

18:44 05-10-2021 | icon 373 | Sağlamlıq
“Xəstələr intensiv qarın ağrısından şikayət edirlər”

Nərminə Abbasova: “Xəstəliyin kəskinləşmə dövründə stasionar müalicə təyin edilir”

 

“Kolit yoğun bağırsağın selikli və selikaltı qişasının iltihabı xəstəliyinə deyilir. Onun gedişinə görə kəskin və xroniki formalarını ayırd edirlər”.

 

Bunu Versus.Az-a kolit xəstəliyi və onun müalicəsi ilə bağlı açıqlamasında MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi NƏRMİNƏ ABBASOVA bildirib.

 

Nərminə xanım qeyd edib ki, adətən kəskin formaya, yəni diffuz (yayılmış) kolitə rast gəlinir ki, o da əksər hallarda kəskin enteritlə müştərək şəkildə müşahidə edilir. Terapevtin sözlərinə görə, onun etiologiyasında infeksiya, qida zəhərlənmələri, kobud və toksik qidaların qəbulu, bəzən isə autoimmun mexanizm rol oynayır:

 

“Xəstəliyin patogenezi infeksion və digər zədələyici amillərin yoğun bağırsağın selikli qişasına göstərdiyi birbaşa təsirlə, yaxud da mikrob və toksinlərin hematogen yolla yoğun bağırsaq divarına etdiyi zədələyici təsiri ilə əlaqədardır”.

 

 

Kəskin kolitin əlamətlərindən danışan həkim terapevt bildirdi ki, xəstəlik kəskin olaraq qarın nahiyəsində spastik ağrı, ümumi əzginlik, iştahsızlıq və ishalla başlanır:

 

“Bağırsaq möhtəviyyatı duru olub, selik və qanla xaric olur. Gün ərzində 15-20 və daha çox defekasiya (nəcis ifrazı) baş verir. Bəzən hərarət 38 dərəcəyə qədər və daha çox yüksəlir. Dil boz və ya bozumtul-çirlki rəngdə ərplə örtülür, bəzən intoksikasiya əlamətləri – baş ağrısı, mialgiya, öyümə, ürək döyüntülərinin artması - ön plana çıxır. Əllə müayinədə yoğun bağırsaqlar boyunca ağrı, qurultu müəyyən edilir. Diaqnostik müayinə zamanı yoğun bağırsağın selikli qişasında hiperemiya, selikli, selikli-irinli və ya selikli-irinli-qanlı möhtəviyyat görünür. Ağır hallarda eroziya və qansızmalar, xoralaşma nəzərə çarpır. Qanda leykositoz, EÇS-nin artması müşahidə olunur. Müalicə ambulator şəraitdə və ya stasionarda antibakterial və antiparazital dərmanlarla aparılır, xəstəyə pəhriz təyin olunur. Lazım olduqda ağrıkəsici preparatlardan da istifadə oluna bilər”.

 

Nərminə xanım bildirdi ki, mədə-bağırsaq sistemi xəstəlikləri içərisində ən çox təsadüf olunanı xroniki kolit xəstəliyidir və yoğun bağırsağın selikli qişasının iltihabi-distrofik zədələnməsilə səciyyələnir. Ən çox 20-60 yaş arası qadın və kişilər arasında eyni tezlikdə rast gəlinir.

Bəs kolit nədən yaranır?

 

 

Həkim terapevt bildirdi ki, xəstəliyin etiologiyasında keçirilmiş kəskin bağırsaq infeksiyaları, parazit invaziyaları, qida rejiminin və qida keyfiyyətinin təkrari pozulmaları, alkoqollu içkilərdən sui-istifadə, mədə, pankreas, qaraciyər xəstəlikləri, ağır metal duzları və dərmanlar, şüa radiasiyası, qan dövranında durğunluq və sair amillər rol oynayır:

 

“Sadaladığım infeksion, toksiki, mexaniki, allergik, zərərli peşə amillərinin yoğun bağırsağın selikli qişasına təkrari və ya bilavasitə təsiri, funksional pozulmalar xəstəliyin patogenezini təşkil edir”.

 

Nərminə xanım xroniki kolitin də əlamətlərindən bəhs edib. Bildirib ki, xəstəliyin əsas simptomlarından biri qarında küt ağrılardır:

 

“Bu ağrılar qarnın aşağı və yan sahələrində lokalizə olunmaqla, əsasən qida qəbulundan sonra və defekasiya aktından əvvəl güclənirlər. Gün ərzində bir neçə dəfə defekasiya aktı baş verir və hər dəfə də az miqdarda selikli, duru nəcis xaric olur. Defekasiya aktı rahatlıq gətirmir, əksinə, bağırsaqda narahatlıq, diskomfort davam edir. Düz bağırsağın terminal hissəsi zədələnmiş olduqda isə anal sindrom – göynəmə, ağrı, tenezm – meydana çıxır və bu hal defekasiya aktından sonra keçmir. İltihab bağırsağın xarici seroz qişasına yayıldıqda perikolit inkişaf edir. Bu halda ağrı daimi şəkil alır, hərəkətlə əlaqədar və palpasiya zamanı ağrı güclənir. Bağırsaqda möhtəviyyat çürüməyə uğradığı üçün güclü köpmə, disbakterioz yaranır. Xəstəliyin gedişində çox vaxt təkrarən ishal və qəbizlik növbələşir”.

 

Həkim deyir ki, qeyri-spesifik xoralı koliti də gözardı etmək olmaz. Onun sözlərinə görə, bu, xroniki kolitin xüsusi bir formasıdır və daha çox siqmada, bəzən isə digər yoğun bağırsaq hissələrində lokalizə olunan qeyri-spesifik xoralı kolitdir:

 

“Onun etologiyası tam məlum olmasa da, autoimmun mənşəli proses sayılır. Xəstəlik yoğun bağırsaqda mukoz və submukoz, irinli-xoralı iltihabla və ərpli-membranoz hissəciklərin bağırsaq möhtəviyyatı ilə xaric olunmasıyla səciyyələnir. Xəstələr intensiv qarın ağrısından, selikli-irinli-qanlı ishaldan şikayət edirlər. Qeyd edim ki, xəstəliyin kəskinləşmə dövründə stasionar müalicə - pəhriz, dərmanlar təyin edilir”.

 

 

DİQQƏT!

 

Həkim terapevt Nərminə Abbasova kolit xəstəliyindən əziyyət çəkənləri müalicə olunmaları üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir.

 

Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xanım siyasətçidən “avtobus müxalifəti” deyənlərə TUTARLI CAVAB

"Bunun fonunda İranın Azərbaycana “xox” gəlməsi mənasız görünür" - MÜSAHİBƏ

"O əldəqayırma deputat gedib işi ilə məşğul olsun"

Partiya sədri mer postuna İDDİALIDIR

Söz atdı, cavabını da aldı

"Bu agentura şəbəkələri ifşa olunmalıdır"

Morton nevroması daha çox qadınlara qənim kəsilib

Daha bir qadağa qüvvəyə mindi

Prezidentin çıxışındakı ÖNƏMLİ MESAJ

Hüquq müdafiəçisi beynəlxalq təşkilatları QINADI

İran yeni, çox böyük təlimlərə BAŞLADI

Ərdoğan Baydenlə Qarabağı müzakirə edəcək

Uşaq bağçasının müdiri barəsində cinayət işi başlandı

Dünya çempionatına gedəcək samboçular bilindi

Toy qaydaları POZULDU