İsrail kəşfiyyatı İran ordusunun generalını ələ keçirdi

11:56 06-10-2021 | icon 192 | Dünya
İsrail kəşfiyyatı İran ordusunun generalını ələ keçirdi

İsrail xüsusi xidmət orqanı olan “Mossad” İran generalını qaçırıb və dindirmə məqsədi ilə Afrika ölkələrindən birinə aparıb.

 

Versus.az xəbər verir ki, bu barədə “Rai Al Youm” məlumat yayıb.

 

Qeyd edilib ki, “Mossad”, 1986-cı ildə Livanda vrulan İsrail dənizçisi Ron Aradın taleyini və ölüm şərtlərini öyrənməyə çalışıb. Mətbu orqan iranlı generalın oğurlanmasının dəqiq tarixi açıqlamır. İsrail xüsusi xidmət orqanlarının ehtimallarına görə, o, dənizçinin taleyi haqqında nəsə deyə bilərdi.

 

Xatırladaq ki, bundan öncə İsrailin Baş naziri Naftali Bennet Knessetin qış sessiyasının açılışında çıxış edərək, Ron Aradın taleyi haqqında məlumat almaq məqsədilə xüsusi xidmət orqanlarının “cəsarətli əməliyyatı” haqqında danışıb.

 

Məlumata görə, əməliyyat Suriya ərazisində keçirilib.

 

Nəticədə, israillilər həmvətənlərinin taleyi haqqında nəsə öyrənmək cəhdləri uğursuz alınıb. Buna görə də, İran generalı dindirildikdən sonra azad edilib. /Publika.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xırdalan sakinlərinə ŞAD XƏBƏR

Yeni siyasi partiya təsis edildi

“Müstəqilliyimiz əbədidir” - VİDEOÇARX

Deputat şəhid ailəsinin ağır vəziyyətini ictimailəşdirdi

Xalq bundan sonra da dövlətçiliyin sədaqətli əsgəri olacaq

Çiyin ağrıları: səbəbləri və müalicəsi - MÜSAHİBƏ

Bu məktəb-lisey koronavirusa görə BAĞLANDI

Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan İşçi Qrupunun iclası keçiriləcək

20.10.2020-ci il: Zəngilan şəhəri işğaldan azad olundu!

Məktəblər bağlanır?

Bu məktəb distant tədrisə keçdi

Bu orta məktəbdə tikinti işləri yekunlaşır

2021-ci ilin ən nüfuzlu MÜSƏLMANI

Ordumuz Laçında təlimlərə başladı

Vahid məktəbli geyimi dəyişdirilə bilər