Musayevlərin şikayətlərinə nazirlik cavab verdi

17:08 06-10-2021 | icon 156 | Şəhidlər və şahidlər
Musayevlərin şikayətlərinə nazirlik cavab verdi

Ağdaş rayon Abad kənd sakini Musayev Nurlan Nurəddin oğlunun sosial şəbəkədə yayılan şikayəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən araşdırılıb.

 


Nazirlikdən verilən məlumata görə, Nurlan Vətən müharibəsində iştirak etməyib. 

 

“2020-ci ilin yanvarında Sumqayıtda hərbi xidmətdə olub və hərbi xidmət dövründə xəstələnib. Ona 19 fevral 2021-ci ildən hərbi xidmət dövrü ilə əlaqədar aşağı ətrafın uzun sümüklərinin bədxassəli yeni törəməsi diaqnozu ilə 5 il müddətinə 3-cü qrup əlillik təyinatı aparılıb və əlilliyə görə 110 manat sosial müavinət təyin edilib. Ailəyə dəstək məqsədi ilə atası Musayev Nurəddin Pənah oğlu özünəməşğulluq proqramına cəlb olunub, 3 avqust 2021-ci il tarixində xırdabuynuzlu heyvandarlıq zərfi üzrə aktivlərlə təmin olunub.

 

ƏSSMN-dən o da əlavə edilib ki, videomüraciətdə qeyd olunan şikayət nazirliyin fəaliyyət istiqamətlərinə aid deyil.

 

Yaralı Musayev Gündüz Sabir oğlunun müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə müraciəti qeydə alınıb. O, yeriyə bilir və çəkiliş etdiyi ev özünün deyil, bibisinin evidir. Şəxsin xəstəxanada 4629 manat dəyərindəki tibbi xərci qarşılanıb. Şəxsin müalicəsinin aparılması ölkə daxilində mümkün olmadığından Türkiyənin “VM Medical Park Pendik” xəstəxanasına göndərilib. 20 026 manat dəyərindəki müalicə xərci fond tərəfindən qarşılanıb. Şəxsin müalicə prosesi yekunlaşdıqdan sonra ölkəmizə geri dönüb, 2021-ci ilin 12 sentyabrında reabilitasiyaya cəlb edilməsi üçün Azərbaycan Milli İdman Tibb və Reabilitasiya İnstitutuna yönləndirilib. Lakin Bakıda yaşayış yerinin olmadığını əsas gətirərək adıçəkilən tibb müəssisəsinə yaxınlaşmayıb. Eyni zamanda şəxs bibisinə aid olan evin təmir edilməsi üçün müraciət etmiş, mənzilin qeyri-ailə üzvü olan şəxsin mülkiyyətində olduğu nəzərə alınaraq, müraciətinə baxılmasının “YAŞAT” fondunun səlahiyyəti xaricində olduğu bildirilib”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Prezidentin çıxışındakı ÖNƏMLİ MESAJ

Nizami Gəncəvinin "Xəmsə"si işıq şousunun vasitəsi ilə CANLANDI

Xırdalan sakinlərinə ŞAD XƏBƏR

Qanunsuz erməni silahlı dəstələrinə məxsus PUA ələ keçirildi

Dörd gün ardıcıl qeyri-iş günü olacaq

Yardımlı Xeyriyyə Cəmiyyətindən Mehriban Əliyevaya MÜRACİƏT

3 gün Bakıda yağış yağacaq

Narkotik qəbul etdiyi iddia olunan uşaqla bağlı DİN-dən AÇIQLAMA

Bir aya 7000 manat gəlir vəd edən PEŞƏ

Qanunsuz erməni silahlılarından növbəti TƏXRİBATA CƏHD

Bərbad vəziyyətdə olan SAĞLAMLIQ MƏRKƏZİ

Atasının istəyi ilə anasını YANDIRDI

Prezidentin MDB Dövlət Başçıları Şurasının iclasında çıxışının TAM MƏTNİ

"Bəzən həkimlər haqqında yalan məlumatlar çıxır"

Bu məktəbin də üç sinfi distant təhsilə keçdi