"İrana sual edirik: Bu nə axmaq yanaşmadır?”

17:26 06-10-2021 | icon 159 | Siyasət
"İrana sual edirik: Bu nə axmaq yanaşmadır?”

Fazil Mustafa: “Azərbaycan da İranın sərhədlərini tanımaya bilər”

 

“İran regionda sərhəd dəyişikliyini qəbul etmədiyini deməklə beynəlxalq hüququ tapdalayır. İran sərhədləri tanımırsa, öz sərhədlərini də şübhə altına alır. Onda Azərbaycan da İranın sərhədlərini tanımamaq barədə qərar çıxara bilər. İrana sual edirik: Bu nə axmaq yanaşmadır?”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycan-İran gərginliyinə münasibət bildirərkən deyib.

 

Millət vəkili vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü və sərhədləri bərpa edilib. Deputat qeyd edib ki, İranın Azərbaycan sərhədlərini tanımaması dünyada heç nəyi dəyişmir:

 

“İran beynəlxalq hüquqdan imtina edirsə, əla, qoy bunu etsin. Bəs sonra nə olacaq? Bu deməkdir ki, hansısa güc İranla bağlı beynəlxalq hüquqdan kənar addım atsa, Azərbaycan da onu dəstəkləyəcək”.

 

Parlamentari söyləyib ki, İranın mövqeyi mənasız tələblərə əsaslanır:

 

“Görünür ki, başları bu məsələdə tərsinə işlədi. Ağıllı dövlət siyasəti yürüdən şəxslər mütləq beynəlxalq hüquqa istinad edərək fikir səsləndirməlidirlər”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xırdalan sakinlərinə ŞAD XƏBƏR

Yeni siyasi partiya təsis edildi

“Müstəqilliyimiz əbədidir” - VİDEOÇARX

Deputat şəhid ailəsinin ağır vəziyyətini ictimailəşdirdi

Xalq bundan sonra da dövlətçiliyin sədaqətli əsgəri olacaq

Çiyin ağrıları: səbəbləri və müalicəsi - MÜSAHİBƏ

Bu məktəb-lisey koronavirusa görə BAĞLANDI

Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan İşçi Qrupunun iclası keçiriləcək

20.10.2020-ci il: Zəngilan şəhəri işğaldan azad olundu!

Məktəblər bağlanır?

Bu məktəb distant tədrisə keçdi

Bu orta məktəbdə tikinti işləri yekunlaşır

2021-ci ilin ən nüfuzlu MÜSƏLMANI

Ordumuz Laçında təlimlərə başladı

Vahid məktəbli geyimi dəyişdirilə bilər