Quzey Makedoniyanın “Beynəlxalq Vizyon Universiteti”nin rektor və prorektoru ilə görüş

17:58 06-10-2021 | icon 237 | Mədəniyyət
Quzey Makedoniyanın “Beynəlxalq Vizyon Universiteti”nin rektor və prorektoru ilə görüş

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Quzey Makedoniyanın “Beynəlxalq Vizyon Universiteti”nin rektoru, professor Fadil Hoca və həmin universitetin prorektoru Abdülməcid Nurəddinlə Milli Məclisdə görüşüb.

 
 
Versus.Az xəbər verir ki, Balkanlardan gələn qonaqlar beynəlxalq konfrans (Türk Dünyası Araşdırmaları Vəqfinin dəstəyi ilə XIX Beynəlxalq Türk Dünyası Sosial Elmlər Konfransı) çərçivəsində Azərbaycanda olduqlarını, Ağdama da səfər etdiklərini bildirərək, Xocalı, Qarabağ, ümumən Azərbaycan həqiqətlərini həmişə təbliğ etdiklərini bildirib:
 
"Biz Xocalı Soyqırımını hər il anmışıq; 44 günlük müharibə günlərində ölkəmizin doğru-dürüst informasiya ilə təmin olunmasına çalışmışıq. Biz 5 azərbaycanlı şəhid övladının pulsuz təhsil almasına şərait yaratdığımızı bildirir, bunu Azərbaycanlı qardaşlarımıza təklif edirik. Qeyd edim ki, universitetimiz Avropada türkcə ali təhsil verən yenə təhsil ocağıdır. Türkcə ilə yanaşı makedonca və ingiliscə də təhsil veririk. Ayrıca, Vyanada filialımız fəaliyyət göstərir. Azərbaycan universitetləri ilə əməkdaşlıq bizim öncəliklərimiz sırasındadır".
 
 
Quzey Makedoniyanın “Beynəlxalq Vizyon Universiteti”nin rektoru, professor F.Hoca və prorektor A.Nurəddinə təşəkkür edən Q.Paşayeva, onları Azərbaycanda salamlamaqdan şad olduğunu bildirib, dost Quzey Makedoniyada bir neçə dəfə səfərdə olduğunu xatırladıb, təəssüratlarını bölüşüb. Universitet haqqında ətraflı bilgi və nəcib təkliflər üçün təşəkkür edən Komitə sədri, onlara uğurlar arzulayıb.
 
 
Q.Paşayeva dost ölkəni təmsil edən alimlərə Qarabağ motivli xatirə hədiyyələri bağlşlayıb. Qonaqlar da universitetlərini simvolizə edən hədiyyəni Q.Paşayevaya təqdim edib. Görüşdə Azərbaycanlı alim - Dos.Dr. Şəlalə Ana Hümmətli iştirak edib.
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xanım siyasətçidən “avtobus müxalifəti” deyənlərə TUTARLI CAVAB

"Bunun fonunda İranın Azərbaycana “xox” gəlməsi mənasız görünür" - MÜSAHİBƏ

"O əldəqayırma deputat gedib işi ilə məşğul olsun"

Partiya sədri mer postuna İDDİALIDIR

Söz atdı, cavabını da aldı

"Bu agentura şəbəkələri ifşa olunmalıdır"

Morton nevroması daha çox qadınlara qənim kəsilib

Daha bir qadağa qüvvəyə mindi

Prezidentin çıxışındakı ÖNƏMLİ MESAJ

Hüquq müdafiəçisi beynəlxalq təşkilatları QINADI

İran yeni, çox böyük təlimlərə BAŞLADI

Ərdoğan Baydenlə Qarabağı müzakirə edəcək

Uşaq bağçasının müdiri barəsində cinayət işi başlandı

Dünya çempionatına gedəcək samboçular bilindi

Toy qaydaları POZULDU