Beynəlxalq Kitab sərgisində İran stendinin təqdimatı olub

22:47 06-10-2021 | icon 304 | Mədəniyyət
Beynəlxalq Kitab sərgisində İran stendinin təqdimatı olub

İran stendində Azərbaycan Respublikasının Baş Nazrinin müavini, Mədəniyyət və Təhsil nazirlərinin iştirakı ilə Nizami Gəncəvinin Yeddi Gözəl əsərinin tərcüməsinin təqdimatı keçirilib.



Versus.az xəbər verir ki, Bakı Beynəlxalq kitab sərgisi 100 daxili və 12 xarici ölkədən olan naşirlərin əsərləri və kitabları təqdim olunur.

 

Əl Oyunları sarayında baş turan sərgidə İran Mədəniyyət Mərkəzi 36 metrlik stenddə Nizami Gəncəvinin əsərləri, İranşünaslıq, müqəddəs müdafiə, ədəbiyyat və uşaq ədəbiyyatı nümayiş etdirir.


Gözəl tərtibatlı iranşünaslıq kitabları, iranlı şairlərin şeirləri bu il İran stendini bəzəyib. Azərbaycan Respublikasında bu il Nizami Gəncəvi ili olması ilə əlaqədar İran stendində Nizami Gəncəvi guşəsi yaradılıb və burada şairə aid 100 dən çox kitab sərgilənir.


İran stendinin girişi Nizami Gəncəvinin portreti ilə bəzədilmiş digər tərəfdə isə İranın məşhur şairi Məhəmməd Hüseyn Şəhriyarın tablosu vurulmuşdur.


İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzi Nizami Gəncəvi ilində bu fars dilində yazıb yaradan görkəmli ədəbiyyat, ədəb və irfan şairinə hörmət olaraq mərhum Mir Cəlal Zəkinin tərcümə etdiyi Yeddi Gözəl əsərini çap etmişdir. Bir çox ali mərtəbəli qonaqlar, səfirlər, diplomat və alimlər sərginin açılışında iştirak etmişlər.


Sərginin proqramlarından ən mühümü Nizami Gəncəvinin "Yeddi Gözəl" əsərinin təqdimatı olmuşdur. Təqdimat mərasimində İran İslam Respublikasının Azərbaycandakı səfiri cənab Seyid Abbas Musəvi, Azərbaycan Respublikasının Baş Nazirin müavini cənab Əli Əhmədov, Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Anar Kərimov, Azərbaycan Respublikasının Təhsil naziri cənab Emin Əmrullayev, Yazıçılar İttifaqının sədri Anar, Türkiyə Cumhuriyyətinin Mədəniyyət və Turizm nazirinin müavini cənab Əhməd Misbah İran stendində olmuşlar.

 

İran Mədəniyyət Mərkəzinin sədri cənab Purmərcan İranda Nizami Gəncəvi barəsində görülən elmi və ədəbi işlər barədə geniş məlumat verib. Həmçinin Şah Təhmasib dövrünə aid Xəmsə nüsxəsinin surəti (İran Mədəniyyət Mərkəzi tərəfindən İran İncəsənət Akademiyasından əldə edilib) İran İslam Respublikasının Azərbaycandakı səfiri cənab Seyid Abbas Musəvi tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Anar Kərimova təqdim edildi. Bu nüsxə, onun xəttatlığı, miniatürləri, qızıl ilə işləmələri barədə İran Mədəniyyət Mərkəzinin sədri cənab Purmərcan məlumat verdi.

 

 

Ağanisə Əliqaraqızı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xanım siyasətçidən “avtobus müxalifəti” deyənlərə TUTARLI CAVAB

"Bunun fonunda İranın Azərbaycana “xox” gəlməsi mənasız görünür" - MÜSAHİBƏ

"O əldəqayırma deputat gedib işi ilə məşğul olsun"

Partiya sədri mer postuna İDDİALIDIR

Söz atdı, cavabını da aldı

"Bu agentura şəbəkələri ifşa olunmalıdır"

Morton nevroması daha çox qadınlara qənim kəsilib

Daha bir qadağa qüvvəyə mindi

Prezidentin çıxışındakı ÖNƏMLİ MESAJ

Hüquq müdafiəçisi beynəlxalq təşkilatları QINADI

İran yeni, çox böyük təlimlərə BAŞLADI

Ərdoğan Baydenlə Qarabağı müzakirə edəcək

Uşaq bağçasının müdiri barəsində cinayət işi başlandı

Dünya çempionatına gedəcək samboçular bilindi

Toy qaydaları POZULDU