"Qələbəmizi bir ermənilər qəbul etmir, bir də bunlar"

11:59 07-10-2021 | icon 210 | Siyasət
"Qələbəmizi bir ermənilər qəbul etmir, bir də bunlar"

Fuad Əliyev: "Hər kəs öz səviyyəsinə görə fikir bildirir"

 

Bu gün siyasi partiyalar Şuşaya səfər ediblər. Bundan öncə Ağdama səfər edən partiyalar bu dəfə də tənqid hədəfinə tuş gəliblər.

 

İşğaldan azad edilmiş ərazilərə getmək dəvətindən imtina edən AXCP və Müsavat ora gedənləri "avtobus müxalifəti" adlandırır, hakim partiya və təmsilçiləri ilə birlikdə səfər etməyi iqtidara yaxınlıq kimi qələmə verməyə çalışırlar. Bununla bağlı sosial şəbəkələrdə müzakirələr açılır, mübahisələr düşür...

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev: 

"Yəqin ki, bu 30 il ərzində hər bir azərbaycanlının bir arzusu olub, torpaqları işğaldan azad olan günü görsün və oralara səfər etsin. Partiya sədrlərinin birinci səfəri bu ilin əvvəlində Ağdama olub. İndi isə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya səfərimizdir. Artıq Şuşada yenidənqurma, bərpa işləri bir ilə yaxındır ki gedir. Çox işlər görülüb. Nəzərdə tutulan plana görə bir ildən sonra vaxtı ilə Şuşada yaşayan vətəndaşlarımız öz doğma şəhərinə yaşamaq üçün qayıdacaqlar. Ondan sonra bizim hamımızın Şuşaya gedib gəlmək imkanı olacaq. O ki qaldı gedənlərin üzərinə hücumlara, nə demək olar? Hər kəs öz səviyyəsinə görə fikir bildirir. Bu cür yanaşanlar deməli torpaqların işğaldan azad olunmasını istəməyiblər. Başqa ölkələrdən bura qonaqlar gəlir, siyasətçilər, media nümayəndələri, səfirlər. Belə çıxır ki bunlar da "avtobus səfirlərdir", yaxud "avtobus jurnalistləridir"?!  Bizim qələbəmizi bir ermənilər qəbul etmir, bir də bunlar".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xanım siyasətçidən “avtobus müxalifəti” deyənlərə TUTARLI CAVAB

"Bunun fonunda İranın Azərbaycana “xox” gəlməsi mənasız görünür" - MÜSAHİBƏ

"O əldəqayırma deputat gedib işi ilə məşğul olsun"

Partiya sədri mer postuna İDDİALIDIR

Söz atdı, cavabını da aldı

"Bu agentura şəbəkələri ifşa olunmalıdır"

Morton nevroması daha çox qadınlara qənim kəsilib

Daha bir qadağa qüvvəyə mindi

Prezidentin çıxışındakı ÖNƏMLİ MESAJ

Hüquq müdafiəçisi beynəlxalq təşkilatları QINADI

İran yeni, çox böyük təlimlərə BAŞLADI

Ərdoğan Baydenlə Qarabağı müzakirə edəcək

Uşaq bağçasının müdiri barəsində cinayət işi başlandı

Dünya çempionatına gedəcək samboçular bilindi

Toy qaydaları POZULDU