Komitə sədri Xalq artistini yubileyi münasibəti ilə təbrik edib

14:57 07-10-2021 | icon 151 | Mədəniyyət
Komitə sədri Xalq artistini yubileyi münasibəti ilə təbrik edib

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikasının Xalq artisti Nurəddin Mehdixanlı ilə Mədəniyyət Komitəsində görüşüb, onu 65 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb.

 
 
Versus.Az xəbər verir ki, təbrikdə deyilir:
 
 
“Hörmətli Nurəddin müəllim,
 
Sizi – Azərbaycanın "Şöhrət" ordenli teatr və kino aktyorunu, respublikamızın Xalq artisti, Prezidentin fərdi təqaüdüçüsü və Akademik Milli Dram Teatrının Aparıcı səhnə ustasını 65 illik yubileyiniz münasibəti ilə təbrik edirəm!
 
 
Siz ali təhsil illərində böyük sənətkarımız Adil İsgəndərovdan dərs almısız (1978). Mürəkkəb hadisələr burulğanında mənəvi çarpışmalar keçirən, faciə notlu, dramatik xarakterli qəhrəman rollarını yüksək məharətlə yaradan Siz, Akademik teatrın səhnəsində oynadığınız rollarla özəlliklə seçilmisiz.
 
 
Sizin sənət dünyanız vətəncanlılıq, milli ideallarımıza sədaqət örnəyidir. Heç təsadüfi deyil ki, 44 günlük Azərbaycan Vətən Müharibəsi başlanınca, siz cəbhəyanı bölgələrdə, eləcə də, döyüşən hərbçilərimiz qarşısında silsilə mədəni proqramlarla çıxış etdiniz, onları qələbəyə ruhlandırdınız.
 
 
Çox şadıq ki, bu ilki yubileyinizi işğalçı düşmən üzərində tarixi Zəfərimizin qüruru, sevinci içində keçirirsiniz.
Sizi Milli Məclisin Mədəniyyət Komitəsi adından, şəxsən öz adımdan, yubileyiniz münasibəti ilə bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm”!
 
 
Q.Paşayeva N.Mehdixanlıya Komitə adından Təbrik məktubu və Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.
Xalq artisti səmimi görüş, fikir mübadiləsi və təbrik üçün Komitə sədrinə təşəkkür edib.
 
 
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xırdalan sakinlərinə ŞAD XƏBƏR

Yeni siyasi partiya təsis edildi

“Müstəqilliyimiz əbədidir” - VİDEOÇARX

Deputat şəhid ailəsinin ağır vəziyyətini ictimailəşdirdi

Xalq bundan sonra da dövlətçiliyin sədaqətli əsgəri olacaq

Çiyin ağrıları: səbəbləri və müalicəsi - MÜSAHİBƏ

Bu məktəb-lisey koronavirusa görə BAĞLANDI

Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan İşçi Qrupunun iclası keçiriləcək

20.10.2020-ci il: Zəngilan şəhəri işğaldan azad olundu!

Məktəblər bağlanır?

Bu məktəb distant tədrisə keçdi

Bu orta məktəbdə tikinti işləri yekunlaşır

2021-ci ilin ən nüfuzlu MÜSƏLMANI

Ordumuz Laçında təlimlərə başladı

Vahid məktəbli geyimi dəyişdirilə bilər