Hafiz Hacıyev bir mer kimi prezidenti Xankəndidə qarşılamaq istəyir

11:55 08-10-2021 | icon 527 | Siyasət
Hafiz Hacıyev bir mer kimi prezidenti Xankəndidə qarşılamaq istəyir

Bütün dünya da görsün ki, Xankəndidə mer azərbaycanlıdır”

 

“Bu gün çox qürurverici bir gündür. Həyatımda ilk dəfədir belə bir sevinc, qürur hissi keçirirəm ki, 30 ilə yaxın işğal altında olan Şuşamızın bu gün qonağı olduq. Bunun üçün cənab Ali Baş Komandanımıza, Müzəffər ordumuza minnətdarıq, şəhidlərə əbədi borcumuz var”.

 

Versus.Az xəbər verir ki, bunu siyasi partiyaların Şuşaya səfəri zamanı elə birbaşa Şuşada Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev səsləndirib.

 

Partiya sədri qeyd edib ki, Şuşada aparılan quruculuq işləri, küçələrin işıqlandırılması və digər görülən işlər qısa vaxt üçün böyük irəliləyişdir:

 

“İnanıram ki, burada daha böyük işlər görüləcək. Artıq yeni bir işin bünövrəsi qoyulubdur. Bildiyimiz kimi, Şuşa Mədəniyyət Paytaxtımız elan olunub. Bütün tədbirlərimizi, eyni zamanda beynəlxalq səviyyədə olan tədbirlərimizi Şuşada keçirməliyik”.

 

Hafiz Hacıyev Azərbaycanın siyasi camiyəsinin bu gün Şuşada bir araya gəlməsini müsbət hal kimi dəyərləndirib:

 

“Açığı, bu mənzərəni bu cür düşünmürdüm. İqtidar-müxalifət nümayəndələrinin buradakı həmrəyliyinin özü qürurvericidir. İnşallah elə bu birliklə Xankəndidə də bir arada olacağıq. Orda bizim 25 min erməni Azərbaycan vətəndaşımız çox pis vəziyyətdədilər, zəng edirlər ki, bizi Ermənistanın seperatçı qüvvələrindən, terroristlərindən xilas edin. Düşünürəm ki, Azərbaycan demokrat və tolerant bir ölkə olduğu üçün o vətəndaşlarına da sahib çıxacaq”.

 

H.Hacıyev Xankəndiyə mer təklifini Şuşada partiya sədrləri ilə müzakirə zamanı da səsləndirdiyini vurğulayıb:

 

“Partiya sədrləri ilə məsləhətləşdik. Xankəndi Azərbaycanındır və oranın meri də azərbaycanlı olmalıdır. Mən də azərbaycanlıyam, böyük bir aiyasi partiyanın sədriyəm, dörd dəfə prezidentliyə namizəd olmuşam. Üstəlik, erməni dilini bildiyimə, erməni təfəkkürünə yaxından bələd olduğuma görə, oradakı erməni vətəndaşlarımızla necə davranmalı olduğumu bildiyimə görə, Xankəndidə mer olmağa uyğun şəxsəm. Rəhbərliyimiz də Şuşada idi, dedim ki, istəyirsiz məni elə burdan qoyun özüm cığırı tapıb gedim Xankəndiyə, mer kimi fəaliyyətə başlayım. Sonra təsdiq fərmanını verərəsiz, fərqi yoxdur. Bir də ki, hər şey fərmanla həll olunmur, hər şey ürəklə, vətənə bağlılıqla həll olunur. İstərdim ki, Şuşadakı bütün bu siyasi partiya rəhbərlərini tezliklə Xankəndidə qəbul edəm, orada onlara böyük bir ziyafət verəm. Eyni zamanda, vaxtilə Xankəndidə yaşayan azərbaycanlılarımızı ora qaytaraq. Və cənab Prezidentimizi də Xankəndidə ən yüksək səviyyədə qarşılayaq. Bütün dünya da görsün ki, Xankəndidə mer də, təhsil, mühafizə orqanlarının rəhbər və işçi heyəti də azərbaycanlıdır, Xankəndi həqiqətən Azərbaycanındır”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xırdalan sakinlərinə ŞAD XƏBƏR

Yeni siyasi partiya təsis edildi

“Müstəqilliyimiz əbədidir” - VİDEOÇARX

Deputat şəhid ailəsinin ağır vəziyyətini ictimailəşdirdi

Xalq bundan sonra da dövlətçiliyin sədaqətli əsgəri olacaq

Çiyin ağrıları: səbəbləri və müalicəsi - MÜSAHİBƏ

Bu məktəb-lisey koronavirusa görə BAĞLANDI

Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan İşçi Qrupunun iclası keçiriləcək

20.10.2020-ci il: Zəngilan şəhəri işğaldan azad olundu!

Məktəblər bağlanır?

Bu məktəb distant tədrisə keçdi

Bu orta məktəbdə tikinti işləri yekunlaşır

2021-ci ilin ən nüfuzlu MÜSƏLMANI

Ordumuz Laçında təlimlərə başladı

Vahid məktəbli geyimi dəyişdirilə bilər