Yaddaş zəifləməsi niyə baş verir?

12:33 08-10-2021 | icon 133 | Sağlamlıq
Yaddaş zəifləməsi niyə baş verir?

Bu gün gənclərin çolxuyaddaş pozulmasından 65-70 yaşından başlayaraq şikayət edir ki, bu da orqanizmin və o cümlədən də beyinin qocalması ilə əlaqədardır.

 
 
Versus.Az xəbər verir ki, yaddaş pozulmasının bir sıra səbəbləri var:
 
 
- Kəllə-beyin travmaları (avtoqəza, yıxılma, başa zərbə və.s)
 
- Vitamin çatışmazlığı (əsasən B12)
 
- Hipotireoz (qalxanvari vəzi xəstəliyi)
 
- Depressiya, uzunmüddətli yuxu pozulmaları, stress
 
- Dərman və toksik maddələrin təsiri
 
- Mərkəzi sinir sisteminin infeksion və iltihahi xəstəlikləri.
 
 
Yuxarıdakı səbəblərdən olan yaddaş pozulmaları müalicə olunandır.
 
 
Onu qeyd etmək lazımdır ki, yaşla bağlı olan yaddaş zəifliyi insanların həyat tərzinə, onların gündəlik işlərini yerinə yetirməyə mane olmur. Məsələn yaddaş itkisi olan şəxs bəzən 1 insanın adını unuda bilər. Amma uzunmüddətli olmaz. Və ya gün sonuna qədər xatırlayar və s. Lakin yaddaş zəifliyi neyrodegenerativ xəstəliklər-Alsheymer, Parkinson, demensiya vaxtı da meydana çıxır ki, bu yaddaş pozulması ciddi narahatçılıqlara səbəb olur. Bu zaman pasiyent öz gündəlik tələbatlarını (yemək, yuyunmaq, harasa getmək və s.) kimi halları idarə edə bilmir. Xəstəlik getdikcə artıb xəstəni yaxınlarından və ya baxıcıdan asılı vəziyyətə salır.
 
 
Beyin damar xəstəlikləri də (vaskulyar demansiya) yaddaş pozulması ilə müşahidə oluna bilər. Demensiyası olan xəstələr yeni sualları dəfələrlə verir, danışarkən ümumi sözləri unudur, gəzərkən və ya tanış bir əraziyə gedərkən azır, əşyaları uyğun olmayan yerlərə yerləşdirir və s.
 
 
- Yaddaş pozulması nevroloq tərəfindən müayinə olunub,səbəbindən asılı olaraq araşdırılmalı,xüsusi minimental(test,sual–cavab)adlanan testlərlə dəqiqləşdirilməlidir.
 
- Digər degenerativ xəstəliklərdə olduğu kimi,neyrodegenerativ xəstəliklərin nəticəsi olan yaddaş pozulmasında inteqrativ müalicə üsulu ilə orqanizimin pozulmuş tarazlığı bərpa olunaraq, əlilliyə gətirib çıxaran yaddaş zəifliyinin qarşısı alınır. /medicina.az/
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xanım siyasətçidən “avtobus müxalifəti” deyənlərə TUTARLI CAVAB

"Bunun fonunda İranın Azərbaycana “xox” gəlməsi mənasız görünür" - MÜSAHİBƏ

"O əldəqayırma deputat gedib işi ilə məşğul olsun"

Partiya sədri mer postuna İDDİALIDIR

Söz atdı, cavabını da aldı

"Bu agentura şəbəkələri ifşa olunmalıdır"

Morton nevroması daha çox qadınlara qənim kəsilib

Daha bir qadağa qüvvəyə mindi

Prezidentin çıxışındakı ÖNƏMLİ MESAJ

Hüquq müdafiəçisi beynəlxalq təşkilatları QINADI

İran yeni, çox böyük təlimlərə BAŞLADI

Ərdoğan Baydenlə Qarabağı müzakirə edəcək

Uşaq bağçasının müdiri barəsində cinayət işi başlandı

Dünya çempionatına gedəcək samboçular bilindi

Toy qaydaları POZULDU