Azərbaycan-Ermənistan münaqişəsinin yekunları Peru mediasında

14:31 08-10-2021 | icon 146 | Siyasət
Azərbaycan-Ermənistan münaqişəsinin yekunları Peru mediasında

Peru Jurnalistləri Federasiyasının rəsmi portalında qurumun vitse-prezidenti, işğaldan azad olunmuş ərazilərimizdə səfərdə olmuş tanınmış perulu jurnalist Rikardo Sançezin AR XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ilə müsahibəsi əsasında məqaləsi dərc olunub.

 

Yazıda L.Abdullayevaya istinadən Azərbaycanın Latın Amerikası regionu ölkələri ilə həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa böyük önəm verdiyi, bu xüsusda Meksika, Braziliya, Argentina, Kuba, Kolumbiya və regionun digər ölkələrində diplomatik missiyalarının fəaliyyət göstərdiyi, eləcə də ölkəmizin Sakit Okean Alyansı təşkilatında müşahidəçi statusu əldə etdiyi qeyd olunur.

 

Digər yandan, Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində Bandunq prinsiplərinin təşviqi, təşkilatın nüfuzunun gücləndirilməsi və digər beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsini hədəflədiyi, bu xüsusda Azərbaycanın təşkilatın sədri qismində BMT Baş Assambleyasının pandemiya ilə mübarizə mövzusuna həsr olunmuş xüsusi sessiyasını çağırdığı bildirilir və Azərbaycanın QH-nin çəkisinin artırılmasına verdiyi töhfələrə görə üzv ölkələr tərəfindən təşkilata sədrliyinin yekdilliklə bir il də uzadıldığı vurğulanır.

 

Sonra təmsilçimizə istinadən Azərbaycanın ötən ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın bütün şərtlərinin, o cümlədən erməni silahlı qüvvələrinin bölgədən çıxarılması, məcburi köçkünlərin geri qaytarılması, kommunikasiya xətlərinin açılması və yenidənqurma işlərinin aparılması üzərində çalışdığı və bu baxımdan, ATƏT-in Minsk Qrupunun da bu məqsədlərə nail olunmasına dəstək göstərməsi gərəkdiyi söylənilir.

 

Sonda müəllif Azərbaycanın erməni tərəfinin Laçın dəhlizindən istifadəsinə imkan yaratdığı halda Ermənistanın Azərbaycanı Naxçıvanla birləşdirəcək nəqliyyat dəhlizinə hələ də razılıq vermədiyini qeyd edir.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Prezidentin çıxışındakı ÖNƏMLİ MESAJ

Nizami Gəncəvinin "Xəmsə"si işıq şousunun vasitəsi ilə CANLANDI

Xırdalan sakinlərinə ŞAD XƏBƏR

Qanunsuz erməni silahlı dəstələrinə məxsus PUA ələ keçirildi

Dörd gün ardıcıl qeyri-iş günü olacaq

Yardımlı Xeyriyyə Cəmiyyətindən Mehriban Əliyevaya MÜRACİƏT

3 gün Bakıda yağış yağacaq

Narkotik qəbul etdiyi iddia olunan uşaqla bağlı DİN-dən AÇIQLAMA

Bir aya 7000 manat gəlir vəd edən PEŞƏ

Qanunsuz erməni silahlılarından növbəti TƏXRİBATA CƏHD

Bərbad vəziyyətdə olan SAĞLAMLIQ MƏRKƏZİ

Atasının istəyi ilə anasını YANDIRDI

"Bəzən həkimlər haqqında yalan məlumatlar çıxır"

Prezidentin MDB Dövlət Başçıları Şurasının iclasında çıxışının TAM MƏTNİ

Bu məktəbin də üç sinfi distant təhsilə keçdi