“Cəbrayıl hərbi yolla azad edilib və indi diplomatik savaş daha sərt şəkildə davam etməlidir”

18:29 04-10-2021 | icon 68 | Siyasət
“Cəbrayıl hərbi yolla azad edilib və indi diplomatik savaş daha sərt şəkildə davam etməlidir”

Fikrət  Sadıqov:Bu reallığı həm düşmənimiz, həm də onu dəstəkləyən qüvvələr başa düşdü

 

Bu gün Cəbrayılın işğaldan azad olunduğu gündür. Cəbrayılın işğaldan azad olunması və 44 gün ərzində Azərbaycan ərazisində erməni faşistlərinin başı əzilərək əldə olunan sonrakı uğurlarımız Ermənistan və onların havadarlarına böyük dərs oldu. Düşmənin vandallığının izi, təsirləri müharibə gedən zaman və ondan sonra da meydanda qalır və dünya ictimaiyyətini ədalətli olmağa çağırır.

 

Cəbrayılda və işğaldan azad olunmuş rayonlarımızda hərbi qələbə çalan ordumuz, düşmənlə mübarizədə meydanı diplomatik savaşçılara həvalə etməklə bu gün də ayıq-sayıqlığını itirmədən torpaqlarımızın azadlığının təminatçısı kimi öndə dayanır. Cəbrayılın işğaldan azad olunmasının 1 ili dünyaya hansı siyasi, hərbi mesajlarını vermiş oldu.

 

Versus.Az xəbər verir ki, bu və ya digər məsələlərlə bağlı şərh verən politoloq Firət Sadıqov Azərbaycanın Cəbrayıl istiqamətində əldə etdiyi hərbi qələbənin beynəlxalq siyasi arenada yaratdığı rezonansa diqqət çəkib.

 

Politoloq bildirib ki, işğalda olan Azərbaycan məntəqələrinin, şəhərlərinin azad olunmasının hərbi, siyasi, strateji əhəmiyyəti var və Cəbrayıl rayonu da istisna deyil:

 

“Cəbrayılın işğaldan azad olunması o demək idi ki, Azərbaycan əks-hücum əməliyyatı ilə bir sıra addımları müsbət şəkildə həll edib. Hər halda dünya ictimaiyyəti, siyasi dairələr başa düşdü ki, biz dayanmayacağıq. Öz torpaqlarımızı azad etmək üçün bütün vasitələrdən istifadə edəcəyik. Cəbarayıl və ondan sonra digər yaşayış məntəqələrini işğaldan təmizləmək və erməni tapdağından azad etməyin dərin siyasi və strateji əhəmiyyəti var.  Bunu bir sıra qonşularımız, həm dünya siayasətində Ermənistanla oyun oynayan, başlarını sığallayan dairələr başa düşdü”.

 

Politoloq bildirib ki, torpaqlar azad ediləndən sonra beynəlxalq güclər, eləcə Ermənistanın özü tərəfindən Azərbaycana qarşı xain, cinayətkar təsirlər oldu. Bir çox qüvvələr Azərbaycanın qələbəsini qəbul etmək istəmirlər:

 

“Həmin o güclər biz torpaqlarımızı azad edəndə də müxtəlif bəyanatlar verirdilər. Buna ciddi reaksiya vermirdik. Çünki başa düşürdük ki, biz nə edirik, başa düşürdük ki, sağlam düşüncəli  siyasətçilər, dövlət xadimləri vəziyyəti dərk edirlər. Hər halda Gəncəyə atılan bombaların törətdiyi dağıntılar və 100-ə yaxın mülki vətəndaşımızın şəhid olması ermənilərin necə vəhşi olduğunu orataya qoyan əsas faktlar idi. Biz bunu dünyaya yaya bildik. Biz Gəncəyə jurnalistləri, ekspertləri gətirdik. Ordan müsahibələr hazırladıq, mətbuat konfransları  keçirildi. Beləliklə, hərbi, siyasi, strateji və düzgün informasiyanın verilməsi istiqamətində işlərimizi qura bildik. Bu reallığı həm düşmənimiz, həm də onu dəstəkləyən qüvvələr başa düşdü”.

 

F.Sadıqov deyib ki, dünya Cəbrayılın işğaldan azad olunması reallığını qəbul edib. Çünki sübut elədik ki, uğrunda şəhidlər verdiyimiz o torpaqlar, Cəbrayıl və digər ərazilərimiz bizim torpaqlardır.

 

Politoloq bildirib ki, artıq bir sıra sağlam düşüncəli ekspertlər  bunu dərk edir, başa düşür və qəbul edirlər:

 

“Cəbrayılın azad olunması işğal faktının aradan qaldırılması istiqamətində atılan güclü, uğurlu addım idi. Bu o demək idi ki, biz dayanmayacağıq. Biz Cəbrayılı azad edib, digər əməliyyatların keçirilməsində uğurlara nail olandan sonra düşmən oyun oynamadığımızı başa düşdü. Anladı ki,  məqsədimiz işğalçını torpaqlarımızdan qovmaqdır. Biz bu məqsədə nail ola bildik. Və Cəbrayıl belə bir strateji nöqtə kimi mühüm bir rol oynadı”.

 

F.Sadıqov 30 ilə yaxın müdət ərzində işğalda qalan torpaqlarımızın illərdir xarabaya, terrora, dağıntıya məruz qaldığını qeyd etməklə, Azərbaycana dəymiş maddi-mənəvi, ruhi ziyanın haqqının verilməsini məhz beynəlxalq məhkəmələr kontekstində və informasiya savaşı müstəvisində həllinə nail olmağı mühüm amil kimi qeyd edib:

 

“Hazırda meydanda erməni vandallığını göstərən faktlarla, rəqəmlərlə, arqumentlərlə, azad olunan torpaqlara beynəlxalq təşkilatların nümayəndələrini gətirməklə o torpaqların pozulan hüquqlarını bərpa etməliyik. Beynəlxalq məhkəmələrə müraciət etmişik. Amma bizim müraciətimiz daha kəskin, hücumedici olmalıdır. Biz dayanmadan bu istiqamətdə işləməliyik. Əsas məqsədimiz odur ki, dünya nəhayət hansı vandalizmlə üzləşdiyimizi başa düşsün. Düzdür, düşmənlərimiz bu faktları görsə də, göz yumacaq. Amma digər tərəfdən tərəfdarlarımız da çoxalacaq. Bəlkə də bunu görməyənlər görəcək. Biz bu işi kampaniya şəklində yox, düşünülmüş və planlı şəkildə etməliyik. Burada hüquqşünasların da rolu çox böyükdür. Əgər işğal, teror faktları məhkəməyə çıxarılacaqsa, bizə kifayət qədər dəlillər lazımdır. İşğaldan azad olunmuş ərazilərdə filmlər çəkməli, şəkillər çəkməli, müsahibələr almalı və dünya ictimaiyyətinə çatdırmalıyıq. Bu istiqamətdə xaricdəki səfirlikəlrimiz xüsusilə çalışmalıdır. Səfirliklərin prioritet işi bundan ibarətdir. Çünki Cəbrayıl hərbi yolla azad edilib və indi onun haqqının bərpası istiqamətində diplomatik savaş daha sərt şəkildə davam etməlidir”.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Prezidentin çıxışındakı ÖNƏMLİ MESAJ

Nizami Gəncəvinin "Xəmsə"si işıq şousunun vasitəsi ilə CANLANDI

Qanunsuz erməni silahlı dəstələrinə məxsus PUA ələ keçirildi

Dörd gün ardıcıl qeyri-iş günü olacaq

Xırdalan sakinlərinə ŞAD XƏBƏR

Yardımlı Xeyriyyə Cəmiyyətindən Mehriban Əliyevaya MÜRACİƏT

3 gün Bakıda yağış yağacaq

Narkotik qəbul etdiyi iddia olunan uşaqla bağlı DİN-dən AÇIQLAMA

Bir aya 7000 manat gəlir vəd edən PEŞƏ

Qanunsuz erməni silahlılarından növbəti TƏXRİBATA CƏHD

Bərbad vəziyyətdə olan SAĞLAMLIQ MƏRKƏZİ

Atasının istəyi ilə anasını YANDIRDI

"Bəzən həkimlər haqqında yalan məlumatlar çıxır"

Prezidentin MDB Dövlət Başçıları Şurasının iclasında çıxışının TAM MƏTNİ

Bu məktəbin də üç sinfi distant təhsilə keçdi