"Vaxt gələcək Serjik Azərbaycan qanunları qarşısında cavab verəcək”

18:36 10-10-2021 | icon 117 | Siyasət
"Vaxt gələcək Serjik Azərbaycan qanunları qarşısında cavab verəcək”

Elman Məmmədov: “Serjikin pillə-pillə vəzifədə yüksəlməsinin səbəbəi onun...”

 

Azərbaycan Silahlı Qüvvələrinin erməni hücumlarına, hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatından keçən bu 1 il və 44 günlük müharibənin yazdığı yeni tarix düşmənin əsl mahiyyətini, işğalçı, vandal siyasətini ortaya qoymaqdadır. 2020-ci il sentyabrın 27-dən əks-hücumla başlayan Vətən müharibəsi işğalçı Ermənistanın başında duran cinayətkarların təkcə Azərbaycan üçün deyil, bəşəriyyət, insanlıq üçün qara ləkə olduğunu sübuta yetirdi. Heç uzağa getmədən Ermənistan və havadarlarının 30 ilə yaxın müddətdə işğal altında saxladığı Azərbaycan ərazilərində törətdiyi vəhşiliyin qalıqlarına baxsalar yetər. Erməni vəhşiliyinin mənzərəsi hələ də o torpaqlarda qalır. Məhz Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı prezident İlham Əliyevin işğaldan azad olunan Cəbrayıldakı çıxışındakı fikirlər, düşmənin vandallığının faktlarla ortaya qoyması və verdiyi mesajlar dünyanın diqqətinin erməni fandallığına yönəlməsi idi. Prezident bir daha Azərbaycana qarşı ədalətsiz mövqe saxlayan güclərin öz kor gözlərini açıb erməni cəmiyyətinin də hansı rəhbərlə, hansı ağlasığmaz cinayətlərə əlbir olduğunu önə çəkmiş oldu. Özünün çıxışlarında erməni faşizminə diqqət çəkən Ali Baş Komandan Ermənistanın düşmən siyasətini məhz onların törətdiyi cinayətlərin, dağıntıların üzərindən bir fakt kimi təqdim edərək, əsl simalarını açdı.

 

Versus.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Elman Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıl şəhərinin işğaldan azad olunduğu gün o yerdən dayanaraq etdiyi çıxışında önə çəkdiyi məqamlara toxunarkən bildirib.

 

Deputat Azərbaycan torpaqlarının işğalında, ölkəmizə qarşı törədilən soyqırım, hərbi cinayətlərlə yadda qalan Serjik Sarkisyanın kim olduğunun erməni istimaiyyətinə, istərsə də dünyaya verilən sərt mesajlarla çatdırıldığını bildirib:

 

“Prezidentimiz dedi ki, Serjikin hərbi cinayətkar olmasını təkcə o demir, bunu bölgə ilə tanış olan bütün qərəzsiz və müstəqil politoloqlar, jurnalistlər deyirlər. O, Serjikin britaniyalı jurnalistə verdiyi müsahibəsini xatırlatdı. Serjik orda da demişdi ki, Xocalı soyqırımını şəxsən özü törədib. Bunun da izahatını vermişdi ki, azərbaycanlılar bilməlidirlər, Ermənistan ordusu dinc əhaliyə qarşı silah qaldıra bilər”.

 

E.Məmmadov bildirib ki, Przidentin Serjik Sarksyan haqında səsləndirdiyi sərt fikirlər hamısı həqiqətdir:

“Məni bu erməni dığasını şəxsən tanımışam. Biz 80-ci illərin əvvəllərində, o komsomol - partiya işində olduğu dövrdən öncə də bir-birimizi tanımışıq. Serjik keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayətində” heç bir xüsusi çəkisi olmayan, digərlərindən heç bir üstünlüyə malik olmayan  sıradan bir erməni dığası idi. 1988-ci illər ərəfəsində  məlum oldu ki, Serjik, Robet Köçəryan və digəriləri SSRİ Təhlükəsizlik Komitəsi tərəfindən Azərbaycanda Dağlıq Qarabağ problemini qaldırmaq üçün hazırlanmış bir qrupdur. Bunların varlığı və kimliyi 1988-ci ilin fevrallından sonra üzə çıxdı. Məlum oldu ki, bunlar bir dəstə terrorçu, cinayətkar  kimi hazırlanmış qrupdur və məlum tapşırıqları var. O dövrdən sonra Serjik, Köçəryan tədricən yüksək vəzifələrə gəlməyə başladılar. Bu da bir başa Moskvanın göstərişi, iradəsi ilə baş verird. Yəni Serjik Sarkisyan və onun kimilər bir elm, dövlət adamı,  siyasətçi kimi ortaya çıxmadı. Bunlar Azərbaycan xalqının qəddar düşməni kimi, qatillər, cinayətkarlar, terrorçular kimi ortaya çıxdılar. Bunlara qatı türk düşməni, qatı cinayətkar olmalarına görə, daha bacarıqlı terrorçu olmalarına görə vəzifələr verilib.  Serjikin pillə-pillə vəzifədə yüksəlməsinin səbəbəi onun qəddarlığı, türklərə qarşı qatı barışmaz düşmənçiliyi, qatilliyi idi. Xocalı soyqırımının törədilməsində həm səhra komandiri kimi, həm siyasi rəhbər kimi öndə gedən 3-4 nəfərdən biri Serjik Sarkisyan idi. Onun əli körpə uşaqların qanına batıb. Onun belə bir tərcümeyi halı var. O, bu məharətlərinə görə Moskva tərəfindən mükafatlandırılaraq öncə “Dağlıq Qarabağda” sonra Ermənistanada pillə-pillə vəzifələrə gətirildi. Cənab Prezidentimiz onun haqqında çox düzgün fikirlər söylədi. Bu cinayətkar, ömrü boyu oğru, cinayətkar, saxtakar, xain, satqın, fərari kimi tanınıb. İnşaallah vaxt gələcək Serjik Azərbaycan qanunları qarşısında cavab verməli olacaqdır”.

 

E.Məmmədov hesab edir ki, Prezidentin həmin çıxışında cinayətkar Sarkisyana verilən mesajlar təkcə onun özünə deyil, bütün ermənilərə, onları haqsız mühafizə edənlərə və aparılan cinayətkar siyasətə qarşıdır. Deputat bildirib ki, Prezident Serjik Sarkisyana “qorxmursansa gəl, mən burdayam…” sözlərini əbəs yerə deməyib:

 

“Serjik bir neçə il bunadan öncə Gorusa gəldi və orda erməni gəncləri ilə böyük bir tədbir keçirdi.  Ordan Ağrı dağını gənclərə göstərdi və belə bir ifadə işlətdi: “biz Qarabağı aldıq, biz bu məsələni həll elədik. Sizin də qarşınızda bax o dağı, o dağın o tərəfindki əraziləri fəth eləmək durur”. O vaxt Serjik Sarkisyan Azərbaycana meydan oxuyurdu. O prezidentliyi dövründə dəfələrlə bəyan eləmişdi ki, “ehtiyatda olun, bizimlə oynamayın, biz əlavə əraziləri də işğal eliyəcəyik. Bakıaya gəlib çıxacağıq, siz bizim qarşımızda dura bilməzsiz. Biz döyüşkən, qalib, qorxmaz qəhrəman xalqıq”. Bu gün də bizim Prezidentimiz onu çağırır ki, əgər sən o dediyin sözlərin arxasına durursansa, qorxmaz, qəhrəman xalqın nümayəndəsisənsə, lidersənsə Bakıya gəlməklə bizi hədələyirdinsə, indi kişiliyin çatır gəl bura, mən burdayam. Prezident bəyan elədi ki, bu torpaqların əsl sahibləri bizik. Bİz də bu gün bu torpaqlardyıq. Deyirdin ki, torpaqlar sizindir, səninkidirsə gəl bura, Azərbaycan burdadır. Gəlmirsənsə, demək sən qorxaqsan, sən dələduzsan, saxtakarsan, cinayətkarsan, oğrusan…”

 

E.Məmmədov Prezidentin fikirlərinə istinadən dedi ki, Serjikin oğurluğu haqqında Ermənistanda bilməyən yoxdur:

 

“Prezident dedi ki, bu gün onunla əlbir olan “müharibə qəhrəmanları” artıq ya həbsdədir, ya cəhənnəmdədir. O, bildirdi ki, “Tuşonka” satan və artıq cəhənnəmdə yanan, Serjikin sağ əli olan “general” Ermənistan ordusunun və Serjikin əsl simasını göstərir. Müharibə zamanı “tuşonka” satan general hansı sözlərə layiqdir? Bu haqda bizdə kifayət qədər məlumatlar var, həm müharibədən əvvəl, həm müharibə zamanı hansı əməllərdən çıxırdılar. Ayaqları altında torpaq yanırdı, Azərbaycan Ordusu hər gün irəli gedirdi, Ermənistan müdafiə naziri kontraktlar imzalayıb, nasaz silahlar aldırıb, qiymət fərqini də cibinə qoyurdu. Onlar Serjikin yetirmələridir, onun kimi oğrulardır. Bu gün Serjikin dünya banklarında varidatı var nə ilə qazanıb. Rəhbərliyi dövründə oğurladığı pullarla kimdən ourlayıb. Xalqdan. Prezidentin o mesajları erməni xalqına, cəmiyyətinə ünvanlanmışdı ki, görün siz nə gündəsiz ki,müstəqilliyinizin 30 ilinin çox hissəsini Qarabağdn gəlmiş iki küçə gədəsi, iki cinayətkar hərbi canı rəhbərlik edib. Rəhbəri Sejik Sarkisyan, Robert Köçəryan olan milətin özü nə gündədir?..”

 

E.Məmmədov ermənilərin torpaqları işğalda saxladığı son 30 ildə heç nəyə nail ola bilmədiyini dedi:

“Əgər onlar dedikləri kimi həqiqətən də o torpaqlar onlara məxsus idisə, bu 30 il ərzində niyə bir ağac belə əkmədilər, bir bərpa abadlıq işi aparmadılar. Amma torpaqlarımızı viran qoymaqla, darmadağın etdilər. Demək onlar əvvəldən də bilirdilər ki, bu ərazilər onlara aid deyil və bu ərazilərin sahibləri gələcək. Buna görə də bütün ərazilərimizi viran qoydular. Təbii ki, onlar heç nəyə nail ola bilmədilər və əlləri boşda qaldı. Bu birinci dünya müharibəsi dönəmində də belə idi. Bir-ikisini azaldıb artırmaqla təxminən eyni dövlətlər, eyni güc mərkzləri yenə bu erməniləri təlimatlandırdılar, öyrətdilər, silahlandırdılar ki, siz Türki dövlətinə qarşı üsyana qalxın biz sizin köməyinizlə Türkiyəni məhv edib sizə dövlət yaradacağıq. 1988-ci il ərəfəsində də bu ermənilərə həmin güclər tərəfindən vədlər verildi. O dövrdə də əlləri boş qaldı, indi də boş qaldı. Hələ bu xəstə xülyaları ilə bunları bundan betər aqibət gözləyir”.

 

Deputat ermənilərə verilən o vədlərin ardı bu gün də kəsilmir:

“Yenə o vədlər verilir, yenə o köməklər edilir, yenə silahlandırmalar başlayıb. Erməniləri köçürüb gətirib bizim tarixi ərazilərimizdə yerləşdirib bunlara dövlət yaradan gündən Cənubi Qafqaza, xüsusilə də Azərbaycana bir bəla gətiriblər. Ermənilər sağalmayan, daim iy verən, çirk verən yaradır. Bu yaranı sönməyə qoymayan qüvvələr var. Onları daim bir alət kimi istifadıə edib daim münaqişələr yaradıblar, yaradırlar, yaradacaqlar da.

Ona görə də deyir ki, “itlə yoldaşlıq eləsən də çomağını əldən yerə qoyma”... /həftə-içi/

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xanım siyasətçidən “avtobus müxalifəti” deyənlərə TUTARLI CAVAB

"Bunun fonunda İranın Azərbaycana “xox” gəlməsi mənasız görünür" - MÜSAHİBƏ

"O əldəqayırma deputat gedib işi ilə məşğul olsun"

Partiya sədri mer postuna İDDİALIDIR

Söz atdı, cavabını da aldı

"Bu agentura şəbəkələri ifşa olunmalıdır"

Morton nevroması daha çox qadınlara qənim kəsilib

Daha bir qadağa qüvvəyə mindi

Prezidentin çıxışındakı ÖNƏMLİ MESAJ

Hüquq müdafiəçisi beynəlxalq təşkilatları QINADI

İran yeni, çox böyük təlimlərə BAŞLADI

Ərdoğan Baydenlə Qarabağı müzakirə edəcək

Uşaq bağçasının müdiri barəsində cinayət işi başlandı

Dünya çempionatına gedəcək samboçular bilindi

Toy qaydaları POZULDU