Avropada revanş gecəsi

13:38 11-10-2021 | icon 128 | İdman
Avropada revanş gecəsi

Türkiyə heç-heçənin, Almaniya məğlubiyyətin qisası üçün meydana çıxır

 

Qətərdə keçiriləcək 2022-ci il Dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində bu gün səkkizinci mərhələnin bir sıra görüşləri keçiriləcək.

 

Bu tur çərçivəsində ilk qarşılaşma Kipr və Malta milliləri arasında keçiriləcək. Oyun Bakı vaxtı ilə 20:00-da başlayacaq. H qrupunda mübarizə aparan və sonuncu pillələri bölüşən komandalar hərəyə 4 xal toplaya bilib. Qrupun 22:45-də start götürəcək digər qarşılaşmalarında Xorvatiya Slovakiyanı, Sloveniya isə Rusiyanı qonaq edəcək.

 

Hazırda H qrupunda 16 xalla Xorvatiya birinci pillədə qərarlaşıb. Eyni xala malik Rusiya ikinci, Sloveniya 10 xalla üçüncü, Slovakiya isə 9 xalla dördüncü pillədə mövqe tutub.

 

E qrupunun sonuncusu Belarus seçməsi (3 xal) gecənin növbəti oyununda Çexiya (8 xal) ilə üz-üzə gələcək. Belarus seçməsi Belçikanın liderlik etdiyi qrupda ikincilik uğrunda Uelslə (8 xal) mübarizə aparan Çexiyadan xal almağa çalışacaq. Qrupun digər oyununda Uels millisi səfərdə Estoniyanın (4 xal) qonağı olacaq. Bütün qarşılaşmalar 22:45-də start götürəcək.

 

Oktyabrın 11-də J qrupunda da üç oyun keçiriləcək. 7 oyunda rəqib qapılarına 19 top vuran Almaniya (18 xal) millisi Şimali Makedoniyanın (12 xal) qonağı olacaq. Bu oyunda Almaniya evində məğlub olduğu rəqibindən revanş almağa çalışacaq. Qrupun 22:45-də başlayan digər oyunlarında Runıniya (10 xal) Ermənistanı (12 xal), İslandiya (5 xal) isə qrup sonuncusu Lixtenşteyni (1 xal) qonaq edəcək.

 

Seçmə mərhələnin səkkizinci turu G qrupunda gərgin mübarizə ilə yadda qalacaq. İlk pilləyə sahib olmaq uğrunda 4 komandanın mübarizəsinə səhnə olan qrupda 16 xalla lider olan Niderland millisi autsayder Cəbəllütariqlə (0 xal) qarşılaşacaq. İlk oyunda səfərdə rəqibinə 7 cavabsız top vuran Niderland millisinin evdə də doğma azarkeşləri qarşısında rəqibinə şans verməsi ehtimalı olduqca aşağıdır.

 

Qrupun növbəti görüşü isə azərbaycanlı azarkeşləri də yaxından maraqlandırır. Belə ki, Türkiyə (12 xal) millisi Riqa şəhərindəki “Dauqavas” stadionunda Latviya (5 xal) kollektivi ilə qarşılaşacaq. Evində Latviya ilə 3:3 hesablı heç-heçə edən ay ulduzlular qrupda vəziyyətini bir qədər yaxşılaşdırmaq üçün meydana mütləq qələbə üçün çıxacaq.

 

Türkiyənin qrupdakı rəqibləri isə bu axşam öz aralarında oyun keçirəcək. Norveç (14 xal) və Monteneqro (11 xal) milliləri Osloda münasibətlərə aydınlıq gətirəcək. Evində Norveç millisinə minimal hesabla uduzan Monteneqro millisinin səfərdə bunun əvəzini çıxmağa çalışacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Prezidentin çıxışındakı ÖNƏMLİ MESAJ

Nizami Gəncəvinin "Xəmsə"si işıq şousunun vasitəsi ilə CANLANDI

Xırdalan sakinlərinə ŞAD XƏBƏR

Qanunsuz erməni silahlı dəstələrinə məxsus PUA ələ keçirildi

Dörd gün ardıcıl qeyri-iş günü olacaq

Yardımlı Xeyriyyə Cəmiyyətindən Mehriban Əliyevaya MÜRACİƏT

3 gün Bakıda yağış yağacaq

Narkotik qəbul etdiyi iddia olunan uşaqla bağlı DİN-dən AÇIQLAMA

Bir aya 7000 manat gəlir vəd edən PEŞƏ

Qanunsuz erməni silahlılarından növbəti TƏXRİBATA CƏHD

Bərbad vəziyyətdə olan SAĞLAMLIQ MƏRKƏZİ

Atasının istəyi ilə anasını YANDIRDI

"Bəzən həkimlər haqqında yalan məlumatlar çıxır"

Prezidentin MDB Dövlət Başçıları Şurasının iclasında çıxışının TAM MƏTNİ

Bu məktəbin də üç sinfi distant təhsilə keçdi