“Bu dövlət mütləq dəyişəcək”

07:11 14-10-2021 | icon 214 | Siyasət
“Bu dövlət mütləq dəyişəcək”

Yasəmən Qaraqoyunlu: “Bu gün beynəlxalq və bölgəsəl konyektur İranın istəklərinə uyğun deyil”

 

“İranın Azərbaycana qarşı qıcıq dolu bəyanatlar verməsinin kökündə sadəcə Zəngəzur dəhlizi məsələsi durmur. Buna səbəb həm də Türkiyənin bir güc kimi Qafqaza daxil olması, de-fakto Türkiyə-Azərbaycan birliyinin yaranması, Türkiyə ordularının Qafqazda yerləşməsi və Pakistan-Türkiyə-Azərbaycan strateji blokunun qurulmasıdır. İran qorxur, düşünür ki, Azərbaycan Qarabağda qələbə qazandısa, bu, İran içərisindəki türklüyün milli, siyasi şüurun yüksəlməsinə və İranın içərisində dəyişikliyə apara bilər”.

 

Versus.Az xəbər verir ki, bunu siyasi ekspert Yasəmən Qaraqoyunlu İranın Azərbaycana qarşı qərəzli çıxışlarının arxasında dayanan dini-siyasi məqamlara diqqət çəkərkən bildirib.

 

Y.Qaraqoyunlu hesab edir ki, İranın türklərə qarşı əks çıxışlarına baxmayaraq, bu dövlət mütləq dəyişəcək. Onun fikrincə, bu gün beynəlxalq və bölgəsəl konyektur İranın istəklərinə uyğun deyil:

 

“İran iddia edir ki, İsrailin yaradılması islam dünyasına zərər vurdu. Amma islam dünyasına İsraildən çox İranın zərər vurması göz qabağındadır. İranın bütün müsəlman ölkələri ilə ziddiyyəti var. 1925-ci ildən sonra İranda türk dili qadağan olunub. Min illər boyu imperiya, dövlət quran millərtin dili və mədəniyyəti qadağan olunub. Türkiyə və Azərbaycanla yanaşı, şiyə qurşağı yaratmaq adı altında fars körfəzində bütün ərəb dövlətləri ilə çox ciddi ziddiyyəti var. Bütün ərəb dövlətləri içərisində dini, məzhəb qarşıdurmaları, terror təşkilatları qurur, siyasi istiqrarsızlıq yaradır. Bundan başqa İran-pers dövləti İsaraili Fələstini işğal etməkdə günahlandırır. Fars körfəzində bir Xuzistan bölgəsi var ki, orada ərəblər yaşayır. Xuzistanda ərəblər haqlarını qorumaq üçün ayağa qalxıblar və bu, polis gücünə susdurulub. Əgər sən islamı qoruyursansa, öz vətəndaşların olan ərəbləri niyə incidirsən, öz vətəndaşın olan müsəlman şiə olan türklərin dillərini niyə yasaq edib onları incidirsən. Və niyə sənə yaxın olan, din və kültür birliyində olan Azərbaycanda bir Ermənistan dövlətinin zəfər qazanmasına dəstək olursan?!.”

 

Y.Qaraqoyunlu bu gün Azərbaycanda İranın çox ciddi dayaqlarının olduğunu bildirib. Onun sözlərinə görə, İran dini liderinin Azərbaycandakı nümayəndəsi Ocaqnejatın fəaliyyəti dayandırılsa da, İranın Azərbaycandakı adamları sadəcə Ocaqnejatidən ibarət deyil:

 

“İran Azərbaycanın Milli Təhlükəsizlik İdarəsinin, Azərbaycan Milli Elmlər Akademiyasının və bütün Azərbaycan Məscidlərinin içərisinə sızıb. Mən deyərdim ki, İran Borçalını ələ keçirib. Borçalıda yalançı şiəliyi yayıb, Azərbaycan qadınlarını qapqara çadraya bürüyüb. Eləcə də Rusiyada yaşayan 2 milyondan çox azərbaycanlıya İrandan getmiş şiə mollalar şiə inqilabını ixrac etmək üçün fəaliyətdədirlər. Azərbaycan Rusiyada, Borçalıda yaşayan azərbaycanlıları İran təbliğatının təsirindən qorumaq üçün fəaliyyətə başlamalıdr”.

 

Y.Qaraqoyunlu bildirib ki, Azərbaycanda dini islahatlar olmalıdır. Rusiyada Qumda təhsil almış, ideoloji cəhətdən İrana bağlı din adamları deyil, Azərbaycana bağlı olan din adamları fəaliyyət göstərməlidir:

 

“Azərbaycan müstəqil güclü dövlət olmaq istəyirsə, bunu etməlidir. Onu da yaddan çıxarmayaq ki, şiəliyi də İran coğrafiyasına gətirən türklərdir - Şah İsmayıl Xətaidir. Biz əslində şiəlik adlı dini də perslərin əlinə verməli deyilik. Azərbaycan öz dindarlarını yetişdirməlidr”.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Prezidentin çıxışındakı ÖNƏMLİ MESAJ

Nizami Gəncəvinin "Xəmsə"si işıq şousunun vasitəsi ilə CANLANDI

Qanunsuz erməni silahlı dəstələrinə məxsus PUA ələ keçirildi

Dörd gün ardıcıl qeyri-iş günü olacaq

Xırdalan sakinlərinə ŞAD XƏBƏR

Yardımlı Xeyriyyə Cəmiyyətindən Mehriban Əliyevaya MÜRACİƏT

3 gün Bakıda yağış yağacaq

Narkotik qəbul etdiyi iddia olunan uşaqla bağlı DİN-dən AÇIQLAMA

Bir aya 7000 manat gəlir vəd edən PEŞƏ

Qanunsuz erməni silahlılarından növbəti TƏXRİBATA CƏHD

Bərbad vəziyyətdə olan SAĞLAMLIQ MƏRKƏZİ

Atasının istəyi ilə anasını YANDIRDI

"Bəzən həkimlər haqqında yalan məlumatlar çıxır"

Prezidentin MDB Dövlət Başçıları Şurasının iclasında çıxışının TAM MƏTNİ

Bu məktəbin də üç sinfi distant təhsilə keçdi