Evdə “Wi-Fi”ın sürətini artırmağın ÜSULU

12:10 14-10-2021 | icon 224 | Maraqlı
Evdə “Wi-Fi”ın sürətini artırmağın ÜSULU

@top.comp ləqəbli rusiyalı bloqer evdə “Wi-Fi”-ın sürətini artırmağın yolunu açıqlayıb. Onun sözlərinə görə, bunun üçün marşrutlaşdırıcı (router) parametrlərində kanal dəyişdirilməlidir.

 

Video müəllifi marşrutlaşdırıcının işini qonşunun “Wi-Fi”nın ləngidə biləcəyini deyib.

 

“Başqa mənzillərdə olan cihazların mane olmaması üçün, brauzerdə xüsusi ünvana daxil olaraq marşrutlaşdırıcının parametrləri açılmalı (bu hər cihazda özünəməxsus ola bilər), daha sonra, “simsiz rejim” bölməsində kanal parametrləri dəyişdirilməlidir. Qonşunuz 1-dən 9-a qədər kanal istifadə edə bilər; açılan siyahıya baxırıq və 10, 11, yaxud da 12-ni seçirik. Beləliklə, marşrutlaşdırıcımız qonşularımızın marşrutlandırıcılarından fərqli kanallardan istifadə edəcək”, - deyə bloqer izah edib və bunun sayəsində “Wi-Fi”ın daha sürətli işləyəcəyini bildirib.

 

O vurğulayıb ki, bundan sonra dəyişikliklər yadda saxlanılmalı, ardınca marşrutlaşdırıcının işi yenidən başladılmalıdır.

 

@top.comp həmçinin marşrutlaşdırıcını pəncərələrin və qapıların yanına qoymamağı tövsiyə edib, çünki qonşu cihazlar ən çox həmin yerlərdə nasazlıqlar yaradır.

 

 

Qeyd edək ki, Rusiyada Q.V.Plexanov adına RİU-nun İnformatika kafedrasının dosenti Aleksandr Timofeyev də evdə interneti sürətləndirmək üçün boş kanala keçməyi tövsiyə edir. Onun sözlərinə görə, əvvəlkilərdən fərqli olaraq müasir cihazların optimal kanalı seçmək üçün “avtomatik” funksiyası var.

 

“Köhnə marşrutlaşdırıcılarda bu rejim olmadığı halda, “Wi-Fi” analizatorunun problemin öhdəsindən gəlməyə kömək edəcək və hansı kanalların qonşu kanallarla üst-üstə düşdüyünü öyrənməyə imkan verəcək”, - deyə ekspert bildirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xırdalan sakinlərinə ŞAD XƏBƏR

Yeni siyasi partiya təsis edildi

“Müstəqilliyimiz əbədidir” - VİDEOÇARX

Deputat şəhid ailəsinin ağır vəziyyətini ictimailəşdirdi

Xalq bundan sonra da dövlətçiliyin sədaqətli əsgəri olacaq

Çiyin ağrıları: səbəbləri və müalicəsi - MÜSAHİBƏ

Bu məktəb-lisey koronavirusa görə BAĞLANDI

Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan İşçi Qrupunun iclası keçiriləcək

20.10.2020-ci il: Zəngilan şəhəri işğaldan azad olundu!

Məktəblər bağlanır?

Bu məktəb distant tədrisə keçdi

Bu orta məktəbdə tikinti işləri yekunlaşır

2021-ci ilin ən nüfuzlu MÜSƏLMANI

Ordumuz Laçında təlimlərə başladı

Vahid məktəbli geyimi dəyişdirilə bilər