ADPK-nin direktoru kollektivə təqdim olunub

15:05 27-11-2018 | icon 470 | Təhsil
ADPK-nin direktoru kollektivə təqdim olunub

 

Noyabrın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində (ADPK) Təhsil naziri Ceyhun Bayramovun 22 noyabr 2018-ci il tarixli əmrinə əsasən Kollecin direktoru vəzifəsinə təyin olunmuş dosent İsrayıl İsgəndərov kollektivə təqdim olunub.


Versus.Az
-ın məlumatına görə, təqdimatda Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev, ADPU-nun rektoru, professor Cəfər Cəfərov iştirak ediblər.


ADPU-nun rektoru, professor Cəfər Cəfərov dosent İsrayıl İsgəndərovu kollektivə təqdim edərək ona yeni vəzifəsində və gələcək fəaliyyətində uğurlar arzulayıb.


Təqdimatda Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək ölkəmizdə təhsil sahəsində aparılan islahatlardan və qazanılan uğurlardan danışıb. ADPU-nun nəzdində ADPK-də son illər böyük uğurların əldə olunduğunu qeyd edib.


İsrayıl İsgəndərov ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib və bu etimadı layiqincə doğruldacağını vurğulayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

“12 illik həsrətdən sora evimizin 2-ci mərtəbəsinə qalxıb hönkür-hönkür ağladım”

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

Fuad Abbasovun ailəsi məhkəmə qərarlarına qarşı apellyasiya şikayəti verir

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

“…İşğalçı dövlətə qarşı sanksiya tətbiq edilsin” - MÜSAHİBƏ

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

Allahına və dövlətinə güvənən Şəhidim – ƏFİLAĞA HƏSƏNOV

Tarix İnstitutunun Keşikçidağla bağlı BƏYANATI

Fuad Abbasovla bağlı Putinə müraciət edilib