Deputatlar hədiyyələri Milli Məclis Aparatına təhvil verəcəklər

17:28 27-11-2018 | icon 88 | Cəmiyyət
Deputatlar hədiyyələri Milli Məclis Aparatına təhvil verəcəklər

 

Bu gün “Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi parlamentin növbəti plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

 

Versus.Az xəbər verir ki, qanun layihəsi barədə məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, birinci və ikinci oxunuşdan sonra bir sıra maddələrdə ciddi dəyişikliklər edilib.

Bildirilib ki, bundan sonra deputatlar onlara təqdim olunan dəyəri 55 manatdan yuxarı olan hədiyyələri Milli Məclis Aparatına akt üzrə təhvil verəcəklər.

 

Qanunun 10-cu (Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər) maddəsinə əlavə edilən 10.1-1 bəndinə əsasən, deputat xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və hüquqi şəxsdən ümumi məbləği 55 manatdan yuxarı olan hədiyyə qəbul edə bilməz, habelə bu cür hədiyyəni xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı fiziki və ya hüquqi şəxsə təklif edə bilməz.

 

Əlavə edilən 10.3-cü maddəyə əsasən isə deputata qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, millət vəkili onlardan imtina etməlidir. Maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər deputata ondan asılı olmayan səbəblərdən verilərsə, o bu barədə Milli Məclisin İntizam komissiyasına məlumat verməli və dəyəri 55 manatdan yuxarı olan hədiyyələri Milli Məclisin Aparatına akt üzrə təhvil verməlidir.

Xəbər lenti

 Rasim Balayevi imtahanlara buraxmırlar -

Onda mən digər mədəniyyət xadimləri ilə birlikdə həqiqi aktyorluq istedadı olan beş gənci seçmişdim. Lakin sonra bildim ki...

İnsan ömrünü uzadan içkinin adı açıqlandı - 15 illik tədqiqatın nəticəsi

Bu gün 100 milyondan çox hindistanlı səs verəcək

Bakıda bədii gimnastika üzrə Avropa çempionatının qalib komandaları mükafatlandırılıb

“Youtube”da ən çox o izləndi - 3 günə 1 milyon

Gürcüstan MSK: "Marneulidə seçkiyə mane olan iki müşahidəçi seçki məntəqəsindən uzaqlaşdırılıb"

Rusiyada gənc azərbaycanlı yoxa çıxdı

"ATƏT-in Minsk Qrupu Nikol Paşinyanın cəfəng fikirlərinə reaksiya verməlidir"

Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatının finalı keçirilir -

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

"Əsirlikdə qalan Laçınım"

Allah rəhmət eləsin

Elmar Məmmədyarov Fransa Milli Assambleyasının vitse-prezidenti və dostluq qrupunun prezidenti ilə görüşüb

Bakıda Avropa çempionatının komanda hesabında və çoxnövçülükdə qrup hərəkətlərində qaliblərinin mükafatlandırma mərasimi keçirilib

Bakıda Avropa çempionatında 5 lentlə qrup hərəkətlərində finala yüksələn komandalar məlum olub

Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Eyyub Yaqubov benefis

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

“Bir qrup adamın Brüsseldəki hərəkətləri ziyanlı və biabırçıdır”

Laçınlılar Xosrov bəy Sultanovun xatirəsini andılar

“Enurez vərdiş deyil, xəstəlikdir” - SƏBƏB və MÜALİCƏSİ

Paralimpiyaçımız Gündüz İsmayılov yeni rekorda imza atdı

"İki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır"

Qənirə Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb, qayğılarını dinləyib

37 saylı Laçın məktəblilərinin növbəti ekskursiyası

Əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər

Deputat kəndlərdəki yeni məhlələrdə əhalinin təbii qazla təminatındakı problemlərdən danışıb

“AXH Əli İnsanovla da əməkdaşlıq qura bilər”

"Emin-444"ün öldürülməsi ilə bağlı ŞOK FAKTLAR 

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

AXH Novxanı qəsəbəsində yürüş edəcək

“…Özünü beynəlxalq təşkilatlara göstərib, qrant güdür” - Müsahibə