Səbinə Xasayeva seçiciləri ilə görüşüb

10:41 02-11-2021 | icon 284 | Siyasət
Səbinə Xasayeva seçiciləri ilə görüşüb

Vətəndaşların müraciətləri millət vəkili tərəfindən nəzarətə götürülüb

 

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə deputat Səbinə Xasayeva Qaradağ rayonunun Lökbatan qəsəbəsində karantin qaydaları və sanitar-gigiyenik normalara uyğun olaraq bir qrup vətəndaşı fərdi qaydada qəbul edib, onların problemlərini dinləyib.

 

Versus.Az xəbər verir ki, görüş zamanı sakinlər bir çox problemlərlə bağlı deputatı məlumatlandıraraq, həlli üçün kömək etməsini xahiş ediblər.

 

Vətəndaşlardan Elmira Məmmədova, Cəmilə Yaqubova, Ülkər İsmayılova, Gülsaba Məsimova, Elşən Qafarov, Ülvi Qurbanov, Zaur Bağırov, Asəf İbrahimov, Vidadi Heydərov, İbrahim Məhərrəmov, Etibar Hacıyev, Mirxəlil Əhmədov,Vaqif Səmədov, Arif Zeqirbekov və Pərviz Cəbrayılov qəsəbədə istilik təchizatının yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsinin vacibliyini qeyd ediblər. Eyni zamanda, Lökbatan qəsəbəsi, İ.Nəbiyev 1 saylı yaşayış binasının yanında yeni qazanxananın tikintisinin, qazlaşdırılmasının, B.Niftəliyev 1, 5, 7, 9, 11, 13, 17, 19, 21, 23, 25, 27, 29, 29a, 1595-ci keçid 9, 11, 13, 15 saylı yaşayış binalarının məhəllədaxili və aşağı paylama istilik sisteminin yenidən qurulmasının, yeni iş yerlərinin açılmasının, yaşayış məhəllələrində dezinfeksiya işlərinin aparılmasının, əsas yolların təmirinin başa çatdırılmasının, məhəllədaxili yolların asfaltlaşdırılmasının, işıqlandırılmasının, əhaliyə verilən içməli suyun keyfiyyətinin yaxşılaşdırılmasının, su borularının təmizlənməsinin, suyun və qazın təzyiqinin artırılmasının, əhalinin asudə vaxtının səmərəli keçirilməsi üçün yeni parkların salınmasının və mövcud parkların yenidən qurulmasının, aztəminatlı ailələrə və işsizliyə görə müavinətlərin verilməsinin, əhalinin sosial təminatının və digər məsələlərin vacibliyini xüsusi qeyd ediblər.


Müvafiq qurumlara təqdim etmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili Səbinə xanım Xasayeva tərəfindən nəzarətə götürülüb.

 

Qeyd edək ki, seçicilərlə mütəmadi olaraq görüşlərin keçirilməsi və  onların qəbul edilməsi deputat Səbinə Xasayevanın əsas fəaliyyət istiqamətlərindən biridir.

 

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Bu ölkələr 90-cı illərdə heç də Azərbaycanın yanında deyildilər”

"Laçın azaddır və insanlarımız o torpaqlarda rahat nəfəs alacaqlar”

"Mənə belə demokratiya lazım deyil"

MMP-dən Tofiq Yaqublunun döyülməsi ilə bağlı BƏYANAT

“Müstəqil Azərbaycanın prezidenti istərmi ki, SSRİ-nin tərkibində asılı dövlət rəhbəri olsun?!”

Azərbaycanda hərbi helikopter QƏZAYA UĞRADI

Baş prokuror helikopterin qəzaya uğraması məsələsini nəzarətə götürdü

Ən pis ssenari: "Putin hücum edə bilər"

Helikopter qəzasında həlak olanların SİYAHISI

"Hündürlüyü itirirdik, sonra anidən yerə çırpıldıq, bir də..." - VİDEO

"Azadlıq fədaisi"nın növbəti QALİBİ

Soçi görüşünü uğursuz hesab edənlərə MESAJ

DSX mayorunun əndazəyə sığmayan hərəkəti KADRLARDA

Gələn ilin BAYRAM GÜNLƏRİ

"Hər şey Rusiyanın və Putinin istəyinə bağlı deyil"