MTRŞ sədri televiziyaları tənqid edib

15:20 02-11-2021 | icon 111 | KİV
MTRŞ sədri televiziyaları tənqid edib

İsmət Səttarov: “Azyaşlıların kimliyinin efirdə açıq şəkildə yayılması yanlışdır”

 

Bu gün Milli Televiziya və Radio Şurasında ümumölkə televiziya kanallarının proqram direktorları və xəbər departamentlərinin rəhbərləri ilə görüş keçirilib.

 

Şuradan verilən məlumata görə, görüşdə son günlər cinsi təcavüzə məruz qalmış, dünyaya uşaq gətirmiş 11 yaşlı qızla bağlı bir sıra televiziya kanallarında yayılan xəbərlərdə şəxsi toxunulmazlıq məsələlərinə əməl olunmamasından, belə halların efir məkanında geniş müzakirəyə səbəb olmasının mənfi təsirlərindən danışılıb.

 

Şura sədri İsmət Səttarov bildirib ki, müxtəlif cinayət əməlləri ilə bağlı azyaşlıların kimliyinin efirdə açıq şəkildə yayılması yanlışdır. Azərbaycan və ümumən digər ölkələrdə jurnalistlərin peşə etikası kodeksində bu məsələ açıq şəkildə əksini tapıb ki, uşaqlar cinsi istismara məruz qalıbsa, yaxud cinayət törədibsə, efirdə onların anonimliyi qorunmalı, proqramlarda hadisələr təqdim olunduqda şəxsi toxunulmazlıq ilə bağlı tələblərə əməl olunmalıdır – üz göstərilməməli, ad və soyad dəyişdirilməli, zərərçəkənin tanınması və bununla da əlavə psixoloji təzyiqə məruz qalmaması üçün lazımi tədbirlər görülməlidir. Baş vermiş hadisənin ümumi və ya birtərəfli şərh olunması, zərərçəkmiş uşaqlardan müsahibə alınması, subyektiv fikir yürüdülməsi, hadisə ətrafında sosial şəbəkələrdə gedən müzakirələrin ümumölkə efirinə daşınması yolverilməzdir.

 

Görüş zamanı, həmçinin Vətən müharibəsi şəhidləri ilə bağlı televiziya kanallarında yayımlanan süjet və reportajların statistikası ətrafında fikir mübadiləsi aparılıb, haqqında heç bir kanalda efirə süjet və ya reportaj getməmiş şəhidlər barədə materialların hazırlanması və yayımlanması tövsiyə olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Bu ölkələr 90-cı illərdə heç də Azərbaycanın yanında deyildilər”

"Laçın azaddır və insanlarımız o torpaqlarda rahat nəfəs alacaqlar”

"Mənə belə demokratiya lazım deyil"

MMP-dən Tofiq Yaqublunun döyülməsi ilə bağlı BƏYANAT

“Müstəqil Azərbaycanın prezidenti istərmi ki, SSRİ-nin tərkibində asılı dövlət rəhbəri olsun?!”

Azərbaycanda hərbi helikopter QƏZAYA UĞRADI

Baş prokuror helikopterin qəzaya uğraması məsələsini nəzarətə götürdü

Ən pis ssenari: "Putin hücum edə bilər"

Helikopter qəzasında həlak olanların SİYAHISI

"Hündürlüyü itirirdik, sonra anidən yerə çırpıldıq, bir də..." - VİDEO

"Azadlıq fədaisi"nın növbəti QALİBİ

Soçi görüşünü uğursuz hesab edənlərə MESAJ

DSX mayorunun əndazəyə sığmayan hərəkəti KADRLARDA

Gələn ilin BAYRAM GÜNLƏRİ

"Hər şey Rusiyanın və Putinin istəyinə bağlı deyil"