Türkdilli dövlətlərin öz “NATO”su-niyə də olmasın

09:08 03-11-2021 | icon 486 | Gündəm
Türkdilli dövlətlərin öz “NATO”su-niyə də olmasın

Türk Şurasının hərbi bloka çevrilməsi bu ölkələrin hədəfi ola bilər və gerçəkləşərsə...

 

Türk Şurası yeni qatılan ölkələrlə güclənərək beynəlxalq status qazana bilər. Bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib. O, Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclasının iştirakçılarına videomüraciətində belə deyib. Türkiyə liderinin sözləri kifayət qədər diqqət çəkir. Ərdoğanın sözlərindən belə nəticə hasil etmək olar ki, Türk Şurasının hərbi blokunun gələcəkdə yaranması istisna deyil.

 

Necə ki, Rusiyanın patronajlığı altında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) fəaliyyət göstərir, hətta bura türkdilli ölkələr də daxildir, belə bir hərbi alyansın türkdilli dövlətlərdən təşəkkül tapması niyə də olmasın?! Amma ilk növbədə Özbəkistan kimi, Qazaxıstan və Qırğızıstan da KTMT üzvlüyündən çıxmalıdır ki, bu qərar da Rusiyanın xoşuna gəlməyə bilər, Türkiyənin bu ölkəyə qarşı yönəlmiş geosiyasi addımı kimi qiymətləndirilər. Burada digər incə nüans da var - Azərbaycan indiyə qədər heç bir hərbi alyansa üzv olmayıb, nə NATO, nə KTMT-yə. Elə bu səbəbdən Qoşulmama Hərəkatında yer alırıq. Ən əsası Türkiyə özü NATO dövlətidir. Amma Türk Şurasının hərbi bloka çevrilməsi bu ölkələrin hədəfi ola bilər və gerçəkləşərsə, rəsmi Bakı bu haqda düşünəcək.

 

Hələlik isə məlum olan budur ki, Türk Şurası Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında qurulmuş olan beynəlxalq təşkilatdır. Amma təşkilatdır, hərbi blok deyil. Özbəkistan isə 14 sentyabr 2019-cu ildə quruma üzv olub. 2018-ci ilin sonlarından bu yana Macarıstan müşahidəçi dövlətdir və yaxın zamanda Türk Şurasına tam hüquqlu üzv olacağı gözlənilir. Lakin qloballaşmaqla yanaşı həm də müasir dünyada əsas məsələlərdən biri dövlət təhlükəsizliyidir. Belə bir əməkdaşlıq formatı varsa, niyə də Türkdilli dövlətlərin öz hərbi bloku olmasın? Məsələn, ABŞ, İngiltərə və Avstraliya belə bir hərbi əməkdaşlıq formatı yaradıb. Söhbət AUKUS ittifaqından gedir və Kanadanın qoşulması da gözlənilir. Odur ki, Türkdilli ölkələrin “NATO”sunun olması real görünürmü?

 

Fərəc QULİYEV: Yeni konvensiya ölkəmizin iqtisadi qüdrətini daha da  artıracaq » davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA!

Fərəc Quliyev 

 

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev qeyd etdi ki, Qoşulmama Hərəkatında olsaq da, yeni təhlükəsizlik platformasından imtina etməli deyilik. Onun fikrincə, əgər bizim maraqlarımızı və təhlükəsizliyimizi təmin edərsə, köhnələrdən imtina etmək də olar: 

“Burada ərzaq, iqtisadi təhlükəsizlik də nəzərdə tutulur və tam normal məsələdir. Türkiyə və Azərbaycan bunu doğru təhlil edib. Biz KTMT və NATO kimi bir-birinə fərqli dayanan tərəflərə savaş açmırıq. Sadəcə, ortaq ordumuzu yaradırıq və cənab Ərdoğan da dedi ki, Türk Şurası türkdilli dövlətlərin təşkilatına çevrilə bilər və burada  təhlükəsizliyi təmin edən davranış olmalıdır”.  F.Quliyev hesab edir ki, İranın son hərəkətlərini yada salmaq kifayətdir: “Türkiyə və Pakistan mövqe qoymasaydı, bizə əlavə problem yarada bilərdi. Ona görə zərurət olarsa, təhlükəsizlik blokuna çevrilə bilər və əsas millətimizin təhlükəsizliyi məsələsidir”.

 

Murad Sadəddinov | Banker.az

 Murad Sadəddinov

 

Politoloq Murad Sadəddinov bildirdi ki, vaxtından əvvəl, şərait yaranmayana qədər bu məsələlərin qaldırılmasının zərəri var:

 “Çünki Türk Şurasının olmasına qarşı çıxan qüvvələri qorxudan məhz onun gələcəkdə hərbi bloka çevrilə biləcəyi məsələsidir. Ona görə indiki məqamda bunu səsləndirmək birliyə ziyan gətirəcək”. M.Sadəddinov hesab edir ki, ancaq biz ümumilikdə türkdilli dövlətlərin əməkdaşlığından danışırıqsa, təhlükəsizlik bu dövlətlər üçün vacib amildir: “Ümumiyyətlə, bütün dünyada təhlükəsizlik önəmli məsələdir. Bu mənada əlbəttə ki, bu məsələlər gündəmə gələ bilər”.

 

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror,  diversiya aksiyaları həyata keçirir - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi

 Ramil Məmmədli 

 

Hərbi ekspert Ramil Məmmədli qeyd etdi ki, Azərbaycan və Türkiyə uzun illərdir türkdilli respublikaların inteqrasiyası istiqamətində ciddi addımlar atırlar. Onun sözlərinə görə, bu iki ölkə siyasi iradə nümayiş etdirərək flaqman rolu oynayırlar. Ekspertin zənnincə, məqsəd mərhələli şəkildə inteqrasiyaya nail olmaqdır və burada Qazaxıstanın rolu da danılmazdır. R.Məmmədli bildirdi ki, sadəcə, Qazaxıstanın yanaşma formatı Türkiyə və Azərbaycandan fərqlidir: 

“Bu iki qardaş ölkə üçün siyasi və hərbi çalarlar yer tutur, Qazaxıstan kulturoloji amillərə üstünlük verir. Eyni zamanda hərbi blok formatında birləşməyin qarşısını alan Rusiya faktoru var. Bundan başqa, müəyyən qədər Çin amili var, amma Moskva əsasdır və SSRİ dağılan kimi türkdilli ölkələrin birliyini önləmək, onları nəzarətdən çıxarmamaq üçün qısa zamanda MDB, ardınca KTMT formalaşdı. Ona görə hərbi-texniki formatda əməkdaşlıq həmin ölkələrin  götürdüyü öhdəlikdir”.

 

Ekspertin sözlərinə görə, açıq demək lazımdır ki, Türkiyə-Azərbaycan arasında ikitərəfli sıx əməkdaşlıq olsa da, bundan  o yana gedə bilmir: 

“Türkiyə NATO üzvüdür və Şimali Atlantika blokunun üzvü kimi götürdüyü öhdəlikləri var. Ona görə Türk Şurasının hərbi blok formatında inkişaf etməsi üçün bu sadaladığım nüanslar maneə yaradır. Burada manevr imkanı olan yalnız Azərbaycandır. O baxımdan Türkiyə və Azərbaycanın güclənməsi, Qazaxıstanın regionda siyasi rol oynaması ilə bu qurum yarana bilər, başqa cür mümkün deyil. Amma təbii ki, belə bir platforma arzuolunan haldır”.

 

Qeyd edək ki, Türk Şurası üzv ölkələrin dövlət başçılarının növbəti sammiti noyabrın 12-də İstanbulda baş tutacaq və Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək. Orta Asiya türk dövlətləri müəyyən anlamda zaman-zaman tərəddüdlü mövqe ortaya qoyurdu. Lakin Özbəkistanın bu prosesə qoşulması, Macarıstanla Ukraynanın, hətta Moldovanın Türk Şurasına yaxınlaşması Orta Asiya dövlətlərinin də ona daha ciddi yanaşmasına səbəb oldu. Bu prosesdə Azərbaycanla Türkiyənin türk dünyasındakı öncüllüyü artıq göz önündədir. /“Yeni Müsavat”/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyevdən hakimiyyətlə təcili görüş barədə ŞOK SƏBƏBLƏR

Azərbaycan-Ermənistan sərhədlərinə dair aşkarlanan xəritələr yayımlanıb

Zabrat körpüsündə ağır QƏZA

Görmə imkanları məhdud vətəndaşlarla GÖRÜŞ

Leykoz xəstəliyindən əziyyət çəkənlərin NƏZƏRİNƏ

"Sosial şəbəkələr ailə və cəmiyyət üzvlərini də bir-birindən ayırır və..."

Uşaqlar üçün verilən pulun məbləği artacaq

Yük maşını YPX avtomobilinə çırpıldı

Vatikanda səfirliyimiz AÇILIR

İş adamlarına MÜRACİƏT

Dörd ölkənin Azərbaycana yeni təyin olunmuş səfirləri qəbul edildi

ŞAD XƏBƏR - 2 minə yaxın yeni iş yeri açılacaq

Tahir Kərimli üzr istədi

Atanın davasından uşaqları zərər çəkdi

Saxta kriptovalyuta satan qadından XƏBƏR VAR