“Putin planı” dediyimiz xəyali sənəddə nələr olacaq?

11:09 03-11-2021 | icon 130 | Siyasət
“Putin planı” dediyimiz xəyali sənəddə nələr olacaq?

Fuad Əliyev: "Əgər bu görüş baş tutsa, iki sənəd imzalana bilər"

 

Noyabrın ilk 10 günlüyündə Moskvada Qarabağa dair üçtərəfli sülh sazişinin imzalanacağı gözlənir. İndiyədək bu görüşün olacağına dair xeyli məlumatlar, versiyalar səsləndirilib. Azərbaycan hökuməti bu versiyaları təkzib etməyib.

 

Bunu Müsavat.TV-nin “Dərin təhlil” proqramında deputat, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc da ehtiyatlı şəkildə təsdiq elədi. Belə görüşün keçiriləcəyi, sülh sazişinin imzalanacağı haqda səsləndirilən fikirləri birmənalı təkzib etmədi.

 

Şərti olaraq adına “Putin planı” dediyimiz bu xəyali sənəddə nələr olacaq? Əsas müzakirə sərhədlərin SSRİ dövründəki vəziyyətə qaytarılmasıdır. Azərbaycan ictimaiyyəti buna etiraz edir. Təklif var ki, sərhədlər sovet Azərbaycanının yox, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün zamanındakı kimi olsun.

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev də proseslərdən məlumatsız olduğunu qeyd etdi: 

“Müxalifət və ümumillikdə cəmiyyətin şərti olaraq deyilən ”Putin planı"ndan xəbəri yoxdur. Biz bir şey bilirik ki, sərhədlərin demarkasiya və delimitasiyası 1920-ci ilin xəritələri əsasında olacaq. Bunu da Putin Valday klubunun tədbirində səsləndirmişdi. Amma yaxın günlərdə gözlənilən görüşdə sülh sazişinin bağlanması haqqında bir dəqiq məlumat yoxdur. Mənim fikrimcə, əgər bu görüş baş tutsa, bu iki məsələ ilə bağlı yeni sənədlər imzalanacaq: Sərhədlərin delimitasiya və demarkasiya sənədi və 2021-ci il 11 yanvarda imzalanan kommunikasiyaların açılması ilə bağlı yeni sənəd. Təəssüf ki, bizim ictimaiyyətimiz bu tipli xəbərlərlə Rusiya və yaxud erməni mətbuatından tanış olur. Yaxşı olardı ki, ən azından müxalifət partiyaların xəbəri olsun və iqtidar-müxalifət dialoq çərçivəsində müzakirə etməyə imkanı olsun. Sərhədlərin Sovet Azərbaycanın yox, ADR vaxtında əsas götürülməsinə gəlincə, bu hal bizim Gürcüstan və Rusiya ilə müəyyən sərhəd problemlərinə gətirib çıxara bilər.

Tarixdən də məlumdur ki, 1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsindən sonra sovet Rusiyasının yeritdiyi ayrı-seçkilik siyasəti nəticəsində Azərbaycanın əraziləri  azaldıldı. Yeni yaradılan Azərbaycan Sovet Sosialist Respublikasının sərhədləri 86,6 min kv. km müəyyən edildi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti ərazisinin 27,2 min kv.km-i Azərbaycan xalqının əlindən alındı. Misal üçün, Borçalı mahalı. Fikrimcə, biz bir problemi həll etmək əvəzinə, əlavə problemlər qazanacağıq".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Laçın azaddır və insanlarımız o torpaqlarda rahat nəfəs alacaqlar”

MMP-dən Tofiq Yaqublunun döyülməsi ilə bağlı BƏYANAT

“Müstəqil Azərbaycanın prezidenti istərmi ki, SSRİ-nin tərkibində asılı dövlət rəhbəri olsun?!”

"Hündürlüyü itirirdik, sonra anidən yerə çırpıldıq, bir də..." - VİDEO

"Azadlıq fədaisi"nın növbəti QALİBİ

DSX mayorunun əndazəyə sığmayan hərəkəti KADRLARDA

Gələn ilin BAYRAM GÜNLƏRİ

"Hər şey Rusiyanın və Putinin istəyinə bağlı deyil"

Süni qiymət artımı edənlərə XƏBƏRDARLIQ

Nə gündəsən, Yardımlı?

Deputatlar TƏSDİQLƏDİ

Zəngilanın Ağalı kəndinə köçəcək sakinlərə MÜRACİƏT

Politoloqlarımız Ərəbdilli mətbuatda "Zəngəzuru"şərh edib

Ekzema necə əmələ gəlir və müalicəsi varmı?

İran - Əfqanıstan sərhədində nə baş verir?