“Qarabağ Zəfəri-Şuşa” kitabı çapdan çıxıb

12:10 03-11-2021 | icon 131 | Ədəbiyyat
“Qarabağ Zəfəri-Şuşa” kitabı çapdan çıxıb

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin “Qarabağ Zəfəri-Şuşa” kitabı çapdan çıxmışdır. Kitab 44 günlük müharibənin memarları olan Azərbaycan ordusuna və bu günlər ərzində ordunun yanında olan Azərbaycan xalqının əzminə və qələbəsinə həsr edilib. Şuşa istər yerləşdiyi coğrafi mövqe, istərsə də tarixi və mədəni imkanlarına görə ciddi şəkildə fərqlənir.

 

Şuşa, sadəcə, coğrafi baxımdan, Azərbaycanın Dağlıq Qarabağ üzərində suveren hüququnu nümayiş etdirən əsas yaşayış məntəqəsi kimi strateji əhəmiyyət kəsb edən bir yer deyil, eyni zamanda mədəniyyətin beşiyi, bir çox görkəmli sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərin yetişdiyi bir şəhərdir. Məhz bu baxımdan Şuşa şəhərinin tarixini və toponimlərini, omonimlərini və oykonimlərini öyrənmək Azərbaycan elmində mühüm işlərdən biri hesab edilir.

Təqdim edilən kitabda Azərbaycanın ən qədim şəhəri olan Şuşanın tarixi və işğala qədər olan dövrü və 2020-ci ildə azad olunmması və ondan sonra atılan addımlar araşdırılıb. Azərbaycan xalqının mədəniyyətində mühüm rol oynayan Şuşa şəhərində baş verən vacib hadisələr, şəhərin iqtisadi, siyasi, tarixi, mədəni həyatı sənədlərlə, qaynaqlarda, arxiv sənədlərində, yerli və xarici alimlərin tədqiqatların bilgisi ilə qələmə alınıb oxucuların önünə çıxarılıb. Aydındır ki, xalqın tarixi kimi, sözün də tarixi var. Bu mənada tarixi-toponimik araşdırmalar keçmiş və ötənlər haqqında olsa da, keçmiş üçün yox, bu gün üçün, bu günü dərk etmək və sabahlara yol açmaq üçündür. Qeyd edək ki, təqdim edilən kitab Zaur Əliyevin sayca 17-ci kitabıdır və burada dəyərli alimlərin və diaspor üzvlərinin rəyləri öz əksini tapmışdır.

 

Kitab geniş oxucu kütləsi və Qarabağ tarixini araşdıran tədqiqatçılar üçün nəzərdə tutulub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Bu ölkələr 90-cı illərdə heç də Azərbaycanın yanında deyildilər”

"Laçın azaddır və insanlarımız o torpaqlarda rahat nəfəs alacaqlar”

"Mənə belə demokratiya lazım deyil"

MMP-dən Tofiq Yaqublunun döyülməsi ilə bağlı BƏYANAT

“Müstəqil Azərbaycanın prezidenti istərmi ki, SSRİ-nin tərkibində asılı dövlət rəhbəri olsun?!”

Azərbaycanda hərbi helikopter QƏZAYA UĞRADI

Baş prokuror helikopterin qəzaya uğraması məsələsini nəzarətə götürdü

Ən pis ssenari: "Putin hücum edə bilər"

Helikopter qəzasında həlak olanların SİYAHISI

"Hündürlüyü itirirdik, sonra anidən yerə çırpıldıq, bir də..." - VİDEO

"Azadlıq fədaisi"nın növbəti QALİBİ

Soçi görüşünü uğursuz hesab edənlərə MESAJ

DSX mayorunun əndazəyə sığmayan hərəkəti KADRLARDA

Gələn ilin BAYRAM GÜNLƏRİ

"Hər şey Rusiyanın və Putinin istəyinə bağlı deyil"