“Rusiya ortaya yeni hoqqalar çıxarmaq istəyir” - MÜSAHİBƏ

13:38 03-11-2021 | icon 140 | Siyasət
“Rusiya ortaya yeni hoqqalar çıxarmaq istəyir” - MÜSAHİBƏ

Üzeyir Cəfərli: “Söhbət 21-ci əsrin, 21-ci ilində imzalanan sənəddən gedəcəksə...”


44 günlük müharibədə qazandığımız böyük zəfərin və 10 noyabr üçtərəfli atəşkəs sazişinin imzalanmasından 1 il keçir. Ermənistanın Azərbaycan torpaqları üzərindəki işğalına son qoyulsa da, ölkəmiz hələ də müəyyən xarici təsirlərin altında özünün tam suverenliyini və sərhədlərinin bütövlüyünü, təhlükəsizliyini qorumaq üçün mübarizəsini davam edir. Ermənistan Azərbaycan ərazilərindən silahlı dəstələrini çıxarmayıb və hələ də Rusiya sülhməramlılarının iştirakı ilə humanitar dəstək adı altında regiona yerləşməkdə davam edir. Kapitulyasiyaya imza atan lakin onun tələblərinə əməl etməyən Ermənistan öz məkirli niyyətini yenidən dirçəltmək üçün havadarlarının dəstəyi ilə pusquda dayanıb. Azərbaycan əksinə, Ermənistanı sülh sazişinə dəvət edir və Rusiyanın vasitəçiliyi ilə dövlət sərhədlərinin yenidən müəyyənləşdirilib regionda sülh və sabitliyin, infrastrkturun inkişafı, kommunikasiyaların açılması, qaçqın və məcburi köçkünlərimizin öz yurdlarına qayıdışının təşkili üçün bərpa işlərini davam edir.


Bölgədə mövcud vəziyyət istənilən sabitliyin yaranmasına imkan verirmi?


Versus.Az xəbər verir ki, hərbi ekspert Üzeyir Cəfərov bu və ya digər məsələlərlə bağlı müsahibəsində maraqlı nüanslara diqqət çəkib.


- Üzeyir müəllim, artıq zəfər günümüz yaxınlaşır. 10 noyabrda imzalanan üçtərəfli atəşkəs sazişindən sonra 3 rayonumuz - Ağdam, Kəlbəcər və Laçın bir güllə atılmadan azad edildi. Proseslər addım-addım irəliləyir və ərazilərimizdə sülhməramlı, Laçın dəhlizi, erməni silahlılarının çıxarılması ilə bağlı müəyyən mübahisəli məqamlar hələ də qalır. Bölgədə hərbi vəziyyət istənilən sabitliyin yaranmasına imkan verirmi, hansı ürəkaçan yenilənmələri müşahidə edirsiz?


- Bu gün hər birimiz zəfər tariximizin ildönümünü böyük səbirsizliklə gözləyirik. İnşaallah bir neçə gündən sonra biz o möhtəşəm tarixi bir yerdə qeyd edəcəyik. Bu, Azərbaycan xalqının, bütün türk dünyasının erməniyə verdiyi bir hərb dərsidir. Bu o dərsdir ki, 30 ilə yaxın müddətdə dünyanın söz sahibi olan dövlətlərinin həll edə bilmədiyi məsələni Azərbaycan oğulları, əsgərləri, zabitləri həll elədilər. Fürsətdən istifadə edib mən canı, qanı ilə o torpaqların alınmasında iştirak edən əsgər və zabitlərimizə təşəkkür edirəm. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulayıram.

Hər birimiz bu zəfər ilinin tamamında yeni nələrinsə baş verəcəyini gözləyirik. Əvvəla regionla bağlı mühüm bir sənədin imzalanması gözlənilir. Ermənistan və ona havadarlıq edən qüvvələr oyun qaydalarını pozmasalar, biz həmin o sənədin şahidi olacağıq. Bu sənəd bizə əlavə üstünlüklər verəcək.

Biz müharibəni Azərbaycan xalqının xeyrinə həll eləmiş tərəfik. Burda bizim dediklərimiz olmalıdr və bizim şərtlər işləməlidir. Amma müəyyən qüvvələr də var ki, onlar var gücləri ilə bu prosesi pozmağa çalışırlar. Onların bu niyyətlərinin baş tutacağını düşünmürəm. Ümid edirəm ki, yaxın günlərdə daha xoş xəbərlər eşidəcəyik. Bu da ondan ibarətdir ki, ərazilərimizdə olan erməni tör-töküntülərinin ağıllandırılma prosesi olacaq və onu da bizim qəhrəman ordumuz həyata keçirəcək.

Bu hansı formada olacaq. Əgər erməni tör-töküntüləri ağıllarını başlarına yığmayacaqlarsa, mütləq mənada onlara güc tətbiq olunacaq. Yox, əgər ağıllarını başlarına yığacaqlarsa, silahlarını təhvil verib Azərbaycan qanunları ilə yaşayacaqlarsa, yaşasınlar. Biz qalib tərəf olaraq dəfələrlə təkliflərimizi vermişik. Bu günlərdə Romada keçirilən 20G sammitində də qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərlə görüşündə dedi ki, Azərbaycan öz sülh təklifini irəli sürüb. Hadisələri qabaqlamaq istəmirəm, biz yaxın zamanlarda ərazilərimizlə bağlı xoş xəbərlər eşidəcəyik.


- 8 noyabrda bir zəfər gününü qeyd edəcəyik. Ondan sonra gələn 10 noyabr sazişinin isə 1 ili tamam olacaq. Həmin ərəfədə Moskvada üçtərəfli növbəti görüş olmalıdır. Orda “hansı sənədlərə imza atıla bilər” müzakirələrin hədəfində budur...


- Mən düşünmürəm ki, yaxın bir zamanda sülh sazişi imzalanacaq. Çünki bu, Azərbaycandan asılı olan məsələ deyil. Bu daha çox bədnam qonşularımızın hikkələri, iddiaları ilə bağlı olan məsələlərdir. Düşünürəm ki, Ermənistanı əllərində alət eliyən bəzi qüvvələr buna imkan vermək istəmirlər. Ermənilərə qalsa, onlar onsuz da gec-tez öz qərarlarını verməlidirlər. Amma hələ də öz yollarını, istiqamətlərini müəyyən etməyiblər. Lakin unutmayaq, bu həmin ermənidir ki, zaman-zaman Azərbaycan xalqına qarşı cinayətlər, soyqırımlar, törədib. Bu da belə fikir yaradır ki, müəyyən vaxtlardan sonra onların erməni xəstəlikləri baş qaldırır. Ona görə də mən ermənilərlə bağlanan sülh sazişini etibarlı görmürəm. Ermənilər regionda marağı olan güclərin əlində bir alətdir və o alətdən yenə də istifadə edə bilərlər. Ona görə də biz silahımızı dolu saxlamalıyıq.


- Ermənistanın belə bir məğlub vəziyətində “sülh sazişindən” yayınmağa gücü varmı?


- Sənədlər hazırlanıb. Onun detalları da üçtərəfli şəkildə razılaşdırılıb. Bu sənəd noyabrın birinci 10 günlüyündə imzalanmalıdır. Ola bilər ki, bu prosesi uzatmaq üçün hansısa bəhanə ortalığa atılsın, amma bu prosesdə qarant rolunu Rusiya oynayır. Ona görə də hesab edirəm ki, ən azı sənədin imzalanması həyata keçiriləcək. Amma sənədin necə realizə olunması bu başqa problemdir.

Bir məsələni də xatırladım ki, 2020-ci il zəfər tariximizdən sonra Rusiya sülhməramlıları bölgəyə gəldilər. Üçtərəfli bəyannamənin 4-cü bəndində bir nüans var idi ki, Rusiya sülhməramlıların bölgəyə daxil olması ilə ermənilərin silahlı qüvvələri çıxarılmalı idi. Amma 1 il keçsə də, bu istiqamtədə bir addım da atılmayıb. Bu bizi düşündürür. Əksinə, bölgədə bəzi süni problemlər yaradırlar. Azərbaycan əsgərlərinin yerləşdiyi ərazilər atəşə tutulur. Ümid edirdik ki, sülhməramlıların yerləşdiyi ərazilərdə sülh bərqərar olacaq, atəşkəs pozulmayacaq. Amma əsgərlərimizdən də şəhid oldu. Sonuncu itkimiz oktyabrın 14-də Əfqan Həmzəyev idi. O, sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidən snayper atəşi ilə vurularaq şəhid oldu. Ona görə də mən əminlikə desəm ki, hər şey yaxşı olacaq, bu da doğru olmaz. Çünki imzalanacaq sənəddə Ermənistan faktoru var. Ümid edirik ki, bu ilin sonunda bu məsələlər öz həllini tapacaq.


- Üzeyir müəllim, siz də sülh sazişində Rusiya faktorunun olduğunu dediniz. Son vaxtlar “Putin planı” deyilən bir sazişin imzalanmasından da danışırlar. Ekspertlər hesab edirlər ki, sərhədlərin müəyyənləşməsi, delimitasiyası, demorkasiyası, sülh sazişi Rusiyanın cızdığı xəritələri əsasında reallaşa bilər. Rusiyanın da burda öz maraqlarını güddüyü və bundan sonra da imperialist məqsədindən əl çəkməyəcəyi istisna edilmir.


- Bu yaxınlarda Vladimir Putin Valday forumunda regionla bağlı bəzi narahatlıq doğuran fikirlər səsləndirdi. O, məlum çıxışında “kompramis” sözünü işlətdi. Mən anlaya bilmirəm, Azərbaycan bundan artıq hansı kompramisi ertməlidir ki, həm Rusiya, həm də Ermənistan bundan razı qalsın?! Biz 30 il müddətində dəfələrlə danışıqlara getdik. Biz bunlara “ən yüksək status, ən yüksək muxtariyyat, nə mümkündürsə təklif elədik. Amma biz deyib, biz eşitdik. Məcbur qalıb əks-hücum nəticəsində torpaqlarımızı hərb yolu ilə azad etdik. Mənim üçün şəhidlər ən ağrılı mövzudur. Bizim doğmalarımız, əzizlərimiz həyatlarını itirdilər. Xeyli insanımız xəsarət aldı. Çoxları ömürlük əlil qaldılar. Amma Rusiya yenə də Azərbaycandan “kompramis” istəyir. Bu söz məni qətiyyən açmadı. Qalib tərəf olmağımıza baxmayaraq Rusiya ortaya yeni hoqqalar çıxarmaq istəyir. Əlbəttə ki, bu bizi narahat etməyə bilməz. Rusiya yenə də diplomatik minalarını basdırır. Əslində bu məsələdə söz sahibi Azərbaycan olmalıdır. Çünki 44 günlük vətən savaşında biz o dəmir yumruqla öz sözümüzü dedik, ərazi bütövlüyümüzü bərpa etdik. Düzdür, bəzi texniki xarakterli problemlər qalır. Söhbət Xankəndi, Xocalı, Xocavənddən gedir. Lakin bu sənədlər imzalanarkən ,söhbət Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərindən gedəcək. Bu ərazilər BMT qətnamələrində də öz əksini tapıb. Amma əgər söhbət 21-ci əsrin, 21-ci ilində imzalanan sənəddən gedəcəksə, orda Azərbaycanın beynəlxalq hüquqla tanınan əraziləri öz təsdiqini tapmalıdır. Bu narahatçılıqlara son qoyulması üçün sənədin imzalanması və reallaşdırılması mütləqdir.


- Bu prosesdə Türkiyə niyə görünmür?


- Türkiyə bəlli məqamda hadisələri yaxından izləyir və proseslərin içindədir. Böyük 20-lərin sammitində Ərdoğanla ABŞ prezidenti Co Bayden arasında danışıq oldu. Danışıqların bir bəndi də Cənubi Qafqaz, regionla bağlı idi. Ötən həftə Füzulidə Beynəlxalq Hava Limanının açılışında Türkiyə rəsmisi şəxsən iştirak elədi. Füzuli Hava Limanında Türkiyə təyyarəsinin görünməsi, Rəcəb Tayyib Ərdoğanın şəxsən iştirakı Türkiyənin regionda iştirakının bariz nümanəsidir.


- Bu gün sülhməramlıların regiondan çıxışı üçün hansı zəmin hazırdır?


- Rusiya sülhməramlılarının bölgədən çıxıb getməsinin tərəfdarlarından biri də mənəm. Onlar bölgəyə daxil olarkən erməni siahlı birləşmələrini çıxarmalıydılar. Bunu etmədilər və bu o deməkdir ki, sülhməramlılar regionda uzun müddət davam edə bilməzlər. Onlar özlərini çox əxlaqsız apardılar. Orda erməni əxlaqsız qadınları ilə min hoqqadan çıxdılar, əyyaşlıq etdilər. 1 il tamam deyil, Rusiya sülhməramlılarında 3 komandanlıq dəyişib. Bu yaxşı hal deyil. Ona görə də sülhməramlılar özləri öz gedişləri üçün zəmin hazırlayıblar. /həftə içi/


Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyevdən hakimiyyətlə təcili görüş barədə ŞOK SƏBƏBLƏR

Leykoz xəstəliyindən əziyyət çəkənlərin NƏZƏRİNƏ

"Sosial şəbəkələr ailə və cəmiyyət üzvlərini də bir-birindən ayırır və..."

Dörd ölkənin Azərbaycana yeni təyin olunmuş səfirləri qəbul edildi

Tahir Kərimli üzr istədi

Qəzetlərin tirajındakı saxtakarlıqlar məlum oldu

"Putin özbaşınalığına görə mütləq Paşinyana “dərs verəcək”"

Yardımlı şəhər küçələrinin İLHAM RZAYEV PROBLEMİ

105 yaşlı qadının uzunömürlülüyünün SİRRİ

Ov mövsümü başladı...

Bakıda Zəfər avtoyürüşü

"Ermənistan Rusiyaya mesaj verir ki..."

“WhatsApp”da çoxdan gözlənilən yenilik

EMIN x JAH KHALIB - "Улетай" - PREMYERA

"Hərbi əsriləri saxlamaq dövlət üçün o qədər də əhəmiyyətli deyil”