Nizami Gəncəviyə həsr olunmuş iki kitabın TƏQDİMATI

10:54 04-11-2021 | icon 166 | Ədəbiyyat
Nizami Gəncəviyə həsr olunmuş iki kitabın TƏQDİMATI

VIII Qlobal Bakı Forumu çərçivəsində Bakıda dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş iki kitabın təqdimatı olub.

 

Versus.Az xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqanın “Nizami Gəncəvinin yeddi gözəli və ədəbiyyata dair digər esselər”, həmşinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Serageldinin “Nizami Gəncəvi: Şair və müdrik” nəşrlərinin təqdimatı olub.

 

Mərasimdə çıxış edən Vayra Vike-Freyberqa kitabı Bakı kimi gözəl şəhərdə təqdim etməkdən şad olduğunu qeyd edib. O, VIII Qlobal Bakı Forumunun açılışını səbirsizliklə gözlədiyini və bu forumda çox mühüm məsələlərin müzakirə olunacağını vurğulayıb.

 

Müəllif kitabını dahi şair Gəncəviyə, xüsusən onun ölməz “Yeddi gözəl” poemasına həsr etdiyini bildirib.

 

Nizami Gəncəvi yaradıcılığının dünya ədəbiyyatı üçün əhəmiyyətini ikinci kitabın müəllifi İsmayıl Serageldin də vurğulayıb.

 

İkinci kitabın müəllifi İsmayıl Serageldin də Nizami Gəncəvi yaradıcılığının dünya ədəbiyyatı üçün əhəmiyyətini qeyd edib.

 

O bildirib ki, pandemiyaya baxmayaraq, müasir texnologiyalar sayəsində bu gün tədbirə gələ bilməyənlər də öz fikirlərini bölüşə və Bakı Qlobal Forumunda müzakirələrdə iştirak edə biləcəklər. İ.Seragəldin bütün dünya üçün belə çətin bir zamanda bu cür tədbirin keçirilməsinin vacibliyini vurğulayıb.

 

Robert Kennedi adına İnsan Haqları Fondunun prezidenti Kerri Kennedi videomüraciətində qeyd edib ki, o, əvvəllər Qlobal Forumda iştirak etmək üçün Azərbaycanın paytaxtına səfər etmək şərəfinə nail olub və başqa ölkədə belə miqyaslı və əhəmiyyətli tədbiri nadir hallarda görüb. O qeyd edib ki, dünya tədricən pandemiyadan sonrakı dövrə keçir. Kerri Kennedi xüsusən vaksinlərin bütün dünyada ədalətli paylanmasının vacibliyini vurğulayıb.

 

Kerri Kennedi çıxışında iqlim dəyişikliyi məsələsini də qaldırıb. Onun sözlərinə görə, bütün ölkələr qlobal iqlim dəyişikliyini dayandırmaq üçün çalışmalıdırlar. Kerri Kennedi xüsusən təmiz enerjiyə keçidin vacibliyini vurğulayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Bu ölkələr 90-cı illərdə heç də Azərbaycanın yanında deyildilər”

"Laçın azaddır və insanlarımız o torpaqlarda rahat nəfəs alacaqlar”

"Mənə belə demokratiya lazım deyil"

MMP-dən Tofiq Yaqublunun döyülməsi ilə bağlı BƏYANAT

“Müstəqil Azərbaycanın prezidenti istərmi ki, SSRİ-nin tərkibində asılı dövlət rəhbəri olsun?!”

Azərbaycanda hərbi helikopter QƏZAYA UĞRADI

Baş prokuror helikopterin qəzaya uğraması məsələsini nəzarətə götürdü

Ən pis ssenari: "Putin hücum edə bilər"

Helikopter qəzasında həlak olanların SİYAHISI

"Hündürlüyü itirirdik, sonra anidən yerə çırpıldıq, bir də..." - VİDEO

"Azadlıq fədaisi"nın növbəti QALİBİ

Soçi görüşünü uğursuz hesab edənlərə MESAJ

DSX mayorunun əndazəyə sığmayan hərəkəti KADRLARDA

Gələn ilin BAYRAM GÜNLƏRİ

"Hər şey Rusiyanın və Putinin istəyinə bağlı deyil"