“Anadır arzulara hər zaman Qarabağ” - SƏRGİ

15:21 04-11-2021 | icon 332 | Cəmiyyət
“Anadır arzulara hər zaman Qarabağ” - SƏRGİ

Muzeydə "Zəfər günü" münasibətilə sərginin ikinci hissəsinin açılış mərasimi keçirilib

 
 

Bu gün Milli Azərbaycan Tarixi Muzeyində “Anadır arzulara hər zaman Qarabağ” adlı sərginin ikinci hissəsinin açılışı keçirilib.

 
 
Versus.Az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
 
Açılış tədbiri karantin şəraitini nəzərə alaraq məhdud sayda iştirakçı ilə təşkil edilib. Sərginin açılış mərasimini giriş sözü ilə muzeyin icraçı direktoru, t.ü.f.d., dosent Fərhad Cabbarov açıb. F.Cabbarov bildirib ki, sərginin keçirilməsində məqsəd Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsidir. Azərbaycanın Vətən müharibəsində parlaq qələbəsi və torpaqlarımızın azad edilməsinə həsr olunmuş sərgi döyüş iştirakçılarına məxsus eksponatlar əsasında qurulub. F.Cabbarov Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə tarix yazan şəhid və qazilərimizdən danışdı və bu gün bizim şanlı tarix yaşadığımızı və tarix yazan qəhrəmanlarımızın şəxsi əşyalarının muzeydə əbədi qorunacağını və gələcək nəsillərə ötürülməsini xüsusi qeyd edib.
 
 
Sərgi haqqında muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, sərginin kuratoru, t.ü.f.d., dos., Səbuhi Əhmədov çıxış edib. Onun sözlərinə görə, sərgidə Vətən müharibəsinin 104 şəhidinin və 10 qazisinin əşyaları nümayiş olunur.
 
Burada hərbi uniforma, ləvazimat, qəlpə və güllələr, şəxsi sənədlər, fotoşəkillər göstərilir. Sərginin hər bölməsində müvafiq informasiya panelləri yerləşdirilib. Sərgidə Azərbaycan istehsalı olan “İti qovan” pilotsuz uçuş aparatının orijinal ölçülü maketi qurulub. Eyni zamanda, Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizik Xidməti, Dövlət Sərhəd Xidməti, DİN Daxili Qoşunları, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Mina Təmizlənmə Agentliyi tərəfindən təqdim edilmiş eksponatlar da nümayiş olunur. Bunlarla yanaşı, sərgidə Ermənistan ordusundan qənimət götürülmüş təltif nişanları, hərbi geyim və ləvazimatlar göstərilir. Ümumilikdə sərgidə 30 vitrində 350 eksponat, 12 informasiya- məlumat paneli, 7 iriölçülü banner, 204 ədəd fotoşəkil sərgilənir.
 
 
Daha sonra akademik Nərgiz Axundova çıxış edərək tədbir iştirakçılarını “Zəfər” günü münasibətilə təbrik edib. O, tədbirdə Vətən müharibəsi iştirakçılarına, qazilərə öz minnətdarlığını bildirərək, ölkəmizin ərazi bütövlüyünün qorunmasında qəhrəmanlıqlarına görə onlara borclu olduğumuzu qeyd edib. Həmçinin N.Axundova 44 günlük Vətən müharibəsində qazandığımız qələbəni əbədiləşdirmək üçün muzeydə nümayiş olunan sərginin böyük təşəbbüs olduğunu və bu səbəblə Muzeyin baş direktoru, akademik Nailə Vəlixanlıya və muzey əməkdaşlarına öz təşəkkürünü bildirib.
 
 
Sonra Vətən müharibəsi iştirakçıları - Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən gizir Nicat Zalov və gizir Şiraz Həsənov çıxış ediblər. Vətən müharibəsi zamanı məcburi köçkün ailələrindən olmuş, doğulduqları torpaqların vaxtilə həsrəti ilə yaşamış hərbi qulluqçular döyüş əməliyyatlarında fəal iştirak etdiklərini və üzərlərinə düşən vəzifələri şərəflə yerinə yetirdiklərini vurğulayıblar. Qazilər 44 günlük müharibə zamanı döyüş əməliyyatlarından və Şuşa-Xankəndi yolunda baş vermiş gərgin döyüşlərdən bəhs ediblər.
 
 
Qeyd edək ki, “Anadır arzulara hər zaman Qarabağ” sərgisinin tərkib hissəsi kimi təşkil olunmuş “Ermənistanın dövlət terrorizmi azərbaycanlı fotoqrafların obyektivində” adlı fotosərgidə isə 44 günlük müharibə dövründə Azərbaycanın dinc şəhər və kəndlərinə vurulmuş raket-artilleriya zərbələrinin nəticələri, eləcə də 30 ilə yaxın müddətdə işğal olunmuş ərazilərdə həyata keçirilmiş siyasəti nümayiş etdirən 7 fotoqrafın çəkdiyi 50 ədəd fotoşəkil, Gəncə və Bərdəyə vurulmuş raket zərbələrini nümayiş etdirən fotokompozisiya, onlarla eksponat, 4 iriölçülü diorama nümayiş olunur.
 
 
Sonda mərasim iştirakçıları sərgi ilə yaxından tanış oldular və xatirə fotosu çəkildi.
 
 
 
 
 
Zümrüd İsmayılova
Ayəndə Dadaşova
/Versus.Az/
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyevdən hakimiyyətlə təcili görüş barədə ŞOK SƏBƏBLƏR

Leykoz xəstəliyindən əziyyət çəkənlərin NƏZƏRİNƏ

"Sosial şəbəkələr ailə və cəmiyyət üzvlərini də bir-birindən ayırır və..."

Dörd ölkənin Azərbaycana yeni təyin olunmuş səfirləri qəbul edildi

Tahir Kərimli üzr istədi

Qəzetlərin tirajındakı saxtakarlıqlar məlum oldu

"Putin özbaşınalığına görə mütləq Paşinyana “dərs verəcək”"

Yardımlı şəhər küçələrinin İLHAM RZAYEV PROBLEMİ

105 yaşlı qadının uzunömürlülüyünün SİRRİ

Ov mövsümü başladı...

Bakıda Zəfər avtoyürüşü

"Ermənistan Rusiyaya mesaj verir ki..."

“WhatsApp”da çoxdan gözlənilən yenilik

EMIN x JAH KHALIB - "Улетай" - PREMYERA

"Hərbi əsriləri saxlamaq dövlət üçün o qədər də əhəmiyyətli deyil”