Şəhid mayor Rahib Babayevin ailəsi ilə görüş

15:46 04-11-2021 | icon 223 | Cəmiyyət
Şəhid mayor Rahib Babayevin ailəsi ilə görüş

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mayoru, Vətən Müharibəsinin şəhidi Rahib Babayevin ailəsi ilə görüşüb.

 

Versus.Az xəbər verir ki, Şəhid zabitin anasını, həyat yoldaşını dinləyən, ailənin qayğıları ilə maraqlanan Q.Paşayeva, ürək sözlərini bölüşüb, zabitimizin qəhrəmanlığından danışıb:

 

“Zabitimizin cənab Prezidentin Sərəncamları ilə "Azərbaycan Bayrağı" ordeni (15.12.2020), "Vətən uğrunda" (15.12.2020) və "Kəlbəcərin azad olunmasına görə" (29.12.2020) medalları təltif olunması onun fədakarlığının ifadəsidir. O, Azərbaycanımızın ərazi bütövlüyünün bərpa edilməsi zamanı düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərib, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirib. Şəhidimiz döyüşlərdə öz rütbəsinə, təcrübəsinə, peşəsinə layiq iştirak edib. Qəhrəman zabitimizin timsalında bütün şəhidlərimizin əziz ruhu qarşısında dərin ehtiramla baş əyir, sizə, bütün şəhidlərimizin mənsub olduqları ailələrə minnətdarlığımızı bir daha bildiririk".

 

Şəhid mayorun ailə üzvləri onun döyüş yolu, həyatı haqqında danışıb, xatirələrini bölüşüb.

 

Q.Paşayeva şəhid ailəsinə Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.

 

Qeyd edək ki, Rahib Bəxtiyar oğlu Babayev (19.06.1985, Külüs, Şahbuz – 30.09.2020, Kəlbəcər) orta məktəbi bitirdikdən sonra C.Naxçıvanski adına hərbi liseydə, daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. İlk iş yeri Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsi "N" saylı hərbi hissə və ilk komandiri isə Polad Həşimov olub. Mayor Rahib Babayev 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə şücaət göstərib. “Canavar” postunun alınması zamanı şəhid olub, oktyabrın 2-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub. Ruhu şad olsun!

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyevdən hakimiyyətlə təcili görüş barədə ŞOK SƏBƏBLƏR

Azərbaycan-Ermənistan sərhədlərinə dair aşkarlanan xəritələr yayımlanıb

Zabrat körpüsündə ağır QƏZA

Görmə imkanları məhdud vətəndaşlarla GÖRÜŞ

Leykoz xəstəliyindən əziyyət çəkənlərin NƏZƏRİNƏ

"Sosial şəbəkələr ailə və cəmiyyət üzvlərini də bir-birindən ayırır və..."

Uşaqlar üçün verilən pulun məbləği artacaq

Yük maşını YPX avtomobilinə çırpıldı

Vatikanda səfirliyimiz AÇILIR

İş adamlarına MÜRACİƏT

Dörd ölkənin Azərbaycana yeni təyin olunmuş səfirləri qəbul edildi

ŞAD XƏBƏR - 2 minə yaxın yeni iş yeri açılacaq

Tahir Kərimli üzr istədi

Atanın davasından uşaqları zərər çəkdi

Saxta kriptovalyuta satan qadından XƏBƏR VAR