Şəhid mayor Rüfət Əsgərovun ailəsi ilə görüş

15:50 04-11-2021 | icon 219 | Cəmiyyət
Şəhid mayor Rüfət Əsgərovun ailəsi ilə görüş

Qənirə Paşayeva: "Hər zaman yanınızda olmaq borcumuzdur"

 

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mayoru, Vətən Müharibəsinin şəhidi Rüfət Əsgərovun ailəsi ilə görüşüb.

 

Versus.Az xəbər verir ki, Şəhid zabitin atasını, həyat yoldaşını dinləyən, ailənin qayğıları ilə maraqlanan Q.Paşayeva, zabitimizin qəhrəmanlığından danışıb:

 

“Sizlərlə Vətən Müharibəsində tarixi Zəfərimizin birinci ildönümü ərəfəsində görüşürük. Bu zəfərin qüruru, sevinc və fərəhi ilk növbədə siz şəhid ailələrinə aiddir. Şəhid kəşfiyyatçımız Rüfət Əsgərovun timsalında bütün şəhidlərimizi dərin ehtiramla yad edir, əziz ruhları qarşısında baş əyirik. Dəyanətiniz, mətanətiniz üçün sizlərə minnətdarıq. Şəhid zabitimizin iki övladı yadigar qalıb. Onların atalarının adına layiq böyüyəcəklərinə, Vətənimizin çiçəklənməsində iştirak edərək, uğurlar qazanacağına inanırıq. Ali dövlət rəhbərliyinin şəhid ailələrinə yüksək diqqət və qayğısı hər bir məmurun, millət vəkilinin, ziyalının üzərinə mənəvi məsuliyyət qoyur. Hər zaman yanınızda olmaq borcumuzdur".

 

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən Müharibəsinin şəhidi Rüfət Mürvət oğlu Əsgərov (29.08.1981, Aşağı Mollu, Qubadlı – 14.10.2020, Tərtər) 1988-1996-cı illərdə paytaxtın Xətai rayonundakı Ə.Əliyev adına 204 saylı tam orta məktəbdə, 1996-1999-cu illərdə isə C.Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 1999-2003-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində alıb. Mayor Rüfət Əsgərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda döyüşlərdə, həmçinin Ağdərə istiqamətində gedən döyüşlərdə savaşaraq şücaət göstərib. Şəhid zabitimiz Bakıdakı II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən mayor Rüfət Əsgərov Prezident İlham Əliyevin Sərəncamlarına əsasən "Vətən uğrunda" və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib. Ruhu şad olsun!

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyevdən hakimiyyətlə təcili görüş barədə ŞOK SƏBƏBLƏR

Leykoz xəstəliyindən əziyyət çəkənlərin NƏZƏRİNƏ

"Sosial şəbəkələr ailə və cəmiyyət üzvlərini də bir-birindən ayırır və..."

Yük maşını YPX avtomobilinə çırpıldı

Dörd ölkənin Azərbaycana yeni təyin olunmuş səfirləri qəbul edildi

Tahir Kərimli üzr istədi

Qəzetlərin tirajındakı saxtakarlıqlar məlum oldu

"Putin özbaşınalığına görə mütləq Paşinyana “dərs verəcək”"

Yardımlı şəhər küçələrinin İLHAM RZAYEV PROBLEMİ

105 yaşlı qadının uzunömürlülüyünün SİRRİ

Ov mövsümü başladı...

“WhatsApp”da çoxdan gözlənilən yenilik

Bakıda Zəfər avtoyürüşü

"Hərbi əsriləri saxlamaq dövlət üçün o qədər də əhəmiyyətli deyil”

"Ermənistan Rusiyaya mesaj verir ki..."