"Qazi, şəhid ailələrinə xidmətdə onların imzası, rolu yoxdur"

17:54 04-11-2021 | icon 316 | Siyasət
"Qazi, şəhid ailələrinə xidmətdə onların imzası, rolu yoxdur"

Tural İrfan:  "Arada partiyalarının nizamnaməsinə nəzər salsınlar"

 

"Son zamanlar bəzi siyasi partiya sədrlərinin müvafiq dövlət qanunlarından və öz partiya nizamnamələrindən kənar çıxışlarına rast gəlirik. Hətta bəzən bu fəaliyyət cinayət məsuliyyətinə yaxınlaşır".

 

Bunu Versus.Az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) sədr müavini Tural İrfan bildirib.

 

Partiya yetkilisi vurğulayıb ki, Əli Kərimli ənənəsindən bəhrələnən Əli Əliyev, Sərdar Cəlaloğlu kimi partiya sədrləri demək olar ki, tamamilə blogerlik fəaliyyətinə başlayıblar:

 

"Sosial şəbəkələrin, internet resurslarının verdiyi imkanlardan istifadə edərək gündə bir efirdən quru, pafoslu, mənasız monoloqlar söyləmək əsla siyasi partiya sədrinin səviyyəsi deyil. Məgər partiyaların nizamnaməsində harada göstərilib ki, partiyalar yalnız quruca danışmaq, ittiham etməklə kifayətlənməlidir? Özü də səddi-sərhəddi keçməklə! Bu şəxslərin fəaliyyətinə nəzər saldıqda hər bir vətəndaşa tam aydın olur ki, əsla bircə nəfərin belə qapısını döyüb probleminin həllində, maddi yaxud mənəvi dəstəyində, qazi, şəhid ailəsinin xidmətində onların imzası, rolu yoxdur. Hətta şəhidlərin ziyarətinə belə normal qaydada, səmimiyyətlə getməyiblər. Ancaq hər addımda xal qazanmaq, öz ambisiyalarına divident gətirmək, şəxsi maraqlara xidmət etmək naminə çalışırlar. Əli Kərimli on il əvvəl danışdığı eyni məzmunlu sözlərin ora-burasını dəyişərək yenidən cəmiyyətə sırıyır. Təəssüfverici məqam odur ki, Əli Əliyev isə müstəqil partiya sədri olsa da, eynən adaşını təqlid edir, fəaliyyətin ən asan yolunu tapdığını sanaraq ancaq çənəsinə güc verir".

 

T.İrfan qeyd edib ki, xalqın xeyrinə, real olaraq heç bir iş görməyən belələri həm qanundan kənara çıxır, həm cəmiyyətdə çaşqınlıq yaradır, çox zaman da xaricdən mayalanan blogerlərin etikadan kənar təbliğat aparan yutub kanallarında onların təxribatlarına alət olurlar:

 

"Əli Kərimli ixtisasca hüquqşünasdır. Faydasız blogerlik etdiyi müddətdə, müstəqil hüquqşünas kimi fəaliyyət göstərsəydi, səmərəsiz siyasi ömrünü insanların problemlərinin həllinə sərf etmiş olardı. Amma təəssüf ki, ömrünü boş-boş danışmağa sərf etdi. Hansı ki, onun danışdıqlarını adi bir çoban, fəhlə, traktor sürücüsü ondan daha inandırıcı, daha dolğun çatdırır cəmiyyətə. Əli Əliyev isə bioloq-həkimdir. Lakin bu gün dünyanı ağuşuna almış COVİD19 pandemiyası qarşısında cəmiyyətdə çaşqınlıq yaradır, rabitəsiz və mahiyyətsiz çıxışlar edərək vaksinasiyaya qarşı çıxır. Quyruqları qapı arasında qalanda üstünə qaçdıqları beynəlxalq təşkilatlar, G20 dövlətləri, bütün dünya birmənalı şəkildə kütləvi vaskinasiyanın vacib olmasını təkidlə vurğuladığı halda, Əli Əliyev kimi siyasi blogerlər bunun əksinə gedirlər. Nəticədə insanların, cəmiyyətin sağlamlığına xələl gətirmiş, çaşqınlıq yaratmış olurlar ki, bu da həm qanunlara, həm siyasi partiyaların fəaliyyət qaydalarına ziddir.

Digər partiya sədri Sərdar Cəlaloğlu isə sözü qurtaran aşığın "dalay-dalay" dediyi kimi, tamamilə siyasətə, xalqın taleyinə, hazırki vəziyyətə aidiyyatı olmayan mövzulara toxunaraq siyasi varlığını isbatlamağa çalışır. Gah Səməd Vurğuna çamur atır, gah Babəkə tənə vurur, gah Koroğlu kimi xalq qəhrəmanına dil uzadır. Xalqın, millətin uzun illərdir, hətta əsrlərdir təfəkküründə, ənənələrində parlaq sima, tarixi şəxsiyyət kimi oturuşmuş və qəbul olunmuş insanlara qarşı tənqid çərçivəsini keçərək təhqirlər yağdırmaq həmin simaları sevənlərə təhqirdir. Bəs Sərdar Cəlaloğlu bu cür simaları aşağılayıb cəmiyyəti özündən diksindirməklə hansi siyasi nailiyyətə can atır? Belə idisə yaxşı olardı ki, o yarıtmadığı ekspert-həkimliyi kimi, yerində sayan siyasi fəaliyyətinə də son qoyaraq tarixlə, elmi tədqiqatla məşğul olaydı. Babəki, Koroğlunu tədqiq edəydi, bəlkə hansısa bir elmi nailiyyət əldə edərdi və cəmiyyətə də fayda verərdi. Amma təəssüf ki, o da yalnız siyasi varlığını qorumaq naminə cəmiyyətə faydasız çıxışlardan kənara çıxa bilmir. Bəzən sadəcə politoloq kimi, bəzən siyasi analitik kimi, əksər vaxtlarda da səriştəsiz bloger kimi eyni məzmunlu çıxışlarla cəmiyyətin zəhləsini tökmək partiya sədrinin qarşısında duran vəzifələrlə, onun həqiqətdə görməli olan işlərlə əsla uzlaşmır.

Yeniliklərlə, inkişafla barışa bilməyən belələri kiflənmiş qovluqlarından ayrıla bilmir, yeni layihələr, ideyalar irəli sürən, xalqın tələbinə cavab verən partiyalara, partiya sədrlərinə də qərəzlə yanaşır, qara yaxmağa çalışırlar".

 

T.İrfan bildirib ki, Milli Cəbhə Partiyasının fəaliyyəti onlar üçün bir nümunə xarakteri daşıya bilər. Onun sözlərinə MCP sədrinin şəhid ailələri, qazilər, sosial problemi olan insanlara dəstəyi hələ millət vəkili seçilməmişdən əvvəl başlayıb:

 

"Razi Nurullayev millət vəkili seçildikdən sonra da deputatlıq səlahiyyətlərinin verdiyi imkanlardan istifadə edərək insanlara daha çox fayda verməyə davam edir. Fəqət yuxarıda adları çəkilən şəxslər isə xalqa fayda verən bu cür millət vəkillərinə, partiya sədrlərinə qarşı çıxırlar. Demək mahiyyət etibarı ilə nəticədə onlar xalqa və xalqın yaxşı yaşayışına, dövlətin möhkəmliyinə qarşı çıxırlar.

Müxtəlif sahələrdə yüzlərlə layihə, təklif irəli sürərək əhalinin rifahının yaxşılaşmasına xidmət etmiş Milli Cəbhə Partiyasının fəaliyyətinə baxıb həsədlə yanaşmaq, qara yaxmaq yox, ibrət götürmək lazımdır.


Ən əsası isə Sərdar Cəlaloğlu, Əli Əliyev, Əli Kərimli kimi siyasi blogerlər yaxşı olar ki, şəxsi maraqlarına xalqın maraqlarını qurban verməsinlər, arada partiyalarının nizamnaməsinə nəzər salsınlar. İnternet kanallarının saxta profil "laykları"na və xaricdə sığınacaq alan blogerlərin şirnikləndirmələrinə qurban getməsinlər. Siyasətçi, partiya sədri nitqi, çıxışı ilə yanaşı əməli ilə də xalqa töhfə verməlidir. Çıxışları, müraciətləri də içidolu, mahiyyət ehtiva edən, fayda verən olmalıdır. Peyğəmbər buyurur ki, söz də su kimidir, israf etmək haramdır. Əli Kərimli və Əli Əliyev kimiləri sözü israf etməklə, sözü də dəyərdən salırlar".

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyevdən hakimiyyətlə təcili görüş barədə ŞOK SƏBƏBLƏR

Leykoz xəstəliyindən əziyyət çəkənlərin NƏZƏRİNƏ

"Sosial şəbəkələr ailə və cəmiyyət üzvlərini də bir-birindən ayırır və..."

Dörd ölkənin Azərbaycana yeni təyin olunmuş səfirləri qəbul edildi

Tahir Kərimli üzr istədi

Qəzetlərin tirajındakı saxtakarlıqlar məlum oldu

"Putin özbaşınalığına görə mütləq Paşinyana “dərs verəcək”"

Yardımlı şəhər küçələrinin İLHAM RZAYEV PROBLEMİ

105 yaşlı qadının uzunömürlülüyünün SİRRİ

Ov mövsümü başladı...

Bakıda Zəfər avtoyürüşü

"Ermənistan Rusiyaya mesaj verir ki..."

“WhatsApp”da çoxdan gözlənilən yenilik

EMIN x JAH KHALIB - "Улетай" - PREMYERA

"Hərbi əsriləri saxlamaq dövlət üçün o qədər də əhəmiyyətli deyil”