Milli Məclis Amnistiya Aktını qəbul etdi - YENİLƏNİB

13:19 05-11-2021 | icon 229 | Cəmiyyət
Milli Məclis Amnistiya Aktını qəbul etdi - YENİLƏNİB

Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olan 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

 

Versus.Az xəbər verir ki, müzakirələrdən sonra qərar layihəsi qəbul edilib.

 

**

10:11

Bu gün Milli Məclisin payız sessiyasının növbəti plenar iclasında 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsi müzakirəyə çıxarılacaq.

 

Qərar layihəsi Prezident İlham Əliyevin imzası ilə qanunverici orqana daxil olub.

 

Amnistiyanın tətbiq ediləcəyi şəxslərin sayına, əhatə etdiyi cinayət məsuliyyətindən və cəzadan azad etmə institutlarının dairəsinə görə bu aktın ən böyük amnistiya olacağı ehtimal edilir.

 

Vətən müharibəsində qazanılmış tarixi Zəfərin birinci ildönümü ilə bağlı bu Qələbənin memarı olan Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim edilən Amnistiya Aktının ümumilikdə 16 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan azadlıqdan məhrum etmə yerlərində cəza çəkən 3 mindən çox şəxsin azad ediləcəyi, habelə 3 minədək şəxsin cəzalarının çəkilməmiş hissəsinin azaldılacağı proqnozlaşdırılır.

 

Amnistiya Aktının layihəsinə əsasən, Vətən müharibəsində və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin, habelə döyüş əməliyyatlarında həlak olmuş şəxslərin yaxın qohumlarının, Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslərin, Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı hərbi təxribat nəticəsində əlil və ya həlak olmuş şəxslərin yaxın qohumlarının, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslərin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulur.

 

Bununla yanaşı, layihəyə görə, ehtiyatsızlıqdan cinayət törətmiş şəxslər, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər, cəzanın çəkilməmiş hissəsi 6 aydan az olan az ağır və ya ilk dəfə ağır cinayət törətmiş şəxslər, cəzanın sonuna 1 ildən az müddət qalmış məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad ediləcəklər.

 

Həmçinin cərimə, ictimai işlər, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama və digər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş şəxslərin cəzadan azad edilməsi nəzərdə tutulur.

 

Amnistiya Aktı əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluğun götürülməsi gözlənilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ölümlə nəticələnən ən təhlükəli XƏSTƏLİK

“Hazırcavablar” “Şuşa” adını nəyə dəyişdi?

Türkiyəli aktyorlar Bakıda

"Zaxarova öz ağzı ilə rus sülhməramlılarını ifşa etdi"

“Fəaliyyətimizin görünməsi üçün Parlamentdə təmsil olunmalıyıq”

Yoluxanların karantin müddəti AZALDILDI

Qarabağa avtobus reysləri BAŞLADI

“Böyük Qayıdış və reinteqrasiya” - Qanun layihəsi hazırlanacaq

Karantinlə bağlı YENİLİK

”Güzgü prinsipi" absurd yanaşmadır"

DSX-nın hərbi qulluqçusu intihar etdi

Hafiz Hacıyevin əməliyyatdan sonrakı VƏZİYYƏTİ

"Bu yola əsasən yeniyetmələr üz tutur"

"İlk gülləni kim atsa, məğlub da o olacaq"

“O birgə mübarizə də sanki səngərdə qaldı” - MÜSAHİBƏ