“44 Günün Qəhrəmanları” - LAYİHƏ

10:25 05-11-2021 | icon 155 | Təhsil
“44 Günün Qəhrəmanları” - LAYİHƏ

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə noyabrın 4-də “44 Günün Qəhrəmanları” layihəsi çərçivəsində tələbələrlə növbəti görüş keçirilib. Azərbaycan Tibb Universitetində təşkil olunmuş görüşdə dövlət himnimiz səsləndirildikdən sonra Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbir Azərbaycan Tibb Universitetinin Tədris və müalicə işləri üzrə prorektoru Sabir Əliyev və Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilovun açılış nitqləri ilə davam edib. Çıxışçılar Vətən müharibəsinin birinci ildönümünü yaşadığımız bu günlərdə belə maarifləndirici görüşlərin keçirilməsinin diqqətəlayiq olduğunu bildirərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında son 200 illik tariximizin ən böyük zəfərində şücaət göstərmiş Vətən müharibəsi qəhrəmanlarının tanıdılması və gənc nəslin onları örnək almasının vacibliyini vurğulayıblar. 

 

Tələbələr və gənclər arasında qəhrəman qazi və hərbçilərimizin tanıdılması məqsədilə həyata keçirilən görüşdə çıxışların ardınca 44 günlük Vətən müharibəsi kadrları və xalqımızın qələbə sevincinin əks olunduğu videoçarx nümayiş olunub. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Üzv təşkilatlar və tələbə klublarla iş sektorunun rəhbəri Orduxan Qəhrəmanzadə Gənclər Fondunun dəstəyi ilə hazırlanan “Azərbaycan Gəncliyi Vətən Müharibəsində” adlı jurnalı, “Böyük Qayıdış” Gənclər Təşkilatının nümayəndəsi Elşən Qəhrəmanov isə https://shehidimiz.az/ saytının təqdimatını ediblər.

 

Daha sonra “Böyük Qayıdış” təşkilatının idarə heyətinin üzvü, bir çox xüsusi döyüş əməliyyatlarının və Aprel döyüşlərinin iştirakçısı, Qarabağ qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Əhliyət Mehdiyev Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun 30 illik Vətən həsrətinə necə son qoyduğunu və bizi illərdir işğal altında olan torpaqlarımıza necə qovuşdurmaları barədə çıxış edib. Tədbirin qonaqları olan Vətən müharibəsi qaziləri – Hüseyn Mirzəyev, Elvin Mamedov, Elnur Əkbərov çıxışları zamanı Vətən müharibəsi ilə bağlı xatirələrini tələbələrlə bölüşüblər. Onlar Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin komandanlığı altında rəşadətli Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı ərazi bütövlüyünü təmin etmə əməliyyatının dünya hərb tarixinə düşməsi ilə qürur duyduqlarını bildirib, Vətən müharibəsi zamanı ATU-nun məzunu olan həkimlərimizin də fədakarlıq göstərdiyini, yüzlərlə igidimizin həyatını xilas etdiklərini vurğulayıb, vətənpərvər və mərd gənc nəslin yetişməsində müəllimlərin rolunu qeyd edərək, bu kontekstdə Tibb Universitetin kollektivinə minnətdarlıqlarını ifadə ediblər. Çıxışların ardınca qonaq qazilərin tələbələrlə sual-cavab sessiyası baş tutub. Sessiya zamanı qəhrəmanlarımız uğurlarının ən başlıca səbəbi kimi Ali Baş Komandanın qüsursuz strategiyası, ordumuzdakı birlik və ruh yüksəkliyi olduğunu bildirərək tələbələrə ətraflı cavablar veriblər.

 

Son olaraq görüşə ev sahibliyi edən universitetin tələbələri adından Azərbaycan Tibb Universitetinin “İctimai səhiyyə” fakültəsinin 2-ci kurs tələbəsi Ləman Mahmudova çıxış edərək qəhrəmanlarımıza təşəkkür edib, qazilərin Vətən müharibəsi zamanı yaşadıqları təəssüratları, göstərdikləri şücaəti və birlik nümunəsini digər tələbələrlə də bölüşəcəklərini qeyd ediblər. 

 

Qeyd edək ki, layihə çərçivəsində paytaxt və regionlarda yerləşən böyük tələbə auditoriyasına malik ali təhsil müəssisələrinin tələbələri ilə Vətən müharibəsində şücaət göstərmiş gənc qazilərimizin görüşləri mütəmadi əsasda davam etməkdədir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyevdən hakimiyyətlə təcili görüş barədə ŞOK SƏBƏBLƏR

Azərbaycan-Ermənistan sərhədlərinə dair aşkarlanan xəritələr yayımlanıb

Zabrat körpüsündə ağır QƏZA

Görmə imkanları məhdud vətəndaşlarla GÖRÜŞ

Leykoz xəstəliyindən əziyyət çəkənlərin NƏZƏRİNƏ

"Sosial şəbəkələr ailə və cəmiyyət üzvlərini də bir-birindən ayırır və..."

Uşaqlar üçün verilən pulun məbləği artacaq

Yük maşını YPX avtomobilinə çırpıldı

Vatikanda səfirliyimiz AÇILIR

İş adamlarına MÜRACİƏT

Dörd ölkənin Azərbaycana yeni təyin olunmuş səfirləri qəbul edildi

ŞAD XƏBƏR - 2 minə yaxın yeni iş yeri açılacaq

Tahir Kərimli üzr istədi

Atanın davasından uşaqları zərər çəkdi

Saxta kriptovalyuta satan qadından XƏBƏR VAR