ALDP-dən Ali Baş Komandan və Azərbaycan xalqına Zəfər bayramı TƏBRİKİ

09:35 06-11-2021 | icon 262 | Siyasət
ALDP-dən Ali Baş Komandan və Azərbaycan xalqına Zəfər bayramı TƏBRİKİ

Azərbaycan əsgəri Sizin rəhbərliyiniz altında torpaqlarımızın işğalına son qoydu

 

Azərbaycan Liberal Demokrat Partiyasının Rəyasət Heyəti Ali Baş Komandan İlham Əliyevə Zəfər Bayramı ilə bağlı təbrik məktubu ünvanlayıb.

 

Versus.Az məktubu təqdim edir:

 

Hörmətli Ali Baş Komandan!

 

200 ildən çoxdur ki, Azərbaycan öz tarixi torpaqlarını itirib. Bunun da əsas səbəblərindən biri ermənilərin bizim bölgəyə köçürülməsi və himayədarlarının köməkliyi ilə torpaqlarımızdan onlara pay verilməsi olub. Bu şovinist xalq bir utopik ideyaya inanaraq Azərbaycana qarşı torpaq iddiaları irəli sürüblər. Tarixi torpaqlarımıza köçəndən sonra bizim toponimlərimizi dəyişdirməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar. Erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə on minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illərdə erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı xalqımızın yaddaş tarixinə həkk olunub. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə, yeksan edilmişdir. 1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 000 azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə daha 250 000 azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir.

        

Hörmətli Ali Baş Komandan!

 

BMT işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır. Məlum olduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün ATƏT-in Minsk qrupu təsis olunmuşdur. ATƏT Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır.

   

 

Hörmətli Ali Baş Komandan!

 

Azərbaycan xalqı torpaqların işğalda qalmasını heç vaxt qəbul etməmişdir və Azərbaycan əsgərinin arxasında duraraq Ali Baş Komandanın əmrini gözləyirdi. Keçən il sentyabrın 27-i, Azərbaycan əsgəri bu əmri, Ali Baş Komandandan, Sizdən, alarkən öz qəhrəmanlığı və peşəkarlığı ilə Ermənistanın silahlı qüvvələrini məhv etdi. Ermənilərin uzun illər yaratdıqları mif darmadağın oldu. Onlar öz ordusu haqqında yalan məlumat ötürərək mif yaratmışdılar, guya Ermənistan ordusu yenilməz ordudur. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. 

 

 

Hörmətli Ali Baş Komandan!

 

Azərbaycan əsgəri Sizin rəhbərliyiniz altında torpaqlarımızın işğalına son qoyaraq Azərbaycan xalqına Zəfər gətirdi!

Bu Zəfər günü münasibətilə Sizi və Sizin simanızda Azərbaycan xalqını təbrik edirik!

Tanrı Azərbaycan əsgəri və xalqını qorusun!

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyevdən hakimiyyətlə təcili görüş barədə ŞOK SƏBƏBLƏR

Leykoz xəstəliyindən əziyyət çəkənlərin NƏZƏRİNƏ

"Sosial şəbəkələr ailə və cəmiyyət üzvlərini də bir-birindən ayırır və..."

Dörd ölkənin Azərbaycana yeni təyin olunmuş səfirləri qəbul edildi

Tahir Kərimli üzr istədi

Qəzetlərin tirajındakı saxtakarlıqlar məlum oldu

"Putin özbaşınalığına görə mütləq Paşinyana “dərs verəcək”"

Yardımlı şəhər küçələrinin İLHAM RZAYEV PROBLEMİ

105 yaşlı qadının uzunömürlülüyünün SİRRİ

Ov mövsümü başladı...

Bakıda Zəfər avtoyürüşü

"Ermənistan Rusiyaya mesaj verir ki..."

"Hərbi əsriləri saxlamaq dövlət üçün o qədər də əhəmiyyətli deyil”

“WhatsApp”da çoxdan gözlənilən yenilik

EMIN x JAH KHALIB - "Улетай" - PREMYERA